Posts tagged ‘ev’

Təfərrüatdır

Bir çox təfərrüat

Bir çox titulun ola bilər, insanlıq titulun yoxdursa qalan titullar təfərrüatdır.

Bir çox fəxri adın ola bilər, xalqın səninlə fəxr etmirsə adlar təfərrrüatdır.

Bir çox büstün, heykəlin, başdaşın ola bilər, o baş xalq naminə işləməyibsə daşlar təfərrüatdır.

Bir çox sözün ola bilər deyiləsi, əməlinlə uyuşmursa sözlər təfərrüatdır.

Bir çox lazım gələ bilər əbəs yerə, zamanında gəlmirsə, vaxtı gəlib çatmırsa lazım təfərrüatdır. (more…)

09/02/2012 at 03:42 3 şərh

Həmrəy olmayan

Həmrəy olaq, bəlkə eşidərlər

Azərbaycan musiqisi, Azərbaycan adət-ənənələri, Azərbaycan yeməkləri (xörəkləri), Azərbaycan diyarı, Azərbaycan təbiəti deyibən Azərbaycanı sevirik, vətənimiz üçün darıxır, Qədir Rüstəmovun “Sona Bülbüllər”ini, Xanın “Qarabağ Şikəstəsi”ni dinləyib kədərlənir, bəzən göz yaşlarımızı saxlaya bilmirik.

Təəssüf ki, xarici vətəndaşlara, xaricdə yaşayanlara, Azərbaycanı tanımayanlara isə Azərbaycanımız varlı ölkədir deyərək, Qarabağ bizimdir deyərək ağız dolusu danışarkən bu məfhumlardan kənara çıxa bilmirik.

Təəssüf ki, Azərbaycanda millətimizin həyat şəraitindən, Azərbaycan qayda qanunlarından, insan haqqlarından, azad məhkəmələrdən, mükəmməl bilik verən Azərbaycan ali məktəblərindən, azad yazarların azad fikirlərindən Azərbaycanlılara xas olan canfəşanlıqla, emosiyalarla danışmağa çətinlik çəkirik.

Bunu etməyə bizə imkan vermirlər, əl-ayağımızı baglayıb, agzımızı tıxayır, bizləri polis şöbələrinə doldururlar. (more…)

30/12/2011 at 15:43 Şərh yazın

İvonna

İvonna nənəyə

Bir məşuqə düşünün,

Aşiqinə qoşulub

Arxasına baxmadan

Vətənini tərk edən… (more…)

15/10/2011 at 21:47 1 comment

O gün

O günün şəhidlərinə ithaf olunur…

Bu gün 20 yanvar hadisələrinin 21-ci ildönümüdür.

20 yanvarı faciə adlandırmağı uyğun görmürəm. Çünki o gün baş verənlər faciə yox qəhrəmanlıq dastanı idi.

20 Yanvar bizim üçün matəm günü yox, fəxr və qürur günü olmalıdır.

Digər xalqlarda olduğu kimi… (more…)

20/01/2011 at 16:29 2 şərh

Tanrıya məktublar

Uşaqlardan Tanrıya məktublar…

Avropa və Amerikada uşaqlardan Tanrı haqqındaki fikirlərini soruşublar.

Din tədrisinin bir hissəsi olaraq uşaqlardan Tanrıya məktub yazmalarını, eyni zamanda arzu və istəklərini bildirmələrini istəyiblər…

Dünyanın harasında olursa olsun, hansı mühitdə yaşayırsa yaşasın uşaqlar məsumdurlar.

Oxuyun və məsumiyyəti hiss edin. (more…)

20/12/2010 at 23:35 6 şərh

Elec…tions

Azerbaijan: Violations reported as parliamentary elections approach

As parliamentary elections approach in Azerbaijan, candidates go through the final registration process.

However, the process has not been without allegations of violations and the frustration not only of candidates, but also of observers and local activists. (more…)

04/10/2010 at 04:51 5 şərh

Jurnalistlər Evi

Parisdə evsiz jurnalistlərin pənah gətirdiyi sığınacaq

Bu gündən etibarən Parisdə bir sıra media qurumları və mediayla bağlantılı qeyri-hökümət təşkilatları ilə bir sıra görüşlər keçirməyə başladım.

Görüşlərin əsas müzakirə predmeti, Qafqazda və Azərbaycanda medianın hazırkı vəziyyəti, mətbuat azadlığı, həbsdə olan jurnalistlər, yeni media texnologiyalarının regionda tətbiqi, və s. buna bənzər mövzulardı. (more…)

15/07/2010 at 11:04 3 şərh

Bilgisayar ve İman

Cami imamı Abdullah hoca, bir iş için resmi dairelerden birine gider.

Kendisinden TC kimlik numarası istenince, en yakın internet- cafenin yolunu tutmak zorunda kalır.

Cafenin kapısından girerken levhada yazılı isim ‘fesubhânallah’lar, estağfirullah’lar çektirir hoca efendiye, hem de peşpeşe: (more…)

10/07/2010 at 14:55 6 şərh

Ev Televizoru

və yaxud iqtisadi böhranın növbəti təsiri

Azərbaycan hakimiyyəti hər nə qədər qlobal böhranın ölkəyə təsirinin olmadığını söyləsələr də əməli fəaliyyətdə əksini edirlər.

Ancaq burda bir şeyi vurğulamaqda fayda var.

Dünyanı sarsan iqtisadi böhran, Azərbaycanda kasıb xalqdan çox, zırpı məmurlara təsir etdi.

Hətta təsir etdi deyəndə zəif alınır, böhran bizim məmurları əməlli-başlı şapalaqladı.

Xalqa gəlincə, rəhmətlik Heydər Əliyevin sözü olmasın bizim xalq dözümlü xalqdı. (more…)

27/04/2010 at 00:39 42 şərh

Ne kadar şanssızım!

Bazen şanssızlık, aslında yeni bir şanstır. – Elnur Mecidli

Üzgün ve pısırık görünüşlü bir Adam barda tünemiş oturuyormuş…

Önünde bir türlü içemediği bir içki bardağı, suratı asık..

O sırada barın kapısı açılmış.

İri yarı, külhanbeyi tavırlı bir Adam, sert adımlarla barın tezgahına doğru yürümüş ve pısırık adamı iteleyerek tabureye oturmuş. (more…)

09/04/2010 at 19:52 7 şərh

Dubayşünas

Dubayı gəl, dubayı
Həsri basma dolan gəl
Yoxdur ondan savayı
Doqquz villa alan gəl..

İndiyə qədər Azərbaycanda müxtəlif qalmaqalların şahidi olmuşuq.

Prezident ailəsinin Dubaydakı mülklərinin ortaya çıxması, Novruz gəlmədən ölkə daxilində tonqal qalamışdı..

Prezident Novruz çıxışında sözü bulvara gətirib bu atəşi Xəzərin suyu ilə söndürməyə çalışsa da mümkün olmadı..

Çünki Xəzərin suyu neftlidi…

Neft isə əl çirkidi…

Qara pullar kimi… (more…)

23/03/2010 at 11:00 16 şərh

QARalan Bakı

Qara bax qara, gör necə yağır
Çıxma bayıra,  qonşunu çağır
İnsanlar burda dombalaq  aşır
Qar gör Bakıya necə yaraşır

Bakıya axır ki, düz-əməlli qar yağdı…

Analoqu olmayan inkişafı daha yaxından görmə imkanı əldə etdi Azərbaycan xalqı…

Hər tərəf ağ rəngə büründü, tıxac problemi həll oldu.

Yollar buz bağladı, Bakının qış olimpiadları üçün Vancouver-dən (2010 Qış Olimpiadlarının keçirildiyi Kanada şəhəri) daha münasib şəhər olduğu ortaya çıxdı. (more…)

09/02/2010 at 14:24 15 şərh

Ölüm Ordusu

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə eşq olsun! – Heydər Əliyev

Ordu, bir dövlətin öz suverenliyini davam etdirməsinin təminatçısıdır.

Ordu, eyni zamanda cəmiyyətin ən həssas nöqtələrindən biridir.

Ordu milli dəyərdir, siyasi fikir ayrılıqlarını kənara qoyaraq öz ordusuna sahib çıxmaq hər kəsin borcudur.

Bir ölkədə dövlətçiliyin hansı yöndə inkişaf etdiyini öyrənmək üçün təhsil və səhiyyə ilə yanaşı, ordusuna da baxmaq vacibdir.

Əslində təhsil, səhiyyə və ordu (hərbi sahə) bir-biriləriylə kifayət qədər bağlantılı sahələrdir.

Təhsilin zəifliyi, səhiyyənin zəifliyinə gətirib çıxaracaq, səhiyyəsi zəif orduda fiziki və psixi xəstə əsgərlərin sayı da çox olacaq.

Eyni zamanda aşağı səviyyəli təhsilin hökm sürdüyü orduda özbaşınalıqların yaranması təəccüblü deyil.

Bu gün Azərbaycan ordusunda olan problemlərin iqtidar mediasının göz boyamalarına baxmayaraq gizlədilməyəcək qədər böyüməsi, heç də xeyirə əlamət deyil. (more…)

02/02/2010 at 10:17 23 şərh

20 Yanvar

Və yaxud 20 il əvvəl və sonra…

Bu gün 20 Yanvar hadisələrindən 20 il ötür…

Bizi o gecədən, o tarixdən, o millət ruhundan uzaqlaşdıran iyirmi il…

Və illər keçdikcə biz ondan uzaqlaşırıq, o da bizdən…

Həm ruhən, həm mənən, həm fikirnən, həm əməlnən…

20 Yanvar əslində özü bir tarixdir…

Bir günə, bir gecəyə sığışdırılmış böyük bir tarix…

20 Yanvar niyə bizim üçün əhəmiyyətlidir və əhəmiyyətli olmalıdır? (more…)

20/01/2010 at 23:40 13 şərh

Macal – Toy

Və yaxud həsrətin sona yetdiyi gün

Azərbaycanda toylar bir başqadır…

Bütün qohumları, yaxınları, dostları, qonşuları hamısını bir arada görmək, görüşmək imkanın olur..

3 il yarımdan sonra Azərbaycana gələn birinin bir başa toy üstünə gəlməsi, hamını bir arada görməsi qarşısında həyacanlanmamaq, duyğulanmamaq əldə deyildi.

Və əgər bu toy bir qardaş toyu idisə, duyğuları sözlərlə ifadə etmək mümkün deyil və bunu sadəcə yaşamaq lazımdı.. (more…)

18/01/2010 at 15:34 17 şərh

Turp Ordeni

və yaxud Mifin sonu

Əsasən iqtidaryönlü insanlar arasında çətin vəziyyətdə qalanda davamlı işlədilən cümlələrin başında gəlir.

Prezident yaxşı insandı, ancaq ətrafı pisdi…

Prezidentin bu hadisədən xəbəri olmayıb…

Əslində həmin insanların qarşılaşdığı və ya gördükləri haqsızlıqlar qarşısında özlərini təsəlli etmək üçün, mənəvi rahatlıq tapmaq üçün bu kimi cümlələrdən istifadə edirlər. (more…)

15/01/2010 at 23:24 21 şərh

Macal – Bakıya Gediş

Əslində son 3 günə qədər Bakıya gedib-getməyəcəyim dəqiq deyildi…

Ancaq getməyi çox istəyirdim, çünki ailəmizin ən kiçiyi, atamın sonbeşiyim dediyi qardaşımın toyu idi. Bu cür xoş bir hadisədə qardaşımı tək qoymaq istəmirdim.

Buna baxmayaraq ailəmə gələcəyim haqqında söz verməmişdim…

Nəhayət martın 3-ü Bakıya gedəcəyim dəqiqləşdi və həmin gün AZAL-ın Paris bürosuyla əlaqə saxlayaraq Mart ayının 7-si üçün Bakı biletimi aldım. Qardaşımın toyu da məhz martın 7-si idi, heç bir əksiklik olmasa qardaşım üçün gözəl bir surpriz edəcəkdim… (Düzdü əksiklik oldu, ancaq bu surprizi etmək də nəsib oldu)

Bundan sonra inanılmaz həyacan başlamışdı – Yarım qalan təcili işləri həll etmək, hədiyyələrin alınması və s. (more…)

04/01/2010 at 01:04 25 şərh

Macal

Və yaxud iki ay Azərbaycanda…

Müqəddimə

Uzun aradan sonra Azərbaycana gedişim, ora haqqındakı təəssüratlarımın müqəddiməsi sayıla bilər.

Oxucularım arasında illərdir Azərbaycana getməyənlərin sayını nəzərə alaraq qaldığım iki ay müddətində gördüklərimi, etdiklərimi və eşitdiklərimi ətraflı şəkildə anlatmağa çalışacam. (more…)

28/12/2009 at 15:23 14 şərh

Lyon Aksiyası

və yaxud bizi birləşdirən yeganə problem

Son üç günün yüksək tempoda keçməsi, bloqumu yeniləməyə imkan vermədi.

Bu üç günün fövqəladə halda tempolu olmasının ən əsas səbəbi, Lyonda keçirilən etiraz aksiyasında iştirakım idi.

Aksiyanın keçirilmə təşəbbüsü isə “İrəli” İctimai Birliyi tərəfindən edilmişdi..

Bu aksiyada iştirakla bağlı qərarı da aksiyadan bir gün əvvəl verdim. (more…)

13/12/2009 at 18:55 42 şərh

Qadın və Demokratiya

və yaxud Demokratiya bir qadın olsaydı…

Demokratiyanın bərqərar olduğu ölkələrdə qadına verilən dəyər, qadınların cəmiyyətdəki sosial aktivliyi, qadın-kişi bərabərliyi digər ölkələrlə müqayisə edilməyəcək qədər inkişaf edib.

Bir ölkədə qadın haqlarını incələməklə o ölkənin demokratik dəyərlərə verdiyi əhəmiyyəti tam olaraq bilmək olar. (more…)

03/12/2009 at 16:55 53 şərh


Qısaltma


Bloqdakı yeniliklərdən xəbərdar olmaq üçün mail adresinizi yazın.

Join 28,548 other followers

Goodreads

No data found
Book recommendations, book reviews, quotes, book clubs, book trivia, book lists

Reklam


Arxiv

Ötən Bülbül

Hava

GISMETEO: Погода по г.Баку GISMETEO: Погода по г.Нахичевань GISMETEO: Погода по г.Ханкенди

Statistika

  • 139,931 ziyarətçi
!function(d,s,id){var js,fjs=d.getElementsByTagName(s)[0];if(!d.getElementById(id)){js=d.createElement(s);js.id=id;js.src="//platform.twitter.com/widgets.js";fjs.parentNode.insertBefore(js,fjs);}}(document,"script","twitter-wjs"); Locations of visitors to this page Rated by MyTOP Kataloq Free counters ILK-10 Azeri Website Directory free counters Free Page Rank Tool Bookmark and Share submitgooglesitemap.com Sitemap Generator Politics Journalist Blogs - BlogCatalog Blog Directory

Feeds

Müəllif Hüququ Qorunur

Creative Commons License
Elnur MAJIDLI - Find me on Bloggers.com

Top Rated


Follow

Get every new post delivered to your Inbox.

Join 28,548 other followers

%d bloggers like this: