Posts tagged ‘mübarizə’
İsanın qayıdışı
Gələcəyə inanmayanlar keçmişdə qalacaqlar. – İsa Qəmbər
Emin Millinin yaxın günlərdə xarici mətbuata verdiyi müsahibəsində müxalifəti ciddi şəkildə tənqid edərək müxalifətə qarşı xalqın inamsızlığını dilə gətirmişdi.
Emin müxalifət liderlərinin artıq getməsi və öz yerlərini daha gənc kadrlara verməsi gərəkdiyini deyirdi.
Ümumilikdə müsahibədə haqlı məqamlar da az deyildi.
Lakin daha sonra Emin öz facebook statusunda bu tənqidlərini bir qədər daha konkretləşdirərək sadəcə Müsavat başqanı İsa Qəmbərə yönəltməsi və onun getməsini istəməsi tərəflər arasında ciddi mübahisələrə səbəb oldu.
Eminin məsələni bir şəxs üzərində qurmasını və hər hansı bir hadisənin məsuliyyətini sadəcə bir şəxsdə axtarmasını doğru saymasam, qarşı tərəfin onunla müzakirə mədəniyyətini heç bəyənmədim.
İnsanlar bir-birini qınaya bilər, tənqid edə bilər, lakin təhqiramiz ifadələrdən istifadə əsla yolverilməzdir. (more…)
Elçibəyi zəhərləyənlər
Elçibəyi kim zəhərləyib?
Son günlər ölkə mətbuatında keçmiş prezident, rəhmətlik Əbülfəz Elçibəyin zəhərləndirilməsi yenidən gündəmdədir.
Bu şübhələr və bu şübhələrə konspirasiya deyənlər daha öncə də vardı, bu gün də var.
Bəyin xəstəliyi ağırlaşanda Türkiyəyə aparıldı və ona prostat xərçəngi diaqnozu qoyuldu və bu xəstəlikdən vəfat etdiyi çoxlarımıza daha inandırıcı gəlir.
Bununla belə Elçibəyin zəhərlənməsi iddiaları ölümündən əvvəl və sonra heç səngimədi, bu iddialar müəyyən aralıqlarla ölkə gündəminə oturdu.
Hakimiyyətə yaxın olmuş məmurlardan biri ilə söhbətimdə zəhərlənmə iddiasına inandığını söylədi və Rövşanə adlı bir qadının bu işdə rol aldığını dedi.
Hər bir halda bu iddiaların daha açıq və şəffaf qaydada təhlilə ehtiyacı var. (more…)
Əli bəy
Əli Kərimliyə qarşı siyasi təxribat(lar)ın məqsədi nədir?
Son günlərdə yenə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli haqqında növbəti iftira kampaniyasının başladığını ibrətlə izləyirik.
Təbii ki, bu günə qədər Əli Kərimliyə qarşı aparılmış müxtəlif səviyyəsiz kampaniyaları nəzərə alsaq bəlkə də bunu normal qarşılamaq olardı.
Lakin Azərbaycanın ikinci prezidenti və AXC-nin lideri Əbülfəz Elçibəyin zəhərləndirilməsində onun ittiham edilməsi, hakimiyyətin ona qarşı mübarizədə hansı əxlaqsız üsullara əl atdığını göstərir.
Bu mənada özünü vicdanlı, müxalif, müstəqil adlandıran hər kəs, müxtəlif fikir fərqliliklərini və hətta şəxsi qərəzliyini bir kənara qoyaraq bu siyasi şantaja qarşı Əli bəyin yanında yer almalı və öz dəstəyini bir mənalı olaraq ifadə etməlidir.
Bu yazı Əli bəyə dəstək ifadəsiylə yanaşı, Əli Kərimli obrazının bir qədər fərqli təhlili ilə bağlı olacaq. (more…)
Qan eyləyən intervyu
Tural dəyişibmi?
Bu suala cavab verməzdən əvvəl bir-iki məqama toxunmaq istəyirəm.
Turalın (dəyişən) fəaiyyətiylə bağlı ilk dəfə fikrimi paylaşıram, Qan Turalın mənə tənqidlər yönəltdiyini nəzərə alsaq, ümid edirəm ki, bu yazı şəxsi-qərəzçilik fonunda anlaşılmayacaq.
Ümumiyyətlə tənqidlərə və hətta təhqirlərə qarşı kifayət qədər səbrli və tolerant olduğumu düşünürəm, təhqiri əxlaqsızlıq kimi görsəm də tənqidi ictimai norma kimi qəbul edirəm. Tənqiddən yeri gələndə nəticə, yeri gələndə dərs çıxarıram.
Turalın məni tənqid etməsinə və etdiyi tənqidlərin əksəriyyətiylə razı olmamağıma baxmayaraq düşünürəm ki, Tural talantlıdır, Türkiyə mətbuatından təsirlənsə də yazmaq istedadı var.
Eyni zamanda parlament seçkiləri dövründə Turalı Bakıda evimizdə qonaq etmişik, bir süfrədə çörək kəsmişik və onun bizə gəlişini parlament seçkilərində iştirakıma dəstək kimi qəbul etmişəm. (more…)
Ölümün xatırlatdıqları
Hər bir kəs (canlı) ölümü dadacaqdır. Ali İmran surəsi, 185-ci ayət
Bu yaxında sosial şəbəkələrdə daha bir azərbaycanlı həmvətənimizin Rusiyada faşist cinayətin qurbanı olduğunu öyrəndim.
Düzü bu cür xəbərlərin olması yeni deyil, bu qətl də ilk qətl deyil.
Rusiyada son illərdə radikal milliyətçi cərəyanların aktivləşdiyini və buna paralel olaraq etnik zəmində cinayətlərin artdığını görürük.
Təəssüfləndirici başqa məqam odur ki, bu cür etnik cinayətlər artdıqca bu cür cinayətlərə verilən reaksiyalar azalır və sıradan bir cinayət kimi qəbul edilməyə başlanır.
Ancaq atəş düşdüyü yeri yandırmışdır bir kərə… (more…)
Ata sözü
və yaxud atamın dedikləri
Mənim facebookdakı aktivliyim bu ilin başlarında atamı da bu internet portalına üzv olmağa vadar etdi.
Daha sonra hakimiyyətin mənə və ailəmə qarşı hücumlarından sonra atam işsiz qaldı və özünə daha yaxşı iş tapdı : internet:)
Bir də baxdım ki, atam facebookda status(lar) yazmağa başlayıb, təbii ki əvvəlcə gözlərimə inanmadım:)
Ağsaqqal kişi artıq facebook aktivisti olmuşdu.
Ancaq tanımadığı insanları dost siyahısına əlavə etmədiyi üçün cəmi 40 dostu var facebookda..
Mən də qərara gəldim ki, atamın bu qiymətli sözlərini daha geniş auditoriya ilə öz bloqumda paylaşım.
Beləliklə oxuyun və feyziyab olun. (more…)
Əmimin oğlu
Əmim və oğlu
Cəbrayıllılar arasında bizim nəsli tanımayan demək olar ki yoxdu…
İndiyə qədər tanış olduğum bütün cəbrayıllılardan haqq dünyasına köçmüş babamla, əmimlə, o cümlədən nəslimizin ağsaqqallarıyla bağlı xoş sözlər eşitmişəm sadəcə.
1956-cı ildə Mərcanlı kəndi Bərdədən Cəbrayıla köçürülsə də aradan keçən yarım əsrlik dövrdə dostluqlar, qohumluq əlaqələri unudulmayıb.
Mənim atam bu tarixdən əvvəl dünyaya gəldiyi üçün hələ də doğum haqqındakı şəhadətnaməsində Bərdə rayonu, Xanqaraqoyunlu kənd sovetinə bağlı Mərcanlı məhəlləsində (Bu gün həmin ərazidə Gülgəzli kəndi yerləşir.) anadan olduğu yazılır. (more…)
Dirək
Lazımsız dirək, dirsək kimidir.
Bəribaşdan yazıram ki, öz bayrağını tərs tutanların, bayrağı divara tərs asanların, tərsinə bayraqla şəkil çəkdirənlərin bu yazıya mız qoymasını əsla qəbul etmirəm.
Hələ ötən ilin sentyabr ayında bayraq meydanının açılışı zamanı da yazmışdım ki, bayraq sevgisi dirəyin uzunluğu ilə ölçülmür.
Uzunluq yarışına girmək kompleksdir, daha doğrusu uşaqlıq kompleksidir.
Balacalıqdan “mənimki uzundu yoxsa səninki” deyib uzunluq mübarizəsinə qoşulanların hələ də qısalıq kompleksinin davam etməsi kinayəlidir..
Hakimiyyətin uşaq kompleksləriylə idarə edilməsi isə ölkəni gənc tamaşaçılar teatrına çevirə bilər ancaq. (more…)
Running Scared

Cinayət(lər)in ört-bas edilməsi
Azərbaycanın Almaniyanın Düsseldorf şəhərində keçirilən 53-cü Avroviziya (Eurovision) musiqi yarışmasında birinci olması, xaricdə yaşayan bir azərbaycanlı kimi məni çox sevindirdi.
Düşünürəm ki, istənilən halda hansı platformada, yarışda olursa-olsun Azərbaycanın birinciliyi bizim üçün qürur qaynağı olmalıdır.
Siyasi əqidəsindən asılı olmayaraq, Azərbaycan hakimiyyətinə qarşı tutduğu müxalif mövqeyə baxmayaraq Azərbaycanın, Azərbaycan xalqının sevinci sevincimiz, kədəri kədərimiz olmalıdır.
Mən əminəm ki, dünənki birincilik barədə bir söz deməsə də, sevincinin əksini yazsa da dünyanın müxtəlif ölkələrində yaşayan bütün azərbaycanlılar, özünü azərbaycanlı sayanlar sevinib. (more…)
Azərbaycan iqtidarının axtardığı gənc danışdı
“Mənim həbsimə nail olmaq bu hakimiyyət üçün ən böyük hədiyyədir”
Elnur Məcidli: “İndiki şəraitdə Azərbaycana gəlişimə nail ola bilməyəcəklər”
“Fransada mənim təhlükəsizliyim təmin edilib”
Xəbər verdiyimiz kimi, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi Fransada yaşayan gənc fəal Elnur Məcidli barəsində 281.1 (hakimiyyəti zorla ələ keçirməyə çağırış) maddəsi ilə cinayət işi açıb və onu İnterpol xətti ilə beynəlxalq axtarışa verib. Bizimlə internet vasitəsilə söhbətində E.Məcidli ətrafında baş verən olaylara aydınlıq gətirdi. (more…)
Facebookdan həbsxanaya göndərilən adam
«Avropada minlərlə insan Facebookda işləyərək maaş alır»
Facebookdakı fəaliyyətinə görə bu gənc dövlət çevrilişinə cəhddə ittiham edilir
“Azadlıq”da yeni proyekt.
Bu dəfə “Azadlıq”ın oxucularına “Facebook” və digər sosial şəbəkələrdəki ictimai-siyasi polemikalara, bir növ, moderatorluq edən Azərbaycan gənclərini təqdim edirik.
Son günlər adı qalmaqallar qoparan Elnur Məcidli adlı Facebook istifadəçisi kimdir?
Virtual dünyanın bu gerçək qəhrəmanı o qədər populyar olub ki, Azərbaycan hökuməti hətta onun haqqında virtual cinayət işinin qaldırılması ilə bağlı siyasi göstəriş də verib. (more…)
2 Aprel – Böyük Qəzəb Günü
Qəzəbimiz Qələbəmizdir!
11 Mart – Böyük Xalq Günüylə Azərbaycanda baş verəcək Böyük Dəyişikliyin əsasını qoyduq.
11 Marta qədər bir çox insanın inamını qazandıq, insanlara özlərinə qarşı inam qazandırdıq.
Bu xalq heç nə edə bilməz deyənlər, yanıldıqlarını etiraf etmək məcburiyyətində qaldılar.
Kim nə deyir desin, qəbul etsin və ya etməsin, Azərbaycanda artıq yeni bir proses başlayıb.
Etdiklərimizə inanmayanlar, qulp qoyanlar, olub və olacaq.
Azərbaycan xalqı ən yaxşısına layiqdir və bunu əldə etmək üçün də o cəsarətə, ləyaqətə sahibdir. (more…)
11 Martla bağlı
Böyük Xalq Gününə 1 gün qalmış…
Bu yazını yazmaq əslində ehtiyacdan yarandı. Dəfələrlə sosial şəbəkələrdə, mediada bu barədə açıqlama verməyimiziə baxmayaraq, bilərək və ya bilməyərək fərqli yerlərə yozanlar oldu.
Bu yazını sırf bəzi şeyləri dəqiqləşdirmək üçün yazıram.
Ümid edirəm ki, burda vurğulayacağım məqamlar bir sıra məsələlərə aydınlıq gətirəcək və önümüzdəki fəaliyyətlə bağlı bizə inanan, könül verən, dəstəkləyən həmvətənlərimiz arasında müəyyən rəy formalaşdıra biləcək.
İlkin olaraq bir şeyi qətiyyətlə qeyd etmək istəyirəm : 2009-cu ildə Emin Milli və Adnan Hacızadənin həbsi bu prosesin başlanğıcı oldu. (more…)
Azadlıqda olmaq
Azadlıq verilməz, alınar!
Bu gün Azərbaycanda Azadlıq deyəndə 3 şey ağlıma gəlir:
Azadlıq Meydanı, Azadlıq Radiosu və Azadlıq Qəzeti…
Hər üçü də mənə doğma və bir o qədər əzizdir.
Hər üçünün də sovet imperiyasına qarşı aparılan mübarizədə xüsusi yeri və çəkisi var. (more…)
Azərbaycan Xalq Cəbhəsi
və yaxud səngərdəki xalqın 21 illik cəbhəsi
Bu gün Azərbaycan Xalq Cəbhəsinin (AXC) yaranmasının 21-ci ili tamam olur.
AXC-nin və onun liderlərinin yaxın tariximizdəki rolları, fəaliyyətləri danılmazdır.
AXC, eyni zamanda sovet imperiyasına qarşı yaradılan milli azadlıq hərəkatına başçılıq edən mütəşəkkil siyasi təşkilat idi.
Bu cəbhənin apardığı mübarizə, Azərbaycanın 70 il sonra öz müstəqilliyinə qovuşmasıyla nəticələndi. (more…)
Dalğayla bağlı
Hər yeni sahili ilk Dalğa fəth edir.
Eyni ideyalar uğrunda, lakin fərqli yollarla gedən, mübarizə aparan gənclərin, gənclər təşkilatlarının qarşılıqlı olaraq bir-birinə yerli-yersiz ittihamlar səsləndirməsini doğru saymıram.
Dalğa Gənclər Hərəkatı və onun ətrafında son baş verənlər üzüntüvericidir.
Dalğa GH, bir çox yeniliklərə imza atıb, klassik formatlar yerinə alternativ formatlardan istifadə edib, məsələlərdə kifayət qədər fəallıq göstərib , göstərməyə davam edir. (more…)
Dubayşünas
Dubayı gəl, dubayı
Həsri basma dolan gəl
Yoxdur ondan savayı
Doqquz villa alan gəl..İndiyə qədər Azərbaycanda müxtəlif qalmaqalların şahidi olmuşuq.
Prezident ailəsinin Dubaydakı mülklərinin ortaya çıxması, Novruz gəlmədən ölkə daxilində tonqal qalamışdı..
Prezident Novruz çıxışında sözü bulvara gətirib bu atəşi Xəzərin suyu ilə söndürməyə çalışsa da mümkün olmadı..
Çünki Xəzərin suyu neftlidi…
Neft isə əl çirkidi…
Qara pullar kimi… (more…)
Azadlıq Qəniməti
Hər Azadlıq, bir Qənimətdir.
Bu gün, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid iki il dörd ay haqsız yerə həbsdə qaldıqdan sonra sərbəst buraxıldı.
Özüm bilərək “azadlığa buraxıldı” yazmadım.
Çünki, bəzi insanlar var ki, həbs edilsələr də, qollarına qandal vurulsa da onlar azaddırlar..
Həbsxana divarları, dəmir barmaqlıqlar onları azadlıqdan məhrum edə bilməz.
Halbuki, həbs o insanların gündəlik ictimai fəaliyyətini məhdudlaşdıra bilər ancaq…
Fikir və düşüncə azadlıqlarını əsla əllərindən ala bilməz.. (more…)
8 Mart
və yaxud qadınların yada düşdüyü gün
8 Mart, dünyanın əksər ölkələrində Qadınlar Günü olaraq qeyd olunur.
Bu günü ictimai həyatda qadın-kişi bərabərliyinin başlanğıcı da hesab etmək olar.
8 Mart, eyni zamanda qadın cəsarətinin simvola çevrildiyi gündür…
Azərbaycanda bu günün əsl mənasını itirərək sadəcə qadınlara hədiyyə bayramı olaraq qeyd edilməsi üzüntüvericidir.
İlin 365 günü öz xanımını incidərək qadın problemlərinə laqeyd qalanların, müxtəlif yer və zamanlarda qadın haqqlarını tapdayanların, qadına qarşı zorakılığın tərəfdarı olanların ilin bir günü hədiyyə alması ziddiyyətli məsələdir.
8 Martda heç bir qadının hədiyyəyə ehtiyacı olmamalıdır…
Çünki, 8 Mart bütün dünya qadınları üçün ən böyük tarixi hədiyyədir… (more…)

































Elec…tions
Azerbaijan: Violations reported as parliamentary elections approach
As parliamentary elections approach in Azerbaijan, candidates go through the final registration process.
However, the process has not been without allegations of violations and the frustration not only of candidates, but also of observers and local activists. (more…)
Rate this:
Paylaş:
Like this:
04/10/2010 at 04:51 5 şərh