Kratiyademo

15/05/2012 at 15:00 5 şərh

Tərs düşən demokratiyamız

Sosial şəbəkələrdə xeyli müddət əvvəl yayılan,  müstəqilliyimizi əldə etdiyimiz xalq hərəkatı dövrünə aid, üzərində “Haradasan ay demokratiya?” yazılan pankart tutan hərəkatçıları əks etdirən bir şəkil var idi.

20 il əvvəlki şəkildəki sual bu gün də dəyişməyib və kifayət qədər aktualdı.

Doğrudanmı biz hələ də demokratiyanın yolunu gözləyirik?

Yaxud demokratiyanın d-si belə həqiqətənmi bizim ölkəmizə hələ gəlməyib?

Məncə məsələ bir az fərqlidi və fərqli yanaşmadadı.

Demokratiya bizim ölkəmizə çoxdan gəlib, ancaq bir az əyri-üyrü yollarla, bir az da tərs-mayallaq gəlib.

Bu tərs-mayallıq insanları da çaş-baş salıb və buna görə də demokratiyanın yerini tapa bilmirik.

Necə?

İzah edim o zaman

Demokratiya sözü iki sözdən meydana gəlir – qədim yunan dilində “demos” xalq, “kratos” hakimiyyət deməkdir.

Bunu həm də ona görə yazıram ki, bütün günü mənasını bilmədikləri demokratiya sözünü çığıranlar, heç olmasa söhbətin nədən getdiyini bilsinlər.

Qısaca Demokratiya= demos (demo – xalq) + kratos (kratiya -hakimiyyət) = Xalq Hakimiyyəti

Hər zaman sıralamada Xalq öz hakimiyyətindən bir addım irəli olmalıdır ki, həmin hakimiyyətə nəzarət edə bilsin.

Demokratik cəmiyyətlərdə xalq öz hakimiyyətini seçmə və dəyişdirmə imkanına malikdir.

Azərbaycanda isə bu iki sözün yeri dəyişik düşüb.

Azərbaycandakı kratos öz demosunu formalaşdırmaq istəyir.

Belə olan halda Kratiyademo (Kratosdemos) yaranır.

Kratiyademo= kratos (hakimiyyət) + demos (xalq) = Hakimiyyətin Xalqı

Azərbaycan hakimiyyəti səviyyəsini düşürdüyü televiziya proqramlarıyla, mədəniyyətiylə, mətbuatıyla, qəzetiylə özünə bənzər xalq yaratmaq arzusundadır.

Bu isə təhlükəli tendensiyadır.

Sıralamada xalqla öz yerini dəyişən hakimiyyət sıralamada birinci olduğunu düşünür, ancaq yerinin tərs düşdüyünün ya fərqində deyil, ya da o fərqi görmək və göstərmək istəmir.

Yerini tərs salmaq isə heç də yaxşı əlamət deyil, çünki harada və kimin qucağında oturduğunu bilmirsən.

Hakimiyyət gərək öz xalqından sonra gəlsin, oturacaqsa öz xalqının qucağına oturmalıdır.

Başqasının qucağında oturub öz xalqına qan qusduranlar milli hakimiyyət sayıla bilməz.

Hakimiyyət(lər) hər zaman öz xalq(lar)ından zəif olmalıdırlar.

Çünki hakimiyyət xalqı deyil, xalq hakimiyyəti qurur, hakimiyyət xalqı deyil, xalq hakimiyyəti qoruyur.

Bir anekdot

Afrikada bu gün də mövcud olan qəbilələrdən birində maraqlı bir adət var.

Əgər qəbilə rəisi öz qəbiləsini çox incidərsə, qəbilə həmin rəisi o yerdə tərk buraxıb, başqa yerə köçürlər.

Qəbilə quruluşu ibtidai icma dövrünə aid olsa da çox ibrətamiz reaksiyadır.

Qulağınıza sırğa edib asın

Sizə hakimiyyəti verən bu xalqdır.

Xalqı olmayan hakimiyyət məhvə məhkumdur.

Xalqsız vətən də yoxdur və o vətəni idarə edəcək hakimiyyət də.

Öz xalqınıza qiymət verin ki, qiymət görəsiniz.

About these ads

Entry filed under: Gündəlik. Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , .

Fransa seçkilərdən sonra Support Eurovision 2013 in Azerbaijan

Şərhlər Add your own

  • 1. Cahangir Aliyev  |  15/05/2012 at 18:48

    bu güzgü variantidir))

    Reply
  • 2. Ilkin Ismayilli  |  22/05/2012 at 21:41

    Tecili BBC-ye baxin. Ilhami yixib sürüyürler.

    Reply
  • 3. Musa Shalomov  |  22/05/2012 at 21:43

    var olsun elyev/ bizler yehudileri tatalari talishlari ermeileri yedizdirir besdir/ yerde qalanlar ozleri biler/ var olsun

    Reply
  • 4. Goncha Askerova  |  05/09/2012 at 11:06

    En azindan bugun demokratik cemiyyetde yashamasaydiq siz oz fikirlerinizi bele achiq ifade ede de bilmezdiniz ;)

    Reply
  • 5. Michael Corleone  |  05/09/2012 at 11:07

    ‎”Demokratiya” anlayishinin ozunun ne oldugunu teessuf ki, bir choxlari bele hech anlamir.

    Reply

Cavab qoy

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Trackback this post  |  Subscribe to the comments via RSS Feed


Qısaltma


Bloqdakı yeniliklərdən xəbərdar olmaq üçün mail adresinizi yazın.

Join 28,548 other followers

Goodreads

No data found
Book recommendations, book reviews, quotes, book clubs, book trivia, book lists

Reklam


Arxiv

Ötən Bülbül

  • Hüquq futbol arenasında. Hüquq hücumcusu - Hüquq müdafiəçiliyi adı altında hakimiyyətin maraqlarını qoruyanlar.... fb.me/OQ2NUdAq 1 hour ago
  • Öz hüquqlarını müdafiə edə bilməyən hüquq müdafiəçisi. Belə bir ölkədə yaşayırıq. 1 hour ago
  • Evin sadəcə bir pəncərəsindən çölə baxmayın. Bütün otaqlardan və bütün pəncərələrdən çölə boylanın. O zaman... fb.me/NhAvJRlS 6 hours ago
  • The Elnur MAJIDLI Daily is out! paper.li/emajidli ▸ Top stories today via @Turanoza 9 hours ago
  • Öncə özünüz özünüzə sübut etməlisiniz nəyə qadir olduğunuzu. Sadəcə xəyal qurmaqla, arzu etməklə olmur ki...... fb.me/6mW738vxT 18 hours ago
  • Bir gəncin intiharını eşitməkdan daha ağır xəbər yoxdur mənim üçün. Son 1 ayda artıq neçənci dəfədir ki,... fb.me/32bkHVXrl 1 day ago
  • RT @06melihgokcek: BİZ DEMOKRATİK HAKLARIMIZI KORUMAK İÇİN GÖRME ENGELLİLERİN SİMİT TEZGAHLARINI BU HALE GETİRİRİZ DEDİN Mİ? http://t.co/Og… 1 day ago

Hava

GISMETEO: Погода по г.Баку GISMETEO: Погода по г.Нахичевань GISMETEO: Погода по г.Ханкенди

Statistika

  • 139,937 ziyarətçi
!function(d,s,id){var js,fjs=d.getElementsByTagName(s)[0];if(!d.getElementById(id)){js=d.createElement(s);js.id=id;js.src="//platform.twitter.com/widgets.js";fjs.parentNode.insertBefore(js,fjs);}}(document,"script","twitter-wjs"); Locations of visitors to this page Rated by MyTOP Kataloq Free counters ILK-10 Azeri Website Directory free counters Free Page Rank Tool Bookmark and Share submitgooglesitemap.com Sitemap Generator Politics Journalist Blogs - BlogCatalog Blog Directory

Feeds

Müəllif Hüququ Qorunur

Creative Commons License
Elnur MAJIDLI - Find me on Bloggers.com

Top Rated


Follow

Get every new post delivered to your Inbox.

Join 28,548 other followers

%d bloggers like this: