Posts filed under ‘Təhlil – Analiz’

Siyasətin tıxacına düşən ədəbiyyatçı…
Bu gün Əkrəm Əylisli Daş Yuxular romanına görə İlham Əliyevin fərmanıyla xalq yazıçısı adından və prezident təqaüdündən məhrum edilib.
Xalq yazıçısı adını və prezident təqaüdünü də ona verən, Milli Məclis kürsüsünə əyləşdirən də elə bu hakimiyyət idi.
Bu həm də hakimiyyətin alverçi mahiyyətini ortaya qoyur.
Əsərlə bağlı fikirlərimi bildirmişəm, hesab edirəm ki, romanda kifayət qədər ciddi təhrif olunmuş tarixi məqamlar var, və hesab etmirəm ki, söz azadlığı tarixi təhrif etmək deməkdir.
Əsər hər iki xalq arasında qətiyyən körpü rolu oyanaya bilməz, sülh prosesinə kömək edə bilməz. (more…)
48.582933
7.743749
Like this:
Like Loading...
07/02/2013 at 15:09

Çingiz Mustafayevin nostalji olmuş bir çıxışı var : Əəə nolub sizə, qayıdın da geri!
Bu il Azərbaycanda qayıdışlar ilidir. Gedənlər qayıdır.
Ayaz Mütəllibov qayıtdı. Ramil Səfərov qayıtdı…
Bəs görəsən Qarabağ nə vaxt bizə qayıdacaq?
Onun qayıdışı daha möhtəşəm olacaq. (more…)
48.582933
7.743749
Like this:
Like Loading...
04/09/2012 at 02:49

Absurdların əhatəsində
2008-də vizyona girən Almaniya-Azərbaycan ortaq istehsalı “Absurdistan” filminə yəqin ki baxmısınız.
Hollivud istehsalı “Borat” filmi Qazaxıstan üçün nə məna kəsb edirsə elə “Absurdistan” da Azərbaycanla bağlı təxminən o mənanı ifadə edir.
Baxmayanlara baxmağı tövsiyyə edirəm və filmin qısa məzmununu yazının sonunda bonus olaraq paylaşacam:)
Google-da Absurdistan axtarıb bu yazıya çıxanlar da üzülməmiş olar.
Beləliklə absurdluyuruq:)
(more…)
48.582933
7.743749
Like this:
Like Loading...
30/08/2012 at 14:59

Bizim haqqımızda fikirlərim
Ölkə gündəmində olan bir sıra mövzular var. Bir az daha fərqli mövzuya toxunmaq istəyirəm.
Buna özünü daha doğrusu özümüzü tənqid də deyə bilərik.
Özümüz deyəndə yəni ictimai sektorda olan müstəqil gəncləri, təşkilatları, hakimiyyətə müxalif yöndə dayanmış siyasi partiyaları, qısaca Bizi nəzərdə tuturam.
Əvvəlcədən qeyd edim ki, burada bildirəcəyim fikirlərim şəxsidir və hər hansı qurumu, təşkilatı, hərəkatı təmsil etmir.
Çalışacam ki, bütün məsələlərlə bağlı fikrimi açıq və dəqiq yazım. (more…)
48.582933
7.743749
Like this:
Like Loading...
21/01/2012 at 12:48
Dünənki iki rəsmi səfəri diqqətlə təhlil etmək lazımdı.
Eyni anda olmasının təsadüf olduğunu düşünmürəm.
Azərbaycan prezidenti İlham Əliyev Brüsselə, Avropa Birliyinə, Ermənistan prezidenti Serj Sarkisyan isə Strasburqa, Avropa Şurasına eyni gündə səfərlər etdi.
Təxminən eyni saatlarda görüşlər keçirdilər, çıxışlar etdilər.
Bu səfərlərə Qarabağ probleminin həlli istiqamətində atılan addımların paralelində baxsaq fikrimcə məsələ bir az daha aydınlaşar. (more…)
48.582933
7.743749
Like this:
Like Loading...
24/06/2011 at 00:34

Who is Next?
The Arab world is undergoing a remarkable winter uprising.
Unlike, the social revolutions of yesteryear, which were framed in the context of radical ideologies against a socio-economic elite, the revolts in the Arab street lack a clear ideological foundation and are spontaneous uprisings against the excesses of the state, lack of good governance, rule of law and accountability.
The common denominator between Tunisia, Egypt, Yemen, Algeria and Jordan is the inability of their regimes to promulgate real meaningful political and economic reforms. (more…)
48.582933
7.743749
Like this:
Like Loading...
02/02/2011 at 22:17

Alma məzlumun ahını, çıxar ahəstə-ahəstə…
Əslində Tunis hadisələri, Şimali Afrika ölkələrində yeni tarixin başlanğıcı olaraq da sayıla bilər.
Tunisin eks prezidenti Zeynəl Abidin Bin Əlinin ölkəni tərk etməsinə baxmayaraq hadisələr səngimək bilmir.
Tunisə qonşu olan və avtoritar rejimlərin idarə etdiyi Əlcəzayir, Misir və Mərakeş kimi digər ərəb ölkələri də buna bənzər hadisələrin astanasındadır.
Tunisdə universitet məzunu işsiz bir gəncin özünü yandırmasıyla başlayan və Tunis diktatorunun devrilməsiylə nəticələnən Yasəmən inqilabının təsirləri uzun müddət davam edəcək. (more…)
48.582933
7.743749
Like this:
Like Loading...
15/01/2011 at 14:08

Understanding Media and Democracy
Guy Berger, 30 November 2001
Background:
Many African broadcasters enjoyed a brief moment in the sun in the first multi-party elections of the late 20th century, but new governments – despite promises of allowing true democratic public service broadcasting – soon took control – repeating the pattern of their predecessors. As a result, broadcast journalists found themselves under severe political pressures to become government mouthpieces once again. (more…)
48.582933
7.743749
Like this:
Like Loading...
18/04/2010 at 01:26

Prezidentlik Müddətinə Qoyulan Məhdudiyyətləri Ləğv Edən Referendum
Emin Milli, Kolumbiya Universitetində çıxış
15 aprel 2009
Hörmətli professor Miçel, mən Sizə, Kolumbia Universiteti və Harriman İnstitutuna Azərbaycanda gedən son hadisələrə göstərdiyiniz maraq üçün təşəkkür etmək istərdim. Yanvarda mən BMT-nin qarşısında bu referenduma qarşı etiraz təşkil edib orada iştirak edəndə ailəmin ən yaxın üzvlərindən biri işdən çıxarıldı. Ona demişdilər ki, o, dövlət düşməninin qohumudur. Bu rejimə loyallıq göstərməkdən imtina edərkən və ya onların siyasətinə qarşı narazılıq ifadə edərkən bu, qarşılaşacağınız cəzanın ən yumşaq formasıdır. Ümid edirəm ki, alternativ fikirləri dinlədikləri üçün tədbirimizdə iştirak edənlərdən heç biri hər hansı bir cəza ilə qarşılaşmayacaq və onların qohumları işlərini itirməyəcəkdir. (more…)
Like this:
Like Loading...
29/03/2010 at 00:07

Və yaxud bayraq sadəcə bez parçası deyil
Uzun müddətdi haqqında yazmaq istədiyim mövzulardan biri də elə bu mövzu idi.
Ümumiyyətlə bayrağın simvol olub-olmaması ilə bağlı fərqli düşünənlər az deyil.
Eyni zamanda başqa bir reallıq da, ölkə ictimaiyyətinin digər əhəmiyyətli məsələlərə olan passiv münasibətinin əksinə, bayraqla bağlı hadisələrə biganə qalmaması və kəskin reaksiya verməsidir. (more…)
Like this:
Like Loading...
14/01/2010 at 08:41

və yaxud Liderini söylə, sənin kim olduğunu deyim
Artıq bir neçə aydır facebook-da başlatdığım “Hansı siyasi xadimə simpatiyanız var?” başlıqlı anketdə maraqlı nəticələr qeydə alınıb.
Facebookdakı azərbaycanlıların bu səsvermədə kifayət qədər aktivlik nümayiş etdirdiyini düşünməsəm də digər anketlərlə müqayisə də daha çox insanın iştirak etməsi, əldə olunan hazırkı nəticənin maraq doğurduğuna əsas verir. (more…)
Like this:
Like Loading...
26/12/2009 at 17:24

Reallığa bələd olmaq üçün bələdiyyə lazım deyil.
Dünən ölkədə keçirilən növbəti, sayca üçüncü bələdiyyə seçkiləri, bir daha Azərbaycandakı sosial reallığı, siyasi saxtakarlığı üzə çıxardı.
Əhalinin böyük əksəriyyətinin əhəmiyyət belə vermədiyi bu seçkinin bu dərəcədə saxtalaşdırılmasını heç bir şeylə izah etmək mümkün deyil.
İş o yerə çatıb ki, ölkə mətbuatı seçkidən bir neçə gün əvvəl artıq seçkinin nəticələrini yayınlayır. (more…)
Like this:
Like Loading...
24/12/2009 at 14:33

Yol – iqtisadiyyat, mədəniyyət, bir sözlə həyat deməkdir. – Heydər Əliyev
Söhbət yoldan düşdüyü üçün ümummilli liderimiz, dahi öndərimiz Heydər Əliyevin yol ilə bağlı müdrik kəlamlarından biriylə yazıma başladım.
Bu gün Azərbaycanda yolların ümumi vəziyyəti, əslində ölkədəki analoqu olmayan inkişafın bariz nümunəsidir.
Təhsil, iqtisadiyyat, mədəniyyət, səhiyyə, təhlükəsizlik və digər bütün sahələrdə gedən yüksək irəliləyişin aynasıdır yollar… (more…)
Like this:
Like Loading...
19/12/2009 at 03:10

ABŞ-dakı erməni lobbisi ilə rəsmi Yerevan arasında uçurum dərinləşməkdədir
Ermənistan təhlükəsizlik xidmətinin rəsmilərindən biri olan İgor Muradyanın son açıqlamaları ABŞ-daki erməni lobbisinin dəyişən missiyasından xəbər verməkdədir.
Bu açıqlamalar, həmçinin Amerikanın Qafqazla bağlı yürütdüyü siyasət bəzi mətləblərə aydınlıq gətirir. (more…)
Like this:
Like Loading...
15/12/2009 at 16:31

və yaxud “Qaz” lanan Rusiyanın “qaz”ı olmaq
Bir tərəfdə ən kiçik siyasi qarşı-durmada belə Rusiyadan qorxmayan Ukrayna…
Digər tərəfdə son iki əsrdir ruslar tərəfindən işğal edilən, Çarlıq Rusiyası tərəfindən Türkmənçay müqaviləsiylə ikiyə bölünən, SSRİ dövründə qan uddurulan, 70 il boyunca nefti başda olmaqla zənginliyi talanan və düşünən beyinləri yox edilən və buna baxmayaraq Rusiya qarşısında səsini çıxartmayan Azərbaycan… (more…)
Like this:
Like Loading...
10/12/2009 at 10:19

Bu bir gün olacaq(dı)…
Bu məsələnin lehinə və ya əleyhinə müxtəlif portallarda, media vasitələrində kifayət qədər təbliğat aparılıb hələ də aparılmaqdadır.
Məsələyə üç tərəfli yanaşmaq olar.
Fikrimcə məsələyə bir başa emosional münasibət bildirmək yerinə, bir az daha soyuqqanlı olaraq düşünmək vacibdir. Bu məsələnin birinci tərəfi..
Türkiyə və Ermənistan arasında imzalanmış ön protokolda nəzərdə tutulan maddələr əhəmiyyətlidir.
Sərhədlərin açılması, diplomatik əlaqələrin yaradılması ilkin pillə saya bilərik. Bunun qarşılığında Ermənistan Türkiyəyə qarşı soyqırım və ərazi iddilarından vaz keçəcək. (more…)
Like this:
Like Loading...
24/11/2009 at 21:53
Yeni Şərhlər