Həmrəy olmayan
30/12/2011 at 15:43 Şərh yazın
Həmrəy olaq, bəlkə eşidərlər
Azərbaycan musiqisi, Azərbaycan adət-ənənələri, Azərbaycan yeməkləri (xörəkləri), Azərbaycan diyarı, Azərbaycan təbiəti deyibən Azərbaycanı sevirik, vətənimiz üçün darıxır, Qədir Rüstəmovun “Sona Bülbüllər”ini, Xanın “Qarabağ Şikəstəsi”ni dinləyib kədərlənir, bəzən göz yaşlarımızı saxlaya bilmirik.
Təəssüf ki, xarici vətəndaşlara, xaricdə yaşayanlara, Azərbaycanı tanımayanlara isə Azərbaycanımız varlı ölkədir deyərək, Qarabağ bizimdir deyərək ağız dolusu danışarkən bu məfhumlardan kənara çıxa bilmirik.
Təəssüf ki, Azərbaycanda millətimizin həyat şəraitindən, Azərbaycan qayda qanunlarından, insan haqqlarından, azad məhkəmələrdən, mükəmməl bilik verən Azərbaycan ali məktəblərindən, azad yazarların azad fikirlərindən Azərbaycanlılara xas olan canfəşanlıqla, emosiyalarla danışmağa çətinlik çəkirik.
Bunu etməyə bizə imkan vermirlər, əl-ayağımızı baglayıb, agzımızı tıxayır, bizləri polis şöbələrinə doldururlar.
Nə üçün, niyə…?
Məncə, hamımız bu sualların cavabını bilirik.
Lakin yenə də deyək, yazaq, bagıraq, ümid edək ki, bəlkə bu rejimə qulluq edənlər eşidələr, bəlkə nəhayət yatmış vicdanlar oyana və telekanallarda Dünya Azərbaycanlarının ‘Həmrəylik Günüdür, Bayramınız Mübarək’ deməkdən utanalar.
Görəsən üzümüzə gələn 31 dekabr, Dünya Azərbaycanlilarının Həmrəylik Günü Azərbaycanda at oynadanlardan, baş kəsənlərdən hansınınsa vicdanını oyadırmı?
Əsla!
Bunu nədən bilirəm?!
İlin günün bu vaxtında evində suyu gəlməyən, qaynar çay içmək istərkən qazı olmayan, istilik sistemində durmadan yaranan problemlər üzündən soyuqdan bir neçə sviteri üst-üstə geyinən ömrünün 50 ilini Azərbaycanda neft və kimya sənayesinin inkişafına sərf etmiş, bir alimin dilindən eşidib bilirəm bunları.
Ona isə dəfələrlə xarici ölkələrin neft şirkətlərində işləmək təklif olunmuşsa da, buna razı olmamış, başını aşagı salıb öz işində, öz şəhərində, öz vətənində çalışmış, əldə etdiyi nəaliyyətlərin xeyrini öz vətəninə vermək istəmişdir. Axırı da belə…
Mən utanıram milyonu keçmiş, vətənlərindən ayrı düşmüş qacqın və köçkünlərimizdən bəhs etməyə.
Utanıram Qarabağdan söz açmağa..
Utanıram bölünmüş, tapdalanmış vətənimi xatırlayıb, ‘Həmrəylik Gününüz Mübarək Olsun, Yeni Ilinizi Təbrik Edirəm’ deməyə.
Görəsən onlar da utanırlarmı?
Hələ bəşəriyyətin ən əsas dəyəri olan, insanları bir birinə bağlayan, ləyaqətlərini qoruyub saxlayan və sosial tərəqqini təsfiq edən ən fundamental, ayrılmaz haqq… azadlıq huquqları taptalanmış, bu bayramı məhbəslərdə kecirən məhbusları demirəm.
Bəxtiyar Hacıyevi, Məhəmməd Məcidlini, Tural Abbaslını, Arif Hacılını və digər cismən əsir, ruhən azad məhbusları deməyə utanıram.
Hər birimizin ətrafında bu cür həyatla barışıb yaşayan, ve ya haqqları ləkələnmiş amma yenə də mübarizlikdən usanmayanlar Azərbaycan sevgisi ilə savaşanlar azdırmı?
Bu hallarında telekanallarda 31 dekabr, Dünya Azərbaycanlılarının ‘Həmrəylik Günüdür, Bayramınız Mübarək’ deyənlər bu insanları təhqir etmirlərmi?
İndi bayram bayrama qarışdığı bir zamanda o alim kimi həyat şəraiti olanlar, illərdir vətənlərindən ayrı düşənlər, haqsızcasına azadlıqdan məhrum olmuş mubarizlər, Dünya Azərbaycanlılarının Həmrəylik Gününü necə qeyd etsinlər? Etsinlərmi? Allah bizə bu diləmmanı çözməkdə kömək etsin.
Bəlkə hamılıqla ‘ay millətimizin baş bilənləri, sözünün dalı da, qabağı da kəsən iqtidar əhli, xalqımızla həmrəy olun’ deyə bağıraq? Bəlkə eşidərlər, bəlkə səsimiz çatar, hə…?
Burada Cəlil Məmmədquluzadənin Tüstü adli yazısını xatırlamaya bilmirəm.
“Hər yan tüstüdür: məclislərdə və evlərdə duxaniyyət və məşrubat tüstüsü, küçelerde peyin tüstüsü, mənəviyyatda mövhumat tüstüsü, ruhda və qəlbdə kəsafət tüstüsü…
Xülasə, millət tüstü içində boğulmaqdadır. Və boğula-boğula nicata müntəzirdir.
Kimdən?- Her bir vicdan sahibindən, hər bir həqiqi vətən dostundan, her bir insanoğluna rəhmi gələnlərdən!
Millət boğulur, tüstülər milləti hər tərəfdən əhatə eləyib. Əğər dadü fəryada tez yetişməsəz mümkündür ki, millətdən bir əsər qalmaya. Tələsmək lazımdır!”
Entry filed under: Gündəlik. Tags: 31 dekabr, adət, ali məktəb, alim, Allah, Arif Hacılı, ayaq, azad, azadlıq, Azərbaycan, azərbaycanlı, ağız, çay, çözmək, ölkə, bayram, bağır, Bəxtiyar Hacıyev, bəşəriyyət, boğ, boğul, boğulmaq, canfəşanlıq, Cəlil Məmmədquluzadə, darıx, Dünya Azərbaycanlılarının Həmrəylik Günü, diləmma, diyar, duxaniyyət, emosiya, ev, evlər, əl, ənənə, əsir, fəryad, fundamental, göz, haqq, hüquq, hüquqlar, həmrəy, həmrəylik, həqiqi, həyat, imkan, inkişaf, insanoğlu, iqtidar, istilik, köçkün, kəsafət, kimya, ləyaqət, mövhumat, mübariz, mübarizlər, mükəmməl, məclis, məclislər, məfhum, məfhumlar, məhbus, məhbuslar, Məhəmməd Məcidli, məhkəmə, məhrum, məktəblər, mənəviyyat, məşrubat, millət, milyon, musiqi, neft, neft şirkətləri, nəaliyyət, peyin, polis, qaçqın, qanun, qarabağ, Qarabağ şikəstəsi, qayda, qaynar, qaz, Qədir Rüstəmov, qəlb, razı, ruh, söz, sevgi, sənaye, Sona Bülbüllər, sosial, soyuq, sviter, tüstü, telekanal, telekanallar, təbiət, təhqir, Tərəqqi, təsfiq, Tural Abbaslı, utan, varlı, vətən, vicdan, xalq, xan, xaric, xörək, yazar, yazarlar, yazı, yaş, yemək, zaman, şəhər, şərait, şikəstə, şirkət.

















Trackback this post | Subscribe to the comments via RSS Feed