Qarabağ sürüşməsi
Sürtüşənlər və sürüşənlər
Dünən Rusiya prezidentinin təşkilatçılığıyla Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü oldu.
Ancaq nə olsun, çifayda…
Artıq 10-cu eyni görüşdü, hər görüşdən sonra xala xətrin qalmasın bəyanatlar, klassik açıqlamalar, başqa heçnə yoxdu.
Heydər Əliyev bir ara Ermənistanın keçmiş prezidenti Robert Koçaryanı kabab qonaqlığına dəvət edərək Qarabağ problemini həll etmək istəyirdi, ancaq alınmadı.
Oğlu İlham Əliyev də neçə ildi Qarabağ uğruna Soçiyə gedib Medvedevlə hər görüşdən sonra sürüşür ki, bəlkə bir nəticə ola.
Amma nəticə göz qabağındadı – Nəticə yoxdu.
Qarabağ sürüşməsi
Azərbaycan prezidenti hər dəfə Soçiyə gedib sürüşəndən sonra Qarabağ daha çox sürüşüb çıxır əlimizdən…
Soçi görüşlərinə bundan sonra Qarabağ sürüşməsi deyəcəm.
Sarkisyan ağzını büzüşdürür, Medvedev Əliyevi dağ ətəyində sürüşdürür, Qarabağı altdan ermənilərə dürtüşdürür.
Bunu başa düşməyənmi var?!
Bu yaxınlarda xəbər çıxmışdı ki, MDB-nin növbəti Moskva görüşündə, bizim prezident az qalmışdı Sarkisyanı təpik-yumruğun altına salsın.
Ancaq yenə köhnə hamam, köhnə tas.
İlham Əliyev Moskvada Serj Sarkisyanla sürtüşür, Soçidə Medvedevlə sürüşür, xalqın ümidləri hər dəfə daha çox suya düşür.
Nəticə
Bu görüşlər Qarabağ probleminin həllindən çox, həlsizliyinə xidmət etdiyi aşikardır.
Artıq Azərbaycan prezidenti bu görüşlərdən imtina etməyi bacarmalıdır.
Hələ keçən ilin iyul ayında sonuncu eyni formatlı görüşdən sonra Əliyev Sarkisyan barədə sərt danışmışdı, demişdi Sarkisyanın başı çatmır. Bu görüşlərdən ümidsizliyini bildirmişdi.
Təkrar gedir görüşür, nəticə göz qabağındadı.
Bu siyasi bacarıqsızlıqdı və bunlar şərh olunmalıdı.
Mənə bəzən elə gəlir ki Azərbaycan prezidenti Rusiyanın əsirinə çevrilib.
Yoxsa Fransada prezident seçkiləri ərəfəsində gedən siyasi oyunları asıb kəsmək ən asanıdı.
Bizi maraqlandıran münaqişənin həlli olmalıdı ilk növbədə. 19-cu ilə keçir eyni rejim hakimiyyətdədi 1 metr irəliləyiş yoxdu. Əksinə ermənilər Xankəndində göydələnlər tikməyə davam edir.
Rusiyaya qarşı təslimiyyətçi havada olanların Fransanı ittiham etməsi gülüncdü.
Entry filed under: Gündəlik. Tags: açıqlama, as, asan, Azərbaycan, Azərbaycan prezidenti, çifayda, ümid, büzüş, büzüşdür, bəyanat, bizim, buz, dağ, dağ ətəyi, dürt, dürtüş, dürtüşdür, dəvət, Dimitri Medvedev, erməni, ermənilər, ermənistan, əsir, format, fransa, görüş, görüşlər, göydələn, göz, gülünc, hakimiyyət, hava, Heydər Əliyev, həll, imtina, irəli, irəliləyiş, ittiham, iyul, kabab, keçmiş, kəsmək, klassik, münaqişə, Müstəqil Dövlətlər Birliyi, MDB, medvedev, metr, Moskva, növbə, növbəti, nəticə, oyun, prezident, prezidentlər, problem, qarabağ, qonaq, qonaqlıq, rejim, Robert Koçaryan, rusiya, Sarkisyan, sürüş, sürtüş, seçki, seçkilər, Serj Sarkisyan, siyasi, Soçi, təpik, təslim, təslimiyyət, təslimiyyətçi, təşkilat, təşkilatçı, xala, xalq, Xankəndi, Xəbər, yumruq, İlham Əliyev.

















1.
Tural Hesenov | 25/01/2012 at 09:52
surusen parca picinine yaxsidi orda bir lent burda bir lent ………………
2.
Rebneq Vorebneq | 25/01/2012 at 10:10
gözde 5 deyqe sürüşsün,daaa))
3.
Rashad Farziyev | 25/01/2012 at 15:32
Serkisyan medvede deyir:eziz dmitri,qadasinalim apar bunu surushdur 1az sevinsin hemde bashiqarishsin,sabah dunya metbuati onun xizekle sizinle surushduyunu gosterecek)bilirem onlar ailelikce shohretperestdiler)buna aliyevler ailesi cox sevinecek,menim ishim bashimdan ashir,men orda burda gedib surushmekcun prezident olmamisham…MEN XALQIMCIN ISHLEYIREM…medvedevde cavab verir:serjcan menimcun ferqetmez sen ya o,haminiz oz ineyimizin balalarisiz)