Fransa seçkilərdən sonra
07/05/2012 at 12:17 Şərh yazın
Seçkilərə fransız qalanlar üçün
Bu gün iş yoldaşlarımla seçkilər barədə danışırıq.
Fransada son 5 ildəki seçkilərdə müsəlman fransızların seçki nəticələrinə təsiri hər il daha da artır.
Əksəriyyəti immiqrant kökənli olan müsəlman fransızların 2007-dəki prezident seçkilərində qadın prezidentə soyuq baxdıqları üçün səslər parçalanmışdı.
Ümumiyyətlə Fransa cəmiyyəti qadının və qaradərili birinin prezident olmasına hələki hazır deyil, ümumi mənada liberal dəyərlər təbliğ olunsa da dövlət idarəçiliyində konservatizm olduqca güclüdür.
Digər məsələ Milli Cəbhənin lideri Marine Le Pen ilə bağlıdır.
İlk turda hər 5 fransızdan 1-nin səsini alan radikal milliyətçi Le Pen Fransa cəmiyyətini ciddi mənada qorxutdu, ikinci tura qədər müzakirə edilən ən aktual mövzulardan biri oldu.
François Hollande-a verilən səslərin bir qismi də məhz bu qorxudan qaynaqlandığını desək yanılmarıq.
İkinci turun nəticələrinə münasibət bildirən Le Pen hər zaman olduğu kimi hər iki namizədi bəyənmədiyini, Fransanın problemlərini həll edə bilməyəcəklərini bir daha təkrarladı.
Le Pen öz tərəfdarlarını iki namizədin heç birinə səs verməməyə çağırmışdı. Bu qismən baş verdi.
Siyasi analitiklər seçkini boykot etməyən Le Pen tərəfdarlarının əksəriyyətinin Sarkozy-ə deyil, Hollande-a səs verdiklərini bildirirlər.
Dünən seçki sonrası debatlarda Sarkozy, Le Pen cəbhəsinin bir-birini ittiham etməsi də bunun bir nümunəsi idi.
Qatı milliyyətçilərin sosialistlərə səs verməsi yeni bir mərhələnin başlanğıcı da sayıla bilər.
Bu yerdə naziləri xatırlatmaqda fayda var.
Adolf Hitlerin lideri olduğu NSDAP da milliyətçi sosialistlərin partiyası idi.
Ümumiyyətlə Avropada əksər hallarda sosializm və sosialistlər milliyətçi cərəyanların təsiri altında olub, bu təsirin günü dövrə, zamana və siyasi proseslərin gedişinə görə dəyişib.
Avropada sosialistlərin dövlət əmlakına sahib çıxması və milliləşdirməni dövlətləşdirmə kimi görməsi, bir sıra hallarda sosializmin ruhuna ziddiyyət təşkil edir.
Marine Le Pen-ə Sarkozy-nin yenidən prezident seçilməsi sərf etmirdi, UMP-nin zəifləməsi və sağın alternativ partiyası olmaq üçün Le Pen keçmiş prezidentə əks mövqedə durdu.
Le Pen hazırkı mərhələdə prezident seçkilərində uduzmuş UMP-nin daha da zəifləyəcəyini və Sarkozy-nin rəsmi şəkildə siyasətdən getməsiylə partiya daxili siyasi intriqaların güclənəcəyini düşünür.
Milliyətçi lider öz partiyasını Milli Məclis (Assamblée Nationale) və Senat seçkilərinə hazırlaşdırır.
Həmçinin 2014-cü ildəki bələdiyyə seçkilərinin nəticələri də fransız milliyətçiləri üçün əhəmiyyətli test olacaq.
Le Pen radikal milliyətçi imicindən qurtulmağa çalışır və partiyanın ilk qurultayında ad və vizyon dəyişikliyinə gedərək daha çox sempatizan və dəstək qazanmağa çalışacağı bildirilir.
Hollande-ın prezident seçilməsi təbii ki, ölkədə aşırı sağlaşmaya qarşı bir cavab da saymaq olar, bu eyni zamanda Fransanın yenilənməsi və dəyişməsi üçün bir şansdır.
Hollande-ın seçki devizində olduğu ki : Dəyişiklik bu gündən başlayır.
Biz dəyişikliyə, müsbət dəyişikliyə hazırıq.
Hazır hörmətlə
Entry filed under: Gündəlik. Tags: ad, Adolf Hitler, alternativ, analitik, Assamblée Nationale, avropa, Azərbaycan, aşırı, ölkələr, cəmiyyət, cərəyan, dövlət, dövlətləşdirmə, dəyərlər, əmlak, François Hollande, fransa, fransız, idarə, imic, immiqrant, intriqa, intriqalar, konservatizm, liberal, Marine Le Pen, mövqe, münasibət, müsbət, müsəlman, mərhələ, milli, Milli Məclis, milliləş, milliləşdir, milliləşdirmə, milliyətçi, Nicolas Sarkozy, NSDAP, partiya, prezident, problem, problemlər, proses, qadın, qurultay, radikal, rəsmi, ruh, sahib, sağçı, seçki, seçkilər, sempatizan, senat, sərf, səs, siyasət, siyasi, sosialist, sosialistlər, sosializm, soyuq, tərəfdar, tərəfdarlar, təsir, ud, uduz, UMP, yoldaş, yoldaşlar, zaman, zəif, ziddiyət, şans, ğlkə.

















Trackback this post | Subscribe to the comments via RSS Feed