Tapdaqıstan. Laplandiya
Rafiq Tağı məhz bu yazıya görə öldürüldü!
Rafiq Tağının ölümüylə bağlı mübahisələr davam edərkən, çoxdandır adını eşitdiyim “Tapdaqıstan. Laplandiya” yazısı qarşıma çıxdı, daha doğrusu skaner edilmiş variantını bir dostumuzdan əldə etdim.
Yazı-hekayəni sona qədər oxuduqdan sonra qəribə hisslər keçirdim, hər nə qədər hekayədəki obrazlar real adlarıyla təsvir olunmasalar da hekayənin qəhramanlarını və baş verdiyi yeri təxmin etmək o qədər də çətin deyildi.
İnternetdə hekayəni axtarışa versəm də 6 il əvvəl yayınlanmış bu hekayə ilə bağlı heç bir onlayn qaynağa rast gəlmək mümkün olmadı, hətta yazıçının ölümündən əvvəl və sonra hekayələrini, əsərlərini yayınlayan saytlarda da bu hekayəyə rast gəlmədim.
Doğrudan da qəribədir, əgər sosial şəbəkələrdə mübahisələr olmasaydı bəlkə də bu yazı əsla xatırlanmayacaqdı.
Bu hekayənin 6 il əvvəl yayınlandığı ilk və son yer olan Alatoran jurnalı da həmin hekayənin yayınlandığı 6-cı nömrənin pdf versiyasını ümumiyyətlə öz saytından çıxarıb.
Qətllə bağlı bir çox şübhələr və qaranlıq məqamlar var təbii, o öz yerində.
Ancaq hazırkı mənfur və qatil hakimiyyəti tənqid etməkdən çəkinib (təbii ki bu hamıya aid deyil), işin asanına qaçaraq qətlə tipik islam terroru demək yumşaq dillə desək çox böyük zəiflikdi.
Bu hekayə Rafiq Tağının hakimiyyət tərəfindən qətli üçün kifayət idi, hakimiyyət bu qətli məharətlə həyata keçirdi.
Tapdaqıstan. Laplandiya
Əvvəlcə əgər oxumamısınızsa, bəhs etdiyim bu hekayəni buradan oxuya bilərsiniz.
Hekayə vahid sujet xəttiylə yazılsa da fikir dağınıqlığı sezilir.
Hekayədə Tapdaqıstan prezidentinin öz arvadıyla olan münasibəti, qonşu dövlətdə 5 ulduzlu oteldə qumarda uduzduqdan sonra məşhur qumarbazı öldürtməsi, bir jurnalisti öldürmə əmri verməsi və başqa bir ölkənin qadın prezidentiylə eşq macərasından bəhs edir.
Hekayədə adı keçənlər, haqqında bəhs edilənlər:
Tapdaqıstan – Azərbaycan
Tapdaqıstanın prezidenti – İlham Əliyev
Tapdaqıstanın prezidentinin arvadı – Mehriban Əliyeva
Qonşu dövlət – Türkiyə
Öldürülən qumarbaz Mehmet Topçu – Türkiyədə vaxtıyla böyük qumarxanaların sahibi olan, daha sonra qətlə yetirilən Ömer Lütfi Topal
Öldürülən jurnalist – Elmar Hüseynov
Öldürülən jurnalistin atası – Sabir Hüseynov
Laplandiya – Latviya və ya Finlandiya
Laplandiyanın qadın prezidenti Maqda Erle – Latviyanın qadın prezidenti Vayra Vike Freyberqa (Vaira Vike Freiberga) və ya Finlandiyanın qadın prezidenti Tarya Halonen (Tarja Halonen)
Son xəbər proqramı – ANS-in İç Xəbər proqramı
Xronoloji ardıcıllığa diqqət yetirək.
26 iyul 1996-cı ildə Türkiyənin məşhur qumarbazı Ömer Lütfi Topal öldürüldü. Həmin vaxtlar İlham Əliyevin tez-tez Türkiyəyə getdiyi və orada yaşadığı dövr idi. Məhz qumar aludəçiliyidə bu dövrə təsadüf edir.
İlham Əliyevin təşəbbüsüylə Ömer Lütfi Topalın Bakıda da qumarxana açdığı və daha sonra Heydər Əliyevin oğlunun qumar sevdasına əsəbləşərək ümumiyyətlə ölkədə qumara qadağa qoyduğu hər kəs tərəfindən bilinməkdədir.
Türkiyədə Susurluk cinayətinin ictimaiyyətə açıqlanmayan hissələrində o dövrdə Azərbaycan prezidenti Heydər Əliyevin oğlu İlham Əliyevin Ömer Lütfi Topala qumar borcu olduğu qeyd olunub.
Hekayədə, Mehmet Topçunun (Ömer Lütfi Topalın) ona olan qumar borcu üstündə öldürüldüyü bildirilir və həmin illər lotuluq illəri adlandırılır.
Hekayədə Mehriban Əliyevanın qısqanclığı və İlham Əliyevin şorgöz olmasıyla bağlı fikirlər öz əksini tapıb.
Digər maraqlı məqam Tapdaqıstan prezidentinin onu ifşa edən jurnalisti öldürməsiylə bağlıdır.
Hekayədə haqqında bəhs edilən jurnalist 2 Mart 2005-ci ildə qətlə yetirilən Elmar Hüseynovdu.
Hekayədə prezidentin “ağzına bir şey atarlar” deyə düşündüyü jurnalistin atası isə Sabir Hüseynovdur.
Hekayənin ən maraqlı yeri isə sonuna doğru iki prezident arasında baş verən eşq macərasıdır.
Digər hissələrdən fərqli olaraq hekayənin bu hissəsi bir qədər geniş təsəvvür olunur. Hər iki prezidentin təkbətək görüş adıyla intim əlaqədə olma səhnəsi yazıda əks olunub.
Hekayədə Laplandiya prezidentinin qadın olması, Tapdaqıstana səfər etməsi və qadın prezidentin yaşlı olması bu prezidentin real həyatda Latviyanın hekayənin yazıldığı tarixdə prezidenti olan xanım Vayra Vike Freyberqa olduğunu deməyə əsas verir.
Bu hekayə yazılmadan 1 ay öncə Latviyanın qadın prezidenti xanım Freyberqa 3-4 oktyabr 2005 tarixində Azərbaycanda rəsmi səfərdə olmuşdu. 3 Oktyabr 2005-ci ildə isə hekayədə göstərildiyi kimi hər iki prezidentin təkbətək görüşü olub.

Dünəndən içimdə qalan bir şübhəni də gərək sizlə bölüşüm.
Laplandiya həmçinin Finlandiyada yer adıdır. Yazıçının bu adı seçməklə Finlandiya
prezidenti xanım Tarya Halonenə də işarə etmə ehtimalı var.
Finlandiyanın qadın prezidenti Tarya Halonen də bu hekayə yazılmadan qabaq, Latviya prezidentinin Azərbaycana səfərindən 4 gün əvvəl, yəni 29 sentyabr 2005-ci ildə Bakıda rəsmi olaraq qarşılanmışdı və onun da İlham Əliyevlə təkbətək görüşü olmuşdu.
Hekayədə adı keçən Son Xəbər proqramı, çox gümanki ANS-in o dövrdə yayınlanan İç Xəbər verilişini əks etdirir. Hekayədə olduğu kimi ANS telekanalı 2005-ci ilin oktyabr ayında Elmar Hüseynovun qətliylə bağlı video-süjet yayınlayıb.
Rafiq Tağı bu hekayəni 8-30 noyabr 2005 tarixində qələmə alıb.
Bu hekayə Alatoran jurnalında 6 mart 2006-cı ildə çap olunub.
Çox gümanki, bu hekayədən Əliyevlər bir qədər gec xəbər tutub, Elmar Hüseynovun qətl hadisəsi soyumadığı üçün Rafiq Tağını öldürməkdən çəkiniblər, daha doğrusu onun qətlini ertələyiblər və başqa bir ittihamla həbslə əvəz ediblər.
2006-cı ilin noyabr ayında Rafiq Tağı həbs olunub.
Rafiq Tağının bir yazısına görə üzərinə dindarları göndərərək həbs etdirmək və Eynulla Fətullayevin üzərinə xocalıları göndərərək həbs etdirmək eyni mətbəxdən planlanıb.
Bənzər variantlar və bənzər ssenarilər…
Hər iki ittihamda bir qrupun şərəf və ləyaqətinin təhqiri söhbəti gedirdi…
Halbuki hər iki jurnalistin həbsi bir başa bu hakimiyyəti ifşa etdikləri yazılarla bağlı idi.
Hər iki jurnalist həbsdən əvvəlki son yazılarında Elmar Hüseynovun qatilini ifşa etmək istəmişdilər…
2011-ci ilin yenə noyabr ayında Rafiq Tağı bıçaqlanaraq xəstəxanaya gətirilib, səhhəti yaxşılaşmağa doğru gedərkən müəmmalı şəkildə həyatını dəyişib.
2006-cı ildə noyabr ayında Rafiq Tağını öldürə bilməsə də həbs edən hakimiyyət, düz 5 il sonra eyni ayda onun qətlinə fərman verdi…
ps. Yuxarıdakı şəkil 3 oktyabr 2005 tarixində İlham Əliyevlə xanım Frayberqanın təkbətək görüşündən sonra çəkilib.
Yazı içindəki şəkil isə İlham Əliyevin Finlandiya prezidenti xanım Halonenlə görüşündə çəkilmişdir.
Entry filed under: Ədəbiyyat. Tags: ad, adlan, adlandır, adlandırıl, al, alatoran, aludə, aludəçi, aludəçilik, ans, ard, ardıcıl, ardıcıllıq, arvad, asan, ata, axtarış, ay, Azərbaycan, Ömer Lütfi Topal, çap, çap ol, çap olun, çək, çəkil, çəkin, çətin, ölüm, öldür, öldürül, öldürmə, öldürmək, öldürt, ölkə, öz, ümumi, Bakı, baş, bağlı, böyük, bəhs, bənzər, bilin, bir, borc, bıçaq, bıçaqla, bıçaqlan, cinayət, dövlət, dövr, dəyiş, dil, dindar, dindarlar, diqqət, dost, Elmar Hüseynov, ertə, ertələ, etmək, eyni, eşq, əks, əks olun, əl, əlaqə, əmr, əsas, əsəb, əsəbləş, əsər, əsərlər, əsla, əvəz, əvvəl, fərman, fikir, fikirlər, Finlandiya, görüş, gec, geniş, gətir, gətiril, hakimiyyət, halbuki, hekayə, hekayələr, Heydər Əliyev, həbs, hər, həyat, hiss, hissə, hissələr, hisslər, iç, ictimaiyyət, ifşa, ifşa etmək, iki, il, illər, internet, intim, intim əlaqə, islam, ittiham, iş, işarə, jurnal, jurnalist, kəs, kifayət, Laplandiya, Latviya, ləyaqət, lotu, lotuluq, macəra, Maqda Erle, maraq, maraqlı, mart, mübahisə, mübahisələr, müəmma, müəmmalı, münasibət, Mehmet Topçu, Mehriban Əliyeva, məharət, məhz, mənfur, məqam, məqamlar, mətbəx, məşhur, noyabr, obraz, obrazlar, oktyabr, onlayn, otel, pdf, plan, planla, planlan, prezident, proqram, qadağa, qadın, qaranlıq, qarşıla, qatil, qaynaq, qeyd, qəhraman, qəhramanlar, qəhrəman, qələm, qələmə al, qəribə, qətl, qonşu, qrup, qumar, qumarbaz, qumarxana, qumarxanalar, qısqanc, qısqanclıq, Rafiq Tağı, rast, real, rəsmi, Sabir Hüseynov, sahib, sayt, saytlar, söhbət, scaner, sevda, səfər, səhhət, səhnə, skaner, son, son xəbər, sosial, sosial şəbəkə, sosial şəbəkələr, soyu, soyuma, ssenari, ssenarii, ssenarilər, sujet, susurluk, tap, Tapdaqıstan, tarix, Tarja Halonen, Tarya Halonen, türkiyə, terror, tez, təbii, təkbətək, tənqid, tərəf, təsadüf, təsəvvür, təsvir, təxmin, təşəbbüs, tipik, tut, uduz, ulduz, ulduzlu, vahid, Vaira Vike Freiberga, variant, variantlar, vaxt, Vayra Vike Freyberqa, ver, veriliş, versiya, Video, xanım, xatırlan, Xəbər, xəstəxana, xətt, xocalı, xocalılar, xronoloji, yaxşı, yaxşılaş, yaxşılaşma, yayın, yayınla, yazı, yazıçı, yazılar, yazılma, yaşa, yaşlı, yenə, yer, yetir, yumşaq, zəif, zəiflik, şübhə, şübhələr, şəbəkə, şəbəkələr, şəkil, şərəf, şorgöz, Əliyevlər, İç Xəbər, İlham Əliyev.
Rafiq Tağının ölümü Occupy Movement
Şərhlər Add your own
Cavab qoy Cancel reply
Trackback this post | Subscribe to the comments via RSS Feed

















1.
Azer | 05/01/2012 at 07:21
Halal olsun Elnur bey,
Bu meqaleni yazmaq ozu bir cesaret isteyir
2.
Zakir | 05/01/2012 at 07:22
Tapdaqıstan hekayəsini oxudum, sonra bu yazını, indi mənə hər şey daha aydın oldu.
3.
Arzu Qasimova | 05/01/2012 at 07:23
Bir sozle bravo!
4.
Fikret Zeynalli | 05/01/2012 at 07:24
Rafiq Tagini bele bilmezdim, emellui bashli yazibmishki
5.
Sədaqət Muradlı | 05/01/2012 at 07:25
Çox gözəl təhlildi Elnur bəy
Rafiq Tağının qətlinə islam terroru deyənlər üçün layiqli cavabdı
Ar olsun zalım Azərbaycan hakimiyyətinə!
6.
Oxucu | 05/01/2012 at 11:46
Belə bir spekulyativ yazıya görə onun öldürüldüyünü düşünmək çox böyük sadəlöhvlükdür, Şerlok.
7.
zaur cəfərov | 05/01/2012 at 20:28
həəə…Təsiredicidir…ən azı
8.
Adil | 06/01/2012 at 20:52
Rafiq Tağının bu hekayəsi qetlin kim ve yaxud kimlər tərəfindən sifariş edildiyinə şübhə yeri qalmır.Bu hekayə ən böyük dəlildir.
9.
Elçin | 07/01/2012 at 16:47
Çox dəyərli tapıntıdır. Eşq olsun, bəy
10.
Elchin Karimov | 07/01/2012 at 16:49
Çox dəyərli tapıntıdır. Eşq olsun, Elnur bəy
11.
Shahul | 31/01/2012 at 20:55
1995-ci ildən Bakı Dövlət Universititinin Tarix fkluatəsində çalışan K. Məmmədov “Azərbaycan və Rus bölmələrində Antropologiya”, “Qafqaz xalqlarının antropologiyası”, “Qafqaz xalqlarının etnoqrafiyası”, “Etnoqrafiya”, “Ermənilərin tarixi”, “Gürcüstan tarixi” fənlərini tədris ed1,. Tarix fakültəsinin qiyabi tələbələri üçün antropologiya proqramı. Bakı, 2002. (s.164 — 170)2. Kaspi (oğuz) antropoloji tipinin xüsusiyyətləri haqqında. Tarix və onun problemləri jurnalı, 2003. ¹ 2. (s.177–181).3. Qafqaz xalqlarının antropoloji tərkibi. Tarix və onun problemləri jurnalı, 2003. ¹4. (s.191 — 193)3,. Qafqazın poleoantropologiyası. Bakı Universiteti xəbərləri jurnalı, 2003. ¹ 2.(s.156 — 163)4. Azərbaycanlıların etnik antropologiyası. Azərbaycan arxeologiyası jurnalı, Bakı, 2005. ¹ 1– 4. (s. 51–59) (rus dilində)5. Azərbaycanlıların etnik antropologiyası. (Qarabağ: Kürəkçay müqaviləsi — 200). Bakı,2005. (s. 32–41) (rus dilində)6. Qafqazın poleoantropologiyası haqqında. Qafqazın arxeologiyası, etnologiyası,folkloru. Bakı , 2005. (s.123–124). (rus dilində)7. Azərbaycanlıların soykökü (antropoloji məlumatlar əsasında). Tarix və onun problemləri jurnalı ¹ 1, Bakı 2006. (s. 207–213). (rus dilində)8. The Oghuz Race and its habitat. Miras Cournal. Ashgabat,2006. ¹ 2. p. 162–1639. Antropologiyanın əsasları (dərslik). Bakı,20062 saniyə əvvəl