Azerbaijan: Violations reported as parliamentary elections approach
As parliamentary elections approach in Azerbaijan, candidates go through the final registration process.
However, the process has not been without allegations of violations and the frustration not only of candidates, but also of observers and local activists. (more…)
Yazı, Xocalı faciəsində amansızca qətlə yetirilən 613 azərbaycanlının qarşısında mənəvi hesabat xarakteri daşıyır..
Xocalıda edilən vəhşiliyi Azərbaycan və dünya ictimaiyyətinə çatdıran qəhraman jurnalist Çingiz Mustafayevin yanındakı əsgərə göz yaşları içində səslənərək qətlə yetirilmiş kiçikyaşlı qız uşağının üzünü qaldırmasını istəməsi bir çoxumuzun yaddaşına həkk olunub.
Əslində, bu kiçik video səhnəsi belə, Xocalıda törədilən bu cinayətin hansı qəddarlıqla edildiyini gözlər önünə sərir.
Xocalı soyqırımı ilə qaranlıq məqamlar da az deyil.
Rus ordusunun (keçmiş sovet ordusu) Xocalının işğalında zirehli texnikayla iştirakı
Xocalının dörd tərəfdən mühasirəyə alındığı halda, oradakı insanların həyatının qurtarılması üçün ciddi diplomatik danışıqların aparılmaması
və s. məsələlər hələdə qaranlıq olaraq qalır…
Nəticədə isə amansızca qətl edilən 106-sı qadın, 83-ü uşaq olan 613 nəfər… (more…)
Azərbaycan prezidenti İlham Əliyevin yaxın zamanda “EuroNews” kanalına verdiyi müsahibə ölkə daxilində xeyli səs gətirdi.
Bəlkə də bunun əsas səbəbi, ölkə prezidentinin uzun bir aradan sonra bir media orqanına müsahibə verməsi, ən əsası müsahibədə ona yönəldilən suallar idi.
Müsahibənin detallarına girməyəcəm, sadəcə verilən suallardan biriylə bağlı (məncə müsahibənin kuliminasiya nöqtəsi) öz fikrimi sizinlə bölüşəcəm. (more…)
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə eşq olsun! – Heydər Əliyev
Ordu, bir dövlətin öz suverenliyini davam etdirməsinin təminatçısıdır.
Ordu, eyni zamanda cəmiyyətin ən həssas nöqtələrindən biridir.
Ordu milli dəyərdir, siyasi fikir ayrılıqlarını kənara qoyaraq öz ordusuna sahib çıxmaq hər kəsin borcudur.
Bir ölkədə dövlətçiliyin hansı yöndə inkişaf etdiyini öyrənmək üçün təhsil və səhiyyə ilə yanaşı, ordusuna da baxmaq vacibdir.
Əslində təhsil, səhiyyə və ordu (hərbi sahə) bir-biriləriylə kifayət qədər bağlantılı sahələrdir.
Təhsilin zəifliyi, səhiyyənin zəifliyinə gətirib çıxaracaq, səhiyyəsi zəif orduda fiziki və psixi xəstə əsgərlərin sayı da çox olacaq.
Eyni zamanda aşağı səviyyəli təhsilin hökm sürdüyü orduda özbaşınalıqların yaranması təəccüblü deyil.
Bu gün Azərbaycan ordusunda olan problemlərin iqtidar mediasının göz boyamalarına baxmayaraq gizlədilməyəcək qədər böyüməsi, heç də xeyirə əlamət deyil. (more…)
Bu gün ən çox danışılan məsələlərdən biri müxalifətin birləşməsi ilə bağlıdır.
Çox güman ki, hələlik fərdi söhbətlərlə başlayan birləşmə məsələsi, parlament seçkilərinə qədər daha geniş çərçivədə – siyasi qruplarla, partiyalarla görüşlərlə, müzakirələrlə davam edəcək.
Əsas müxalifət partiyalarının seçkilərə qədər birləşməsi, əlbəttə ki mühüm hadisədir, lakin düşünürəm ki, ilk öncə hər müxalifət partiyası öz daxilindəki strukturlaşma problemlərini, şəxsi anlaşılmazlıqları həll etməlidir.
Əks halda birləşmə, sadəcə görüntü xarakteri daşıyacaq və bunun effektliyinə də inanmıram. (more…)
Elec…tions
Azerbaijan: Violations reported as parliamentary elections approach
As parliamentary elections approach in Azerbaijan, candidates go through the final registration process.
However, the process has not been without allegations of violations and the frustration not only of candidates, but also of observers and local activists. (more…)
Rate this:
Paylaş:
Like this:
04/10/2010 at 04:51 5 şərh