Eyfelin altında
Eyfelin doğmalığı
Bu gün axşam gəzintiyə çıxanda saat 10-un yarısı idi.
Əslində harada gəzəcəyimə də qərar verməmişdim.
Qaldığım binanın önündəki küçəyə çıxdım və əsas küçəyə (prospekt) tərəf yönəldim.
Solumda Eyfel qülləsi, öz işıqlı möhtəşəm görkəmi və cazibəsiylə qaranlığı yarırdı.
Qaldığım yer Eyfelin yaxınlığında yerləşsə də 20-30 dəqiqəlik piyada yol insana bəzən yorucu gəlir.
Lakin bu dəfə üşənmədim, aylıq nəqliyyat abunəm olmasına baxmayaraq piyada olaraq Eyfələ doğru getməyə qərar verdim.
Yaxın görsənən bu möhtəşəm qüllə, yol boyu sanki uzaqlaşırdı…
Hətta bir ara, yüksək binaların arxasında görünməz oldu, yolu səhv saldığımı düşündüm.
Buna baxmayaraq israrlı yürüyüşüm öz bəhrəsini verdi, təxminən 30 dəqiqə sonra Eyfelin altındaydım…
Eyfelin altında
Eyfel qülləsinə dəfələrlə getmişəm, dəfələrlə ən üst mərtəbəsinə çıxıb dəmir çəpərlərdən Parisi seyr etmişəm, Sena çayına boylanmışam, Azərbaycan bayrağının yanında şəkil çəkdirmişəm.
Eyfeldən Parisə həm gündüz, həm gecə göz gəzdirmişəm…
Eyfelə dostlarla getmişəm, Bakıdan gələn qonaqlarla getmişəm, hətta tək də getmişəm…
Eyfelin yanındakı çəmənlikdə dostlarla piknik etmişik, Eyfelin 360 dərəcə şəklini çəkmişik…
Eyfelin altındakı zənci, qaraçı, pakistanlı satıcıların əlindən olub ki, təngə də gəlmişik..
Eyfelin altında zarafatlar, tanışlıqlar, söz atmalar və s. olub…
Ancaq hər Eyfelin altında olanda fransız olmadığımı, xarici bir ölkənin vətəndaşı olduğumu xatırlamışam…
Eyfel hər zaman mənə yad olub və ya mən ona həmişə fransız qalmışam…
Ta ki, bu günə qədər…
Bu gün isə Eyfelin altında, ətrafında gəzişirkən ona qarşı doğmalıq hiss etdim.
Eyfelin altındakı BMT-ni andıran satıcıların rəngarəngliyi bu dəfə xoşuma getmişdi…
Saat 11-in yarısı olmasına baxmayaraq hələ də yüzlərlə turist Eyfel qülləsinə çıxmaq üçün növbə gözləyirdi…
Özümü Eyfelin sahibi kimi hiss edirdim – Turistləri qonaq və ilk dəfə özümü ev sahibi kimi hiss edirdim.
Qəribə duyğular idi…
Elə də çox qalmadım, Eyfelin altında yarım saatlıq gəzintidən sonra evin yolunu tutmuşdum.
Bu dəfə piyada yox, metroyla…
Eyfel ilk dəfə məni özünə heyran etmişdi, problemləri unutmuşdum, ancaq qarışıq ruh halı içindəydim.
Hətta metroda bu gəzintinin təsiriylə fikir dalğınlığıma görə iki dəfə düşəcəyim stansiyanı qaçırdım.
Ancaq yorğunluğum getmişdi, ruh yüksəkliyimi bərpa edə bilmişdim.
Hətta metroda stansiyaları çaş-baş salmağım belə mənə zövq verirdi:)
Nəhayət metrodan çıxdım, qaldığım binanın küçəsinə yaxınlaşdıqca binaların arasından Eyfel öz füsunkarlığıyla göz qamaşdırırdı…
Bəlkə mənə elə gəlirdi…
Yaşadığım onlarca problem və sıxıntıdan sonra Eyfel məni bağrına basmışdı…
Entry filed under: Gündəlik, Ədəbiyyat. Tags: abunə, axşam, aylıq, Azərbaycan, çay, çaş-baş, çəpər, çəpərlər, ölkə, öz, üst, üşə, üşən, üşənmə, bayraq, bina, BMT, boylan, cazibə, dəmir, dəqiqə, doğma, doğmalıq, duyğu, duyğular, eiffel, ev sahibi, Eyfel, Eyfel qülləsi, füsunkar, füsunkarlıq, fransız, gündüz, gecə, gəzinti, hiss, insan, israrlı, işıq, işıqlı, küçə, möhtəşəm, metro, mərtəbə, növbə, nəqliyyat, pakistanlı, Paris, piyada, problem, prospekt, qaraçı, qüllə, qərar, qəribə, qərq, qonaq, saat, sahib, satıcı, satıcılar, söz, Sena, Sena çayı, seyr, səhv, sıxıntı, tanışlıq, təng, turist, vətəndaş, xarici, yarım, yürüyüş, yorucu, zarafat, zövq, zənci, şəkil, ısrar.

















1.
nigar vakilova | 27/05/2011 at 13:14
Beautiful …