Posts tagged ‘qohum’
Biz
Bizim haqqımızda fikirlərim
Ölkə gündəmində olan bir sıra mövzular var. Bir az daha fərqli mövzuya toxunmaq istəyirəm.
Buna özünü daha doğrusu özümüzü tənqid də deyə bilərik.
Özümüz deyəndə yəni ictimai sektorda olan müstəqil gəncləri, təşkilatları, hakimiyyətə müxalif yöndə dayanmış siyasi partiyaları, qısaca Bizi nəzərdə tuturam.
Əvvəlcədən qeyd edim ki, burada bildirəcəyim fikirlərim şəxsidir və hər hansı qurumu, təşkilatı, hərəkatı təmsil etmir.
Çalışacam ki, bütün məsələlərlə bağlı fikrimi açıq və dəqiq yazım. (more…)
Elnur Məcidli Fransa prezidentinə məktub ünvanlayıb
Mətbuat üçün açıqlama
Fransada yaşayan azərbaycanlı jurnalist Elnur Məcidli Avropada yaşayan siyasi mühacirlər adından Fransa prezidenti Nikola Sarkoziyə məktubla müraciət edib.
Avropa Azərbaycanlıları Demokratiya Uğrunda (EUROAD) təşkilatının təsisçisi olan Məcidli, Fransa prezidentinə müraciətində onun Cənubi Qafqaza səfərinə və o cümlədən Azərbaycandakı hazırkı vəziyyətə geniş yer verilib.
Məktubda həmçinin Qarabağ konflikti ətrafında danışıqlar, Cənubi Qafqaz ölkələrində sosial-iqtisadi problemlər, ərəb ölkələrindəki inqilablar və s. qeyd olunur. (more…)
Prustun sualları
Marsel Prustun suallarına jurnalist Elnur Məcidli cavab verir
Yeniliklərdən qorxan adam bədbəxtdir!
1. Ən sevdiyiniz söz hansıdır?
Sevmək, Əfv etmək. Əfv edən adam (varlıq), əfv etdiyini sevəndir.
Bundan başqa Azərbaycanda olanda dilimə iki söz düşdü, hələ də istifadə edirəm. Ağrın alım, qadan alım sözləri.
Saflığı və səmimiyyəti içində barındıran olduqca gözəl sözlərdir, yeni fərqinə varmışam. (more…)
Azərbaycanda Sülalə və Demokratiya
Prezidentlik Müddətinə Qoyulan Məhdudiyyətləri Ləğv Edən Referendum
Emin Milli, Kolumbiya Universitetində çıxış
15 aprel 2009
Hörmətli professor Miçel, mən Sizə, Kolumbia Universiteti və Harriman İnstitutuna Azərbaycanda gedən son hadisələrə göstərdiyiniz maraq üçün təşəkkür etmək istərdim. Yanvarda mən BMT-nin qarşısında bu referenduma qarşı etiraz təşkil edib orada iştirak edəndə ailəmin ən yaxın üzvlərindən biri işdən çıxarıldı. Ona demişdilər ki, o, dövlət düşməninin qohumudur. Bu rejimə loyallıq göstərməkdən imtina edərkən və ya onların siyasətinə qarşı narazılıq ifadə edərkən bu, qarşılaşacağınız cəzanın ən yumşaq formasıdır. Ümid edirəm ki, alternativ fikirləri dinlədikləri üçün tədbirimizdə iştirak edənlərdən heç biri hər hansı bir cəza ilə qarşılaşmayacaq və onların qohumları işlərini itirməyəcəkdir. (more…)
Macal – Bakı
Qardaşımın toyundan sonra bir müddət özümü ailəmə həsr etdim…
Uzun müddət idi ailəmi görmürdüm, ailəmlə bir yerdə zaman keçirməyə ehtiyacım var idi.
Azərbaycanda qaldığım 9 həftəlik müddətin ilk üç həftəsini ailəmlə baş-başa keçirdim.
Ailəmlə olduğum müddətdə, yaxın qohum və dostları da görmək imkanım oldu.
Uzun illərdən sonra (10 ilə yaxın) ilk dəfə Novruz bayramını ailəmlə keçirə bildim.
Eyni zamanda bu üç həftəlik zaman dilimi mənə Bakını yenidən tanımağa imkan verdi… (more…)
Ölüm Ordusu
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə eşq olsun! – Heydər Əliyev
Ordu, bir dövlətin öz suverenliyini davam etdirməsinin təminatçısıdır.
Ordu, eyni zamanda cəmiyyətin ən həssas nöqtələrindən biridir.
Ordu milli dəyərdir, siyasi fikir ayrılıqlarını kənara qoyaraq öz ordusuna sahib çıxmaq hər kəsin borcudur.
Bir ölkədə dövlətçiliyin hansı yöndə inkişaf etdiyini öyrənmək üçün təhsil və səhiyyə ilə yanaşı, ordusuna da baxmaq vacibdir.
Əslində təhsil, səhiyyə və ordu (hərbi sahə) bir-biriləriylə kifayət qədər bağlantılı sahələrdir.
Təhsilin zəifliyi, səhiyyənin zəifliyinə gətirib çıxaracaq, səhiyyəsi zəif orduda fiziki və psixi xəstə əsgərlərin sayı da çox olacaq.
Eyni zamanda aşağı səviyyəli təhsilin hökm sürdüyü orduda özbaşınalıqların yaranması təəccüblü deyil.
Bu gün Azərbaycan ordusunda olan problemlərin iqtidar mediasının göz boyamalarına baxmayaraq gizlədilməyəcək qədər böyüməsi, heç də xeyirə əlamət deyil. (more…)
Macal – Toy
Və yaxud həsrətin sona yetdiyi gün
Azərbaycanda toylar bir başqadır…
Bütün qohumları, yaxınları, dostları, qonşuları hamısını bir arada görmək, görüşmək imkanın olur..
3 il yarımdan sonra Azərbaycana gələn birinin bir başa toy üstünə gəlməsi, hamını bir arada görməsi qarşısında həyacanlanmamaq, duyğulanmamaq əldə deyildi.
Və əgər bu toy bir qardaş toyu idisə, duyğuları sözlərlə ifadə etmək mümkün deyil və bunu sadəcə yaşamaq lazımdı.. (more…)





























Elec…tions
Azerbaijan: Violations reported as parliamentary elections approach
As parliamentary elections approach in Azerbaijan, candidates go through the final registration process.
However, the process has not been without allegations of violations and the frustration not only of candidates, but also of observers and local activists. (more…)
Rate this:
Paylaş:
Like this:
04/10/2010 at 04:51 5 şərh