Posts tagged ‘kütlə’

Sabahkı mitinqlə bağlı

Yeganə çıxış yolumuz nədir?

Sabah İctimai Palata növbəti mitinqini keçirir.

Hakimiyyət əleyhinə keçirilən hər mitinqi, hər etiraz aksiyasını təqdir edirəm, dəstəkləyirəm.

Məni narahat edən məqam mitinq təşkilatçısı olaraq İctimai Palatanın deyil, siyasi partiyaların adının önə çıxmasıdır.

İnsanların bir yerə toplanmasını nəzərdə tutan bir fəaliyyətdə bu cür parçalayıcı addımlardan qaçmaq lazımdı, siyasi partiyaların adını ön plana çıxarmaq doğru deyil. (more…)

21/04/2012 at 22:16 2 şərh

Qan eyləyən intervyu

Tural dəyişibmi?

Bu suala cavab verməzdən əvvəl bir-iki məqama toxunmaq istəyirəm.

Turalın (dəyişən) fəaiyyətiylə bağlı ilk dəfə fikrimi paylaşıram, Qan Turalın mənə tənqidlər yönəltdiyini nəzərə alsaq, ümid edirəm ki, bu yazı şəxsi-qərəzçilik fonunda anlaşılmayacaq.

Ümumiyyətlə tənqidlərə və hətta təhqirlərə qarşı kifayət qədər səbrli və tolerant olduğumu düşünürəm, təhqiri əxlaqsızlıq kimi görsəm də tənqidi ictimai norma kimi qəbul edirəm. Tənqiddən yeri gələndə nəticə, yeri gələndə dərs çıxarıram.

Turalın məni tənqid etməsinə və etdiyi tənqidlərin əksəriyyətiylə razı olmamağıma baxmayaraq düşünürəm ki, Tural talantlıdır, Türkiyə mətbuatından təsirlənsə də yazmaq istedadı var.

Eyni zamanda parlament seçkiləri dövründə Turalı Bakıda evimizdə qonaq etmişik, bir süfrədə çörək kəsmişik və onun bizə gəlişini parlament seçkilərində iştirakıma dəstək kimi qəbul etmişəm. (more…)

17/04/2012 at 03:45 2 şərh

Elnur Məcidli Fransa prezidentinə məktub ünvanlayıb

Mətbuat üçün açıqlama

Fransada yaşayan azərbaycanlı jurnalist Elnur Məcidli Avropada yaşayan siyasi mühacirlər adından Fransa prezidenti Nikola Sarkoziyə məktubla müraciət edib.

Avropa Azərbaycanlıları Demokratiya Uğrunda (EUROAD) təşkilatının təsisçisi olan Məcidli, Fransa prezidentinə müraciətində onun Cənubi Qafqaza səfərinə və o cümlədən Azərbaycandakı hazırkı vəziyyətə geniş yer verilib.

Məktubda həmçinin Qarabağ konflikti ətrafında danışıqlar, Cənubi Qafqaz ölkələrində sosial-iqtisadi problemlər, ərəb ölkələrindəki inqilablar və s. qeyd olunur. (more…)

20/10/2011 at 21:49 3 şərh

Azərbaycan iqtidarının axtardığı gənc danışdı

“Mənim həbsimə nail olmaq bu hakimiyyət üçün ən böyük hədiyyədir”

Elnur Məcidli: “İndiki şəraitdə Azərbaycana gəlişimə nail ola bilməyəcəklər”

“Fransada mənim təhlükəsizliyim təmin edilib”

Xəbər verdiyimiz kimi, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi Fransada yaşayan gənc fəal Elnur Məcidli barəsində 281.1 (hakimiyyəti zorla ələ keçirməyə çağırış) maddəsi ilə cinayət işi açıb və onu İnterpol xətti ilə beynəlxalq axtarışa verib. Bizimlə internet vasitəsilə söhbətində E.Məcidli ətrafında baş verən olaylara aydınlıq gətirdi. (more…)

16/04/2011 at 05:46 Şərh yazın

11 Martdan sonra

Böyük Xalq Günü təəssüratları

Hər şey facebookda açdığım onlayn bir səhifə ilə başlamışdı.

Ərəb ökələrində baş verən proseslər, azərbaycanlı facebook istifadəçilərinin yüksək marağı, hakimiyyətin səhifə əleyhinə apardığı dozu yüksək anti-təbliğat və s. səhifəni populyarlaşdırdı.

Səhifəni yaradan biri olaraq əsas məqsədim, facebookdakı narazı və dağınıq çoxluğu bir araya gətirməkdi.

Tək olduğunu hiss edib susanlara, ümidsizliyə düşənlərə tək olmadıqlarını göstərməkdi.

11 Mart – Böyük Xalq Günü aksiyası,  əslində aksiya tarixindən günlər öncə artıq baş tutmuşdu…

Biz artıq bunu bacarmışdıq! (more…)

17/03/2011 at 15:20 2 şərh

11 Martla bağlı

Böyük Xalq Gününə 1 gün qalmış…

Bu yazını yazmaq əslində ehtiyacdan yarandı. Dəfələrlə sosial şəbəkələrdə, mediada bu barədə açıqlama verməyimiziə baxmayaraq, bilərək və ya bilməyərək fərqli yerlərə yozanlar oldu.

Bu yazını sırf bəzi şeyləri dəqiqləşdirmək üçün yazıram.

Ümid edirəm ki, burda vurğulayacağım məqamlar bir sıra məsələlərə aydınlıq gətirəcək və önümüzdəki fəaliyyətlə bağlı bizə inanan, könül verən, dəstəkləyən həmvətənlərimiz arasında müəyyən rəy formalaşdıra biləcək.

İlkin olaraq bir şeyi qətiyyətlə qeyd etmək istəyirəm :  2009-cu ildə Emin Milli və Adnan Hacızadənin həbsi bu prosesin başlanğıcı oldu. (more…)

10/03/2011 at 20:33 2 şərh

11 mart sırf xalq layihəsidir

Bir neçə gündür «Facebook» sosial şəbəkəsində «11 mart – Böyük xalq günü» adlı qrup yaradılıb.

Qrupun təşəbbüsü barədə 20 mindən çox aktiv «Facebook» istifadəçisi məlumatlandırılıb.

Qrup yaradıcısı, Avropa Azərbaycanlıları Demokratiya uğrunda təşkilatının təsisçisi, hazırda Fransada yaşayan Elnur Məcidli deyir ki, qrupun yaradılmasında məqsəd kütləvi ümidsizliyi qırmaqdır: (more…)

02/03/2011 at 22:16 2 şərh

11 Mart – Böyük Xalq Günü

Hər qaranlıq gecənin bir aydınlıq səhəri var!

Artıq dan yeri ağarmaq üzrədi… 18 il sürən təlatümlü gecə bitmək üzrədi.

Günəşin çıxmasına, Azərbaycanımızın üzərində bərq vurmasına az qalıb…

Səhər açılır dostlar, oyanmaq vaxtıdı, yatmışları oyatmaq!

Yeni bir tarixə qədəm qoyuruq, bu tarixi yazan isə Azərbaycan xalqı olacaqdır.

İllərdir qış fəslini yaşayan Azərbaycana baharı siz gətirəcəksiniz!

11 Mart sizin gününüzdür! Böyük Xalq Günüdür! (more…)

27/02/2011 at 19:38 4 şərh

Elec…tions

Azerbaijan: Violations reported as parliamentary elections approach

As parliamentary elections approach in Azerbaijan, candidates go through the final registration process.

However, the process has not been without allegations of violations and the frustration not only of candidates, but also of observers and local activists. (more…)

04/10/2010 at 04:51 5 şərh

Azərbaycan Xalq Cəbhəsi

və yaxud səngərdəki xalqın 21 illik cəbhəsi

Bu gün Azərbaycan Xalq Cəbhəsinin (AXC) yaranmasının 21-ci ili tamam olur.

AXC-nin və onun liderlərinin yaxın tariximizdəki rolları, fəaliyyətləri danılmazdır.

AXC, eyni zamanda sovet imperiyasına qarşı yaradılan milli azadlıq hərəkatına başçılıq edən mütəşəkkil siyasi təşkilat idi.

Bu cəbhənin apardığı mübarizə, Azərbaycanın 70 il sonra öz müstəqilliyinə qovuşmasıyla nəticələndi. (more…)

16/07/2010 at 20:12 17 şərh

Statistika

Oxuculara təşəkkür məktubu

Bu yazı, bloqumun fəaliyyətə başladığı gündən daim oxucusu olan insanlara təşəkkür ve hesabat xarakteri daşıyır.

İstər müxalifyönlü, istər iqtidaryönlü, istər xaricdə, istər vətəndə yaşayan soydaşlarım olsun, bloqumu davamlı təqib edən bütün oxucularıma təşəkkür edirəm.

Bu arada hər gün yazılarımı oxuyan dövlət məmurlarını, yazılarımı çap edib hesabat verənləri də unutmadım və onlara təbii ki, xüsusi təşəkkür borcum var. (more…)

19/01/2010 at 08:12 16 şərh

Turp Ordeni

və yaxud Mifin sonu

Əsasən iqtidaryönlü insanlar arasında çətin vəziyyətdə qalanda davamlı işlədilən cümlələrin başında gəlir.

Prezident yaxşı insandı, ancaq ətrafı pisdi…

Prezidentin bu hadisədən xəbəri olmayıb…

Əslində həmin insanların qarşılaşdığı və ya gördükləri haqsızlıqlar qarşısında özlərini təsəlli etmək üçün, mənəvi rahatlıq tapmaq üçün bu kimi cümlələrdən istifadə edirlər. (more…)

15/01/2010 at 23:24 21 şərh

Bayraq

Və yaxud bayraq sadəcə bez parçası deyil

Uzun müddətdi haqqında yazmaq istədiyim mövzulardan biri də elə bu mövzu idi.

Ümumiyyətlə bayrağın simvol olub-olmaması ilə bağlı fərqli düşünənlər az deyil.

Eyni zamanda başqa bir reallıq da, ölkə ictimaiyyətinin digər əhəmiyyətli məsələlərə olan passiv münasibətinin əksinə, bayraqla bağlı hadisələrə biganə qalmaması və kəskin reaksiya verməsidir. (more…)

14/01/2010 at 08:41 43 şərh

Lyon Aksiyası

və yaxud bizi birləşdirən yeganə problem

Son üç günün yüksək tempoda keçməsi, bloqumu yeniləməyə imkan vermədi.

Bu üç günün fövqəladə halda tempolu olmasının ən əsas səbəbi, Lyonda keçirilən etiraz aksiyasında iştirakım idi.

Aksiyanın keçirilmə təşəbbüsü isə “İrəli” İctimai Birliyi tərəfindən edilmişdi..

Bu aksiyada iştirakla bağlı qərarı da aksiyadan bir gün əvvəl verdim. (more…)

13/12/2009 at 18:55 42 şərh

Bura zibil atanın…

və yaxud artan “zibil” problemi

Keçən həftə lent.az saytında maraqlı bir xəbərə rast gəldim.

Xəbər, Bakıda divarlara yazılan yazılarla bağlı idi.  Təbii ki, bu yazılar sadəcə divarlarla bağlı qalmır, müxtəlif yerlərdə – bina girişlərində,  kütləvi nəqliyyat vasitələrində, avtobus oturacaqlarında, sinif partalarında və s. ictimai yerlərdə müxtəlif tip yazılara rast gəlmək mümkündür. (more…)

07/12/2009 at 16:46 25 şərh

Qoyun və Azərbaycanlı

və yaxud Qoyunun Bayramı Olmur

İlk öncə bunu qeyd edim – bu yazını Qurban bayramı ərəfəsində yazmağım sadəcə xoş təsadüfdən ibarətdi.

Azərbaycan xalqı qoyunları çox sevir. Sevgi qarşılıqlıdı deyiblər, elə qoyunlarımız da bizi ən az o qədər sevir.

Azərbaycan xalqı qoyunu sadəcə yağlı ətinə, kababına görə sevmir, bəlkə də gücü çatdığı 3-5 canlıdan biri olduğu üçün sevir. (more…)

27/11/2009 at 13:02 49 şərh


Qısaltma


Bloqdakı yeniliklərdən xəbərdar olmaq üçün mail adresinizi yazın.

Join 28,546 other followers

Goodreads

No data found
Book recommendations, book reviews, quotes, book clubs, book trivia, book lists

Reklam


Arxiv

Ötən Bülbül

Hava

GISMETEO: Погода по г.Баку GISMETEO: Погода по г.Нахичевань GISMETEO: Погода по г.Ханкенди

Statistika

  • 138,826 ziyarətçi
!function(d,s,id){var js,fjs=d.getElementsByTagName(s)[0];if(!d.getElementById(id)){js=d.createElement(s);js.id=id;js.src="//platform.twitter.com/widgets.js";fjs.parentNode.insertBefore(js,fjs);}}(document,"script","twitter-wjs"); Locations of visitors to this page Rated by MyTOP Kataloq Free counters ILK-10 Azeri Website Directory free counters Free Page Rank Tool Bookmark and Share submitgooglesitemap.com Sitemap Generator Politics Journalist Blogs - BlogCatalog Blog Directory

Feeds

Müəllif Hüququ Qorunur

Creative Commons License
Elnur MAJIDLI - Find me on Bloggers.com

Top Rated


Follow

Get every new post delivered to your Inbox.

Join 28,546 other followers

%d bloggers like this: