Haqqında

Elnur Məcidli, Azərbaycanın paytaxtı Bakı şəhərində ziyalı ailəsində anadan olub.

İbtidai təhsilə Bakıda,  Binəqədi rayonunda yerləşən 244 saylı məktəbdə başlayan Elnur Məcidli, daha sonra Nəsimi rayonunda yerləşən 14 saylı məktəbdə orta təhsilini davam etdirmişdir.

Daha sonra  6-cı sinifdə Çağ Öyrətim İşlətmələrinin keçirdiyi test imtahanıyla Sumqayıt Özəl Türk Litseyinə daxil olan Elnur Məcidli orta təhsilini bu litseydə başa vurmuşdur.

Sumqayıt Özəl Türk Litseyindən məzun olan E. Məcidli, Türkiyədə Galatasaray Universiteti və Fransada Robert Şuman Universitetində (hazırkı adı Strasburq Universiteti) hüquq üzrə ali təhsil alıb.

Professional jurnalist fəaliyyətinə Türkiyədə ANS TV-nin müxbiri olaraq başlayan Elnur Məcidli, Lider televiziyası, Assa-İrada Xəbər Agentliyi və Trend İnformasiya Agentliyinin Avropa və Fransa üzrə müxbiri vəzifələrində işləyib.

“Azərbaycan”,  “Ayna”,  “Xalq”,  “AzerNews” və s.  qəzetlərdə müxtəlif yazı və məqalələri yayınlanıb.

Medianın inkişafı ilə bağlı keçirilən müxtəlif beynəlxalq treyninq-konfransların və sertifikat proqramlarının iştirakçısıdır.

Hazırda BBC, AFP, İHA, ZDF kimi media orqanlarıyla əməkdaşlıq edən Elnur Məcidli, eyni zamanda Avropa Şurasında akreditasiyalı jurnalistdir.

Türk və Azərbaycan dillərində müxtəlif  janrlı şerlərin müəllifidir.


Follow

Get every new post delivered to your Inbox.

Join 28,546 other followers

%d bloggers like this: