Azerbaijan: Violations reported as parliamentary elections approach
As parliamentary elections approach in Azerbaijan, candidates go through the final registration process.
However, the process has not been without allegations of violations and the frustration not only of candidates, but also of observers and local activists. (more…)
Parisdə evsiz jurnalistlərin pənah gətirdiyi sığınacaq
Bu gündən etibarən Parisdə bir sıra media qurumları və mediayla bağlantılı qeyri-hökümət təşkilatları ilə bir sıra görüşlər keçirməyə başladım.
Görüşlərin əsas müzakirə predmeti, Qafqazda və Azərbaycanda medianın hazırkı vəziyyəti, mətbuat azadlığı, həbsdə olan jurnalistlər, yeni media texnologiyalarının regionda tətbiqi, və s. buna bənzər mövzulardı. (more…)
Balaca bir qızın atası İspaniyanın “ən təhlükəli siyasi məhbuslarının” saxlanıldığı həbsxanada məhbus idi. Balaca qız atasını görmək üçün bütün imkanlardan istifadə edir, hər fürsətdə atasının yanına gedirdi.
Bir dəfə atasının yanına gedəndə onun üçün çəkdiyi şəkli də apardı. Ancaq həbsxana qaydalarına görə “ağıllara azadlıqla bağlı nəsə gətirə biləcək” şəkillərin məhbuslara verilməsi qadağan idi.
Buna görə də balaca qızın çəkdiyi quş şəklini qəbul etmədilər və elə oradaca cırıb atdılar. (more…)
Bu gün ən çox danışılan məsələlərdən biri müxalifətin birləşməsi ilə bağlıdır.
Çox güman ki, hələlik fərdi söhbətlərlə başlayan birləşmə məsələsi, parlament seçkilərinə qədər daha geniş çərçivədə – siyasi qruplarla, partiyalarla görüşlərlə, müzakirələrlə davam edəcək.
Əsas müxalifət partiyalarının seçkilərə qədər birləşməsi, əlbəttə ki mühüm hadisədir, lakin düşünürəm ki, ilk öncə hər müxalifət partiyası öz daxilindəki strukturlaşma problemlərini, şəxsi anlaşılmazlıqları həll etməlidir.
Əks halda birləşmə, sadəcə görüntü xarakteri daşıyacaq və bunun effektliyinə də inanmıram. (more…)
Bu yazı, bloqumun fəaliyyətə başladığı gündən daim oxucusu olan insanlara təşəkkür ve hesabat xarakteri daşıyır.
İstər müxalifyönlü, istər iqtidaryönlü, istər xaricdə, istər vətəndə yaşayan soydaşlarım olsun, bloqumu davamlı təqib edən bütün oxucularıma təşəkkür edirəm.
Bu arada hər gün yazılarımı oxuyan dövlət məmurlarını, yazılarımı çap edib hesabat verənləri də unutmadım və onlara təbii ki, xüsusi təşəkkür borcum var. (more…)
Uzun müddətdi haqqında yazmaq istədiyim mövzulardan biri də elə bu mövzu idi.
Ümumiyyətlə bayrağın simvol olub-olmaması ilə bağlı fərqli düşünənlər az deyil.
Eyni zamanda başqa bir reallıq da, ölkə ictimaiyyətinin digər əhəmiyyətli məsələlərə olan passiv münasibətinin əksinə, bayraqla bağlı hadisələrə biganə qalmaması və kəskin reaksiya verməsidir. (more…)
Əslində son 3 günə qədər Bakıya gedib-getməyəcəyim dəqiq deyildi…
Ancaq getməyi çox istəyirdim, çünki ailəmizin ən kiçiyi, atamın sonbeşiyim dediyi qardaşımın toyu idi. Bu cür xoş bir hadisədə qardaşımı tək qoymaq istəmirdim.
Buna baxmayaraq ailəmə gələcəyim haqqında söz verməmişdim…
Nəhayət martın 3-ü Bakıya gedəcəyim dəqiqləşdi və həmin gün AZAL-ın Paris bürosuyla əlaqə saxlayaraq Mart ayının 7-si üçün Bakı biletimi aldım. Qardaşımın toyu da məhz martın 7-si idi, heç bir əksiklik olmasa qardaşım üçün gözəl bir surpriz edəcəkdim… (Düzdü əksiklik oldu, ancaq bu surprizi etmək də nəsib oldu)
Bundan sonra inanılmaz həyacan başlamışdı – Yarım qalan təcili işləri həll etmək, hədiyyələrin alınması və s. (more…)
Elec…tions
Azerbaijan: Violations reported as parliamentary elections approach
As parliamentary elections approach in Azerbaijan, candidates go through the final registration process.
However, the process has not been without allegations of violations and the frustration not only of candidates, but also of observers and local activists. (more…)
Rate this:
Paylaş:
Like this:
04/10/2010 at 04:51 5 şərh