Əliyev və Qəddafi

21/10/2011 at 00:58 6 şərh

Dostuna bax, özünü tanı

Muammər Qəddafi ilə Heydər Əliyev arasında dostluq əlaqələrinin olduğu heç kimə sirr deyildi.

Heydər Əliyev 1985-ci ildə Qəddafinin Moskva səfəriylə yaxın münasibət qurmuş və daha sonra bu əlaqəni daha da inkişaf etdirmişdir.

Təbii ki, bu iki şəxsin əlaqələrinin hansı formada və səviyyədə olmasıyla bağlı bir sıra iddialar var.

Bu iddialardan ən maraqlısı hazırkı Azərbaycan hakimiyyətinin qeyri-qanuni yollarla qazanılan qara pulların leqallaşdırılmasını Liviyada həyata keçirməyi ilə bağlıdı.

Heydər Əliyev 2-ci dəfə hakimiyyətə gəldikdən sonra, daha sonra oğlu İlham Əliyev prezident olduqdan sonra Liviya ilə Azərbaycan arasında yaranan isti münasibətlərin təməlini də biznes maraqları təşkil edirdi.

Əliyevlərin Qəddafi rejimiylə əlaqələrini araşdırsaq daha da maraqlı faktların ortaya çıxa biləcəyini düşünürəm.

Siyavuş Novruzovun Liviya ilə bağlı buraxdığı tarixi səhvi və Liviya səfirliyinin buna reaksiyasını isə axırda yazacam, maraqlı anekdot alınacaq:)

İki yazı

İndi isə sizinlə iki yazı paylaşacam. Hər iki yazının qaynağı da hakimiyyət saytlarındadır.

Hər iki yazının sonunda qaynaqların adı və linkləri qeyd olunub.

Bir məqam diqqətimi çəkdi: 2000-ci ildə Heydər Əliyevin qəbul etdiyi, o dövrdə Liviya Xarici İşlər Nazirinin müavini olan Saad Mustafa Mucbir, Qəddafinin 2010-cu ildə Azərbaycana təyin etdiyi sonuncu səfir olub.

Yazıları diqqətlə oxuyun və keçmişi xatırlayın.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Böyük Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsi Ali Xalq Komitəsinin xarici əlaqələr və beynəlxalq əməkdaşlıq katibinin (nazirinin) siyasi məsələlər üzrə müavini Səd Mustafa Mücbirin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən söhbətindən – Prezident sarayı, 20 noyabr 2000-ci il

 Heydər Əliyev: Azərbaycana xoş gəlmisiniz. Mən sizi salamlayıram. Hesab edirəm ki, sizin bu səfəriniz ölkələrimiz arasındakı əlaqələrin inkişafına yardım edəcəkdir.

Mənə deyiblər ki, siz bir neçə görüşlər keçirmisiniz. İndi isə mən sizinlə görüşürəm. Buyurun.

Səd Mustafa Mücbir: Zati-aliləri cənab prezident, işlərinizin çox olmasına baxmayaraq, lütf göstərib bizi qəbul etdiyinizə görə Sizə minnətdarlığımızı bildiririk. Biz bunu deməyi şərəf bilirik ki, Sizin iş həvalə etdiyiniz şəxslərlə, rəhbərlərlə, məsul şəxslər ilə görüşmüşük. Onlar Azərbaycanı yüksək səviyyədə təmsil edirlər və bizimlə lazımi görüşləri keçiriblər. Siz dediyiniz kimi, biz, qardaş ölkələr burada bir neçə dövlət işçiləri ilə görüşlər keçirdik. Mən belə düşünürəm və ümid edirəm ki, onlar bu görüşlər haqqında məlumatı zati-alinizə çatdırıblar.

 Heydər Əliyev: Bəli, çatdırıblar.

Səd Mustafa Mücbir: Mən bir məsələni təkrar etmək, vurğulamaq istəyirəm.

Bu da ondan ibarətdir ki, Siz böyük, zəngin təcrübəyə malik bir şəxsiyyətsiniz. Vaxtilə Siyasi Büroda, SSRİ Nazirlər Sovetində, ümumiyyətlə, SSRİ rəhbərliyində yeganə müsəlman olaraq yüksək mövqe tutmağınızla qazandığınız zəngin təcrübədən biz də ölkələrimiz üçün lazımi şəkildə istifadə etməliyik.

Qardaşınız, Liviya inqilabının rəhbəri Müəmmər Qəddafi Sizi Liviya Cəmahiriyyəsinə dəvət edir. Çox təəssüf ki, müstəqilliyinizin doqquz ili ərzində biz bunu indiyədək həyata keçirə bilməmişik. Siz bir çox məsələlərlə, o cümlədən müharibə ilə bağlı və müasir bir dövlət quruculuğu məsələləri ilə məşğul idiniz. Biz isə blokadadan əziyyətlər çəkirdik. Blokada ilə bağlı problemlərlə məşğul idik.

Sizin müdrikliyiniz sayəsində Qarabağda qan tökülməsinin qarşısı alındı, dayandırıldı və indi Azərbaycan xalqının oğulları həlak olmurlar. Biz də qəbul etdirilmiş blokadanın problemlərindən yaxa qurtara bildik. Siz öz köhnə dostunuz polkovnik Müəmmər Qəddafi ilə görüşsəniz, Sizin bu görüşünüz və eyni zamanda Sizin zəngin təcrübəniz bizə Liviyada daha nə etmək lazım gəldiyini öyrədər. Belə bir görüş eyni zamanda həm ikitərəfli, həm regional, həm də beynəlxalq miqyasda əlaqələrin möhkəmləndirilməsi üçün hansı işlərin görülməsini müəyyən edər.

Mən bugünkü görüşlərimdə, xüsusilə baş nazirlə, Milli Məclisin sədri ilə görüşlərimdə bildirdim – çox təəssüf ki, bizim bu vaxta qədər gördüyümüz işlər nə Fələstin probleminin, nə də Dağlıq Qarabağ probleminin həllinə gətirib çıxarmayıbdır. Ona görə də artıq biz yeni yolların, vasitələrin axtarışında olmalıyıq. Mən belə düşünürəm ki qardaşınız polkovnik Müəmmər Qəddafi ilə görüşünüz bu istiqamətdə bir addım olar.

Bu region, ölkəniz vaxtilə islam aləminə, mədəniyyətinə böyük alimlər, mütəfəkkirlər, şairlər, ədiblər vermişdir. İndiki dövrdə də bizim Sizin müdrikliyinizə ehtiyacımız vardır. Qardaşınız polkovnik Müəmmər Qəddafinin Sizə göndərdiyi məktubda deyilir ki, burada tarixi Siz yaradırsınız və burada regional toplantılar, cəmiyyətlər, birliklər yaradılmasında iştirak edirsiniz. Qardaşınız Qəddəfi də Afrika Birliyinin yaradılması işini bitirmək üzrədir. Təxminən üç-dörd aydan sonra Liviyada çağırılacaq fövqəladə sessiyada belə bir birliyin yaradılması elan ediləcəkdir. Bu, təxminən 700 milyon əhalini əhatə edəcək birlik olacaqdır. Bütün ilkin materiallar, yəni xammal mənbələri bu regiondadır. Qardaşınız polkovnik Qəddafi Sizinlə bu məsələni strateji baxımdan müzakirə etmək istəyir.

Bütün görüşlərimizdə, o cümlədən Milli Məclisin sədri, baş nazir ilə və nazirlərlə görüşlərdə biz bir çox məsələlərdə oxşar mövqedən çıxış etdik. Ümumiyyətlə, biz dostluq haqqında çox danışmışıq. İndi işə keçmək lazımdır, konkret işlər görmək lazımdır. Əgər Siz polkovnik Qəddafi ilə görüşdə hər iki tərəfə strateji sahələrdə müəyyən yolları göstərsəniz, biz – liviyadakılar, eyni zamanda burdakılar bu məsələdə Sizin sadiq əsgərləriniz olarıq. Sağ olun.

 Heydər Əliyev: Dəyərli sözlərinizə görə, dostum, qardaşım Müəmmər Qəddafinin mənə göndərdiyi dəvət məktubuna görə və mənim haqqımda Sizin dediyiniz xoş sözlərə görə təşəkkür edirəm.

Həqiqətən bizim qardaş ölkələrimizin hər birinin çox çətin və ağır problemləri vardır. Çox məmnunam ki, siz məsafəcə bizdən uzaqda olmağınıza baxmayaraq, bizim müstəqil ölkəmizə, Azərbaycana maraq göstərirsiniz, bizim problemlərimizi bilirsiniz. O cümlədən Ermənistanın Azərbaycana etdiyi təcavüzü və bunun nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal olunmasını, bir milyondan artıq azərbaycanlının, müsəlmanın yerindən-yurdundan didərgin düşüb köçkün vəziyyətində yaşamasını bilirsiniz.

Bizim ölkəmizə, xalqımıza qarşı böyük ədalətsizliklər edilibdir. Siz doğru dediniz, biz atəşi altı il bundan öncə dayandırmışıq, atəşkəs haqqında saziş imzalamışıq. Ancaq iş bundadır ki, hələ məsələni həll edə bilməmişik və işğal olunmuş torpaqlar azad olmayıbdır, bizim soydaşlarımız öz yerlərinə, yurdlarına qayıtmayıblar. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmayıbdır.

Mən çox məmnunam ki, siz bu problemləri bilərək, eyni zamanda bizimlə daim tərəfdaşsınız. Azərbaycana qarşı edilmiş ədalətsizliklə əlaqədar beynəlxalq təşkilatlarda, xüsusən İslam Konfransı Təşkilatında qətnamənin qəbul olunmasında sizin ölkəniz də fəal iştirak edibdir.

Biz bilirik ki, sizin də çox ağır problemləriniz vardır. Biz həmişə ədalətin, haqqın tərəfdarı olmuşuq. Sizin xalqınız bir çox illər böyük məhrumiyyətlərə məruz qalmışdır. Allaha şükürlər olsun ki, siz indi bu vəziyyətdən çıxırsınız. Çox sevindirici haldır ki, Afrika üçün belə bir böyük məsələni, Afrika Birliyini yaratmaq sahəsində hörmətli Müəmmər Qəddafi böyük işlər görübdür və bildirdiyiniz kimi, artıq yaxşı nəticələr verir. İnanıram ki, Allahın yardımı ilə siz bu işləri uğurla aparacaqsınız, yaxşı nəticələr əldə edəcəksiniz.

Hörmətli cənab Müəmmər Qəddafinin mənə göndərdiyi bu dəvət məktubunu çox məmnuniyyətlə qəbul edirəm. Təbiidir ki, mən bu dəvəti qəbul edirəm və bunu həyata keçirəcəyəm. Mən bunun üçün çox maraqlıyam və bunu çox arzu edirəm.

Qardaşım Müəmmər Qəddafi ilə mən Moskvada işləyərkən orada görüşmüşəm. Çox yaxşı danışıqlarımız olubdur. Mən bu görüşü, danışıqları həmişə böyük hisslərlə xatırlayıram. Amma sizin ölkədə olmamışam. Mənim üçün çox əziz olacaqdır ki, həm sizin ölkənizi ziyarət edim, həm də sizin xalqınızın lideri ilə lazım olan söhbətləri aparım.

Xahiş edirəm, mənim qardaşlıq salamlarımı birinci növbədə hörmətli Müəmmər Qəddafiyə çatdırasınız, Liviya xalqına çatdırasınız. Mən sizin xalqınıza tutduğu yolda böyük uğurlar arzulayıram.

 ”Azərbaycan” qəzeti, 21 noyabr 2000-ci il.

Qaynaq: http://library.aliyev-heritage.org/az/5386082.html

*********

Azərbaycan Prezidenti İlham Əliyev Liviyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Liviyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Saad Mustafa Mucbirin etimadnaməsini qəbul etmişdir.

Səfir Prezident sarayında fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Səfir Saad Mustafa Mucbir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.

Səfir Saad Mustafa Mucbir Liviya Prezidenti Müəmmər Qəzzafinin salamlarını dövlətimizin başçısına çatdırdı. O, on il bundan əvvəl müasir Azərbaycan dövlətinin yaradıcısı, ulu öndər Heydər Əliyev ilə görüşünü ehtiramla xatırladı. Saad Mustafa Mucbir ölkəsinin Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu dedi. O, səfirlik fəaliyyəti dövründə ölkələrimiz arasında münasibətləri daha da genişləndirmək üçün bütün səylərini əsirgəməyəcəyini bildirdi.

Dövlətimizin başçısı ölkələrimiz arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu vurğuladı. Prezident İlham Əliyev Liviyanın Azərbaycanın mövqeyini beynəlxalq təşkilatlarda, İslam Konfransı Təşkilatı və Birləşmiş Millətlər Təşkilatında dəstəkləməsini yüksək qiymətləndirdi. Ölkəmizin Liviya ilə ikitərəfli əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu deyən dövlətimizin başçısı əməkdaşlıq üçün yeni imkanların olduğunu bildirdi. İqtisadi sahədə əlaqələri inkişaf etdirməyin önəmini vurğulayan Prezident İlham Əliyev bu istiqamətdə əməkdaşlıq üçün cəlbedici sahələrin və böyük potensialın mövcudluğunu qeyd etdi.

Dövlətimizin başçısı Liviya Prezidenti Müəmmər Qəzzafinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Liviya dövlətinin başçısına çatdırmağı xahiş etdi.

AzərTAc

 04.03.2010

Qaynaq: http://www.azerbaijan-news.az/archive/index.php?Lng=aze&year=2010&Pid=2017

Anekdot

2008-ci ilin noyabr ayında Milli Məclisin iclaslarından birində büdcə layihəsinin müzakirəsi gedərkən Siyavuş Novruzov Liviya yerinə “İordaniya neftlə zəngin ölkədir, amma xalqı acından ölür, prezidenti çadırda yaşayır” demişdi.

Azərbaycandakı Liviya səfirliyi də dərhal bəyanat verərək Novruzovu coğrafiyanı bilməməkdə ittiham edərək Qəddafinin çadırıyla fəxr etdiklərini bildirmişdi.

Həmin xəbəri isə daha ətraflı burdan oxuyun: http://www.musavat.com/new/G%C3%BCnd%C9%99m/43065-L%C4%B0V%C4%B0YA_S%C6%8FF%C4%B0RL%C4%B0Y%C4%B0_S%C4%B0YAVU%C5%9E_NOVRUZOVUN_CAVABINI_VERD%C4%B0

İndi o çadırdan əsər-əlamət qalmayıb, Siyavuş Novruzov isə artıq Liviyanı daha yaxşı tanıyır…

About these ads

Entry filed under: Gündəlik. Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , .

Elnur Məcidli Fransa prezidentinə məktub ünvanlayıb Cihad Haqq uğrunda savaşmaqdır

Şərhlər Add your own

  • 1. HellaFoesloca  |  25/10/2011 at 14:55

    Какое место занимает Украина по населению в ЕВРОПЕ!?!?

    Reply
  • 2. Dr.Nazim Akifoglu  |  25/10/2011 at 19:36

    Salam Elnur Bey, coh maragli yazidir! Cemi bir meseleye aydinlig vermek isterdim, 2000-ci ilde Liviyanin Harici Ishlr Naziri Bakida demishir ki, Sovetler Birliyinde Siyasi Buronun uzvu omush Heydar Aliyev yeqane musalman idi orada, Tarihi duz yazmag ucun haminin yadina salmak isteyirem ki, Sovietler Birliyinde, Siyasi Buro uzvleri icinde uc musalman olub, Heydar Alyevden once oraya Dinmuhammad Kunayev (Kazakhstan) ve Sheherf Rashidov (Uzbekistan) secilmishdiler, demeli Heydar Aliyev bu sirada ucuncu idi.Yani musalman ehalisi olan Soviet Cumhuriyetlerinden uc rehber orada var idi ve onlardan biri Heydar Aliyev idi.Saygilarla.

    Reply
  • 3. Nelia  |  14/11/2011 at 21:36

    Touchdown! That’s a rellay cool way of putting it!

    Reply
  • 4. Lesa  |  15/11/2011 at 09:02

    Full of salient points. Don’t stop bleieivng or writing!

    Reply
  • 5. Zakir  |  16/11/2011 at 20:03

    Liviya Prezidenti Müəmmər Qəzzafi Liviya xalqının gəhramanidir. Allax onu Rəhmət eləsin. Öldürənlərə isə lənət. Cünki öz ölkəsini düşmənlərdən kişi kimi goruyurdu. Amma siz bunu başa düşə bilməzsiniz.

    Reply
  • 6. Elnur  |  23/12/2011 at 13:58

    liviya vaxt gelecek Qeddafinin heykelini ucaldacaq. onlar hele fransanin mustemleke medeniyyetini gormeyibler

    Reply

Cavab qoy

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Trackback this post  |  Subscribe to the comments via RSS Feed


Qısaltma


Bloqdakı yeniliklərdən xəbərdar olmaq üçün mail adresinizi yazın.

Join 28,546 other followers

Goodreads

No data found
Book recommendations, book reviews, quotes, book clubs, book trivia, book lists

Reklam


Arxiv

Ötən Bülbül

Hava

GISMETEO: Погода по г.Баку GISMETEO: Погода по г.Нахичевань GISMETEO: Погода по г.Ханкенди

Statistika

  • 138,868 ziyarətçi
!function(d,s,id){var js,fjs=d.getElementsByTagName(s)[0];if(!d.getElementById(id)){js=d.createElement(s);js.id=id;js.src="//platform.twitter.com/widgets.js";fjs.parentNode.insertBefore(js,fjs);}}(document,"script","twitter-wjs"); Locations of visitors to this page Rated by MyTOP Kataloq Free counters ILK-10 Azeri Website Directory free counters Free Page Rank Tool Bookmark and Share submitgooglesitemap.com Sitemap Generator Politics Journalist Blogs - BlogCatalog Blog Directory

Feeds

Müəllif Hüququ Qorunur

Creative Commons License
Elnur MAJIDLI - Find me on Bloggers.com

Top Rated


Follow

Get every new post delivered to your Inbox.

Join 28,546 other followers

%d bloggers like this: