ARTE Elnur Məcidli haqqında sənədli film çəkib

12/10/2011 at 17:52 3 şərh

Mətbuat üçün açıqlama

Fransada mühacir həyatı yaşayan azərbaycanlı jurnalist Elnur Məcidli haqqında Fransa və Almaniyanın ortaq kanalı ARTE TV tərəfindən sənədli film çəkilib.

Bu yaxınlarda Azərbaycana səfər edən ARTE kanalının əməkdaşları Bakıda jurnalistin ailəsinə qonaq olaraq çəkiliş aparıblar.

Ailənin gündəlik həyat tərziylə maraqlanan xarici jurnalistlər, Elnur Məcidlinin fəaliyyətinə görə onlara edilən təzyiqləri soruşublar.

Çəkiliş zamanı Elnur Məcidlinin parlament seçkilərində iştirakı, mart çağırışlarından sonra atasının və qardaşının işdən çıxarılması, haqqında cinayət işinin başlanması, Azərbaycanın hazırkı vəziyyəti və s. haqqında danışılıb.

Fransa prezidenti Nikola Sarkozinin (Nicolas Sarkozy) səfəri ərəfəsində Bakıya gələn ARTE kanalının çəkiliş qrupu, ictimai sektorda fəal gənclərdən, bloqqerlərdən və bir sıra şəxslərdən də müsahibə götürüblər.

Bakıda başlayan çəkilişlər daha sonra Fransanın paytaxtı Parisdə və Strasburqda davam edib.

Əvvəlcə Parisdə Elnur Məcidlinin yaşadığı Jurnalistlər Evində (La Maison des Journalistes (MDJ))  çəkiliş aparan ARTE kanalının əməkdaşları jurnalistin sürgün həyatını lentə alıblar.

Reportaj janrında aparılan çəkilişlər Avropa Şurası Parlament Assambleyasının (AŞPA)  payız sessiyası boyunca Strasburqda da davam edib.

Elnur Məcidlinin Avropa Şurasında jurnalist fəaliyyətiylə tanış olan ARTE kanalının əməkdaşları, AŞPA rəsmiləriylə görüşlər zamanı da gənc jurnalisti tək buraxmayıb.

Elnur Məcidli haqqında çəkilən bu sənədli filmin ideya müəllifi və aparıcısı, çex əsilli tanınmış fransız jurnalist Vladimir Vasakdır.

Hazırda reportajın yayına hazırlanma prosesi gedir və yaxın günlərdə efirə veriləcək.

Qeyd edək ki, mərkəzi Strasburqda yerləşən ARTE kanalı, Avropa Birliyinin aparıcı kanallarından hesab olunur, Avropanın əksər ölkələrində 14 fərqli dildə yayınlanır.

 

 

About these ads

Entry filed under: Elan, Media. Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , .

R.I.P. – STEVE JOBS Əmimin oğlu

Şərhlər Add your own

  • 1. Atesh Mahmudov  |  13/10/2011 at 19:20

    Elnurun ishi nece oldu?

    Reply
  • 2. Elnur Ibragimov  |  13/10/2011 at 19:21

    həbsdən qorxmaq lazım deyil,həyat onsuzda mubarizədir!

    Reply
  • 3. Vusal Alesgerov  |  13/10/2011 at 19:25

    deyrem yaman dincelduz haaa

    Reply

Cavab qoy

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Trackback this post  |  Subscribe to the comments via RSS Feed


Qısaltma


Bloqdakı yeniliklərdən xəbərdar olmaq üçün mail adresinizi yazın.

Join 28,545 other followers

Goodreads

No data found
Book recommendations, book reviews, quotes, book clubs, book trivia, book lists

Reklam


Arxiv

Ötən Bülbül

Hava

GISMETEO: Погода по г.Баку GISMETEO: Погода по г.Нахичевань GISMETEO: Погода по г.Ханкенди

Statistika

  • 138,756 ziyarətçi
!function(d,s,id){var js,fjs=d.getElementsByTagName(s)[0];if(!d.getElementById(id)){js=d.createElement(s);js.id=id;js.src="//platform.twitter.com/widgets.js";fjs.parentNode.insertBefore(js,fjs);}}(document,"script","twitter-wjs"); Locations of visitors to this page Rated by MyTOP Kataloq Free counters ILK-10 Azeri Website Directory free counters Free Page Rank Tool Bookmark and Share submitgooglesitemap.com Sitemap Generator Politics Journalist Blogs - BlogCatalog Blog Directory

Feeds

Müəllif Hüququ Qorunur

Creative Commons License
Elnur MAJIDLI - Find me on Bloggers.com

Top Rated


Follow

Get every new post delivered to your Inbox.

Join 28,545 other followers

%d bloggers like this: