Mənlik
Öz mənliyinizi tərk etməkdənsə ölkənizi tərk edin.
Hər gedişin bir dönüşü olur (olmalıdır) mənlikdən başqa.
Mənlik getdisə deməli dönüşü olmayan yollardasınız.
Mənlik duyğusu insanın şəxs(iyyət) olma duyğusudur.
İnsanın şəxsiyyəti onun mənliyi ilə formalaşır.
Mənliyini itirən, mən sözündən məhrum olan biri artıq şəxsiyyət deyil, başqalarının əmlakıdır.
Mənlik insanda sonradan yaranmır, insan öz mənliyi ilə doğulur. Mənlik sonradan itir ya da satılır.
Mənliyini itirən insan hər şeyini itirmişdir.
Mənliyini satandan isə uzaq durun, çünki mənliyini satan sizi də satar.
Mənlik insanın ən böyük xəzinəsidir.
Hər insan doğulanda bir MƏN(lik)lə doğulur. Mənlik insanın libasıdır. Libasınızı çıxartmayın.
Haluk Leventin Kral Çıplak mahnısı var. Anne bak kral çıplak deyəndə mənə elə gəlir ki, kralın mənliyi olmaması nəzərdə tutulur.
Çünki ən çılpaq insan, mənliyi olmayan, mənlik libasını çıxaran insandır.
Mənliyiniz üstünüzdə olsun, görənlər sizi adam sansın.
Əgər ölkədə qalması həmin şəxsin, fəalın pessimistliyinə, mənəvi əzilməsinə və buna paralel olaraq neytrallaşmasına, hakimiyyətə loyallaşmasına, mövcud vəziyyətlə razılaşmasına və hakimiyyətlə hesablaşmasına gətirib çıxarırsa bütün bunlar baş vermədən mühacirətə getmək ən doğru yoldur.
Ölkədə mənliyinizi qoruya bilmirsinizsə, bu sizə çətindirsə oranı tərk edin, yetər ki mənliyinizi qoruyun.
Sizə əlimdən gələn köməkliyi edəcəm.
Entry filed under: Gündəlik. Tags: adam, anne, Çıplak, çılpaq, ölkə, başqa, başqaları, dönüş, deməli, duyğu, əmlak, fəal, forma, formalaş, gediş, hakimiyyət, Haluk Levent, hesablaşma, insan, kömək, kral, Kral Çıplak, libas, loyal, loyallaş, mövcud, mühacirət, mən, mənəvi, mənlik, paralel, pessimist, pessimistlik, tərk, xəzinə, şəxs, şəxsiyyət.

















1.
Mehman | 24/10/2012 at 19:33
Mən həmişə deyirəmki ibadət eləmklə deyil ibadət gərək sənin qanında ola islam kərtək sənin qanında ola …. bunu ona görə yazdımki mənlik insana Allah tərəfindən verilən bir neymətdir Allahda o məliyi hər insana vermir bunu qısa izahı atalarmisalı onagörə deyibki oxuyub prezidentdə ola bilərsən alimdə ola bilərsən lakin insan olmaq çətindir …