Görüşlər
Mətbuat və ictimaiyyət üçün geniş açıqlama
Facebookda yaratdığı səhifələrə və bloqundakı yazılara görə Azərbaycan Respublikası Prokurorluğuna bağlı Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən haqqında Cinayət məcəlləsinin 281-ci maddəsiylə cinayət işi açılan, Fransada yaşayan azərbaycanlı jurnalist Elnur Məcidli son iki həftədə Avropa Parlamentində, Avropa Şurasında , o cümlədən beynəlxalq QHT-lər, media və diaspora nümayəndələriylə bir sıra görüşlər keçirib.
Bütün görüşlərdə Azərbaycanda hazırkı siyasi vəziyyət, jurnalistlərin, gənclərin həbsi və sş müzakirə olunub.
Avropa Parlamentində Görüşlər
Haqqında cinayət işi açıldıqda sonra ilk öncə Avropa Parlamentində görüşlərə başlayan E. Məcidli Fransa, Almaniya, Böyük Britaniya, Hollandiya, Polşa və s. ölkələrin deputatlarıyla görüşüb və onları Azərbaycanda baş verən hadisələrlə bağlı ətraflı məlumatlandırıb.
Avropa Parlamentindəki görüşlər zamanı, Avropa Birliyi ilə Azərbaycan arasında olan Qonşuluq Siyasətinin təkrar nəzərdən keçirilməsi, Azərbaycanla AB və AB-yə üzv ölkələrin iqtisadi-ticari əlaqələrinin passivləşdirilməsi, o cümlədən Belorusiya modeli əsas alınaraq Azərbaycan hakimiyyətində təmsil olunan yüksək vəzifəli məmurların Avropa Birliyi ərazisinə buraxılmaması kimi məsələlər müzakirə olunub.
Görüşlər zamanı yuxarıda sadalanan məsələlərin may ayındakı növbəti sessiya zamanı Avropa Parlamentində müzakirəyə çıxarılması, bununla bağlı daha geniş qrup toplantılarının keçirilməsi və s. barədə ortaq qərar alınıb.
Avropa Şurasında Görüşlər
Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası zamanı keçirilən görüşlərin də əsas mövzusu Azərbaycanda son baş verən hadisələr, o cümlədən AŞPA-nın yay sessiyasında Azərbaycanın üzvlüyünün müzakirəyə çıxarılması təklifi olub.
Avropa Şurasında AŞPA rəhbəri Mevlut Çavuşoğlu ilə görüşən E. Məcidli, görüş zamanı haqqında açılan cinayət işi, ailəsinə edilən təyziqlərlə bağlı ətraflı məlumat verərək AŞPA rəhbərini konkret addımlar atmağa dəvət edib.
M. Çavuşoğlu, məsələdən xəbərdar olduğunu, Bakıya səfəri zamanı azərbaycanlı jurnalistə açılan cinayət işi və ailəsinə edilən təyziqlərin dayandırılması məsələsini ölkə prezidenti İlham Əliyevlə müzakirə etdiyini bildirib.
AŞPA-nın Avropa Şurasına üzv olan ölkələrdəki siyasi-ictimai vəziyyəti davamlı diqqət mərkəzində saxladığını deyən M. Çavuşoğlu yaranmış problemlərin daha münasib yollarla həllini vacib sayıb.
Görüşlərinə Avropa Şurasının İnsan Haqqları Komissarlığında davam edən Elnur Məcidli, İnsan Haqqları Komissarı Tomas Hammarberq və Komissarlıq bürosunun rəhbəri xanım İşıl Gachet ilə görüş keçirib.
Görüşlərdə Azərbaycanda insan haqqlarının hazırkı vəziyyəti, kütləvi təyziq və həbslər, o cümlədən Elnur Məcidli haqqında açılmış cinayət işi ətraflı şəkildə müzakirə edilib.
Görüşlər zamanı AŞ İnsan Haqqları Kommissarlığı tərəfindən Azərbaycanla bağlı hazırlanacaq növbəti hesabatda həbs edilən ictimai fəallar, gənclər və jurnalistlərlə bağlı geniş məlumatın əks etdirilməsi, insan haqqlarının kobud şəkildə pozulmasının qarşısının alınması üçün daha ciddi mövqe ortaya qoyulması kimi məsələlərə toxunulub.
AŞPA-nın Azərbaycanla bağlı siyasi məhbuslar üzrə məruzəçisi Kristof Ştrasser ilə də görüşən Elnur Məcidli, alman deputatı haqqında açılan cinayət işi və ailəsinə edilən təyziqlərlə bağlı məlumatlandırıb.
Görüş əsnasında həbsdəki jurnalist Eynulla Fətullayev, Müsavat partiyasının sədr müavini Arif Hacılı, Müsavat partiyası Gənclər təşkilatının sədri Tural Abbaslı, AXCP üzvü Məhəmməd Məcidli, gənc fəallar Bəxtiyar Hacıyev və Cabbar Savalanın həbslərinin və həbsdə saxlanmalarının qeyri-qanuni olduğu, hər beş həbsin siyasi xarakter daşıdığı vurğulanıb.
Ştrasser isə öz növbəsində siyasi məhbuslar üzrə məruzəçi olaraq Azərbaycandakı prosesləri və həbsləri diqqət mərkəzində saxladığını, məhbus yaxınlarından məktublar aldığını bildirib.
Alman deputat, AŞPA tərəfindən Azərbaycanla bağlı siyasi məhbuslar üzrə məruzəçi seçilməsinə baxmayaraq Azərbaycan tərəfinin onun mandatını tanımaq istəməməsi onun aktiv fəaliyyətinə əngəl törətdiyini qeyd edib.
Rəsmi Bakıya, o cümlədən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbərliyinə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq öz həllini tapmaması, siyasi məhbuslar üzrə məruzəçi statusuyla Azərbaycana dəvət edilməməsini böyük məsuliyyətsizlik adlandıran Ştrasser, AŞPA-nın növbəti iclaslarında, alt komitələrin toplantılarında bu məsələni israrla gündəliyə çıxaracağını, əgər Azərbaycan tərəfi yenə də maneələr yaradarsa, Avropa Şurasına üzv ölkəyə qarşı müxtəlif sanksiyalar tələb edəcəyini söyləyib.
Azərbaycanın Avropa Şurası üzvlüyünün AŞPA tərəfindən təkrar müzakirəyə çıxarılmasının vacibliyinin vurğulandığı görüşdə AŞ nizamnaməsinə və AŞ qurumları tərəfindən çıxarılan qərarlara hörmət etməyən bir ölkənin üzvlüyünü davam etdirməsinin əhəmiyyətsiz olduğu vurğulanıb.
Daha sonra AŞPA tərkibindəki Avropalı Demokratlar Qrupunun üzvləriylə görüşən Elnur Məcidli, 2010 Parlament seçkilərindən başlayaraq son kütləvi aksiyalara qədər qısa xronoloji məlumat verib.
Almaniya, Türkiyə, Sloveniya, Çexiya və digər Avropa ölkələrindən deputatların iştirak etdiyi qrup toplantısında Azərbaycandakı proseslər ətraflı şəkildə müzakirə olunub.
Söhbət əsnasında Azərbaycan hakimiyyətinin beynəlxalq qurumlarda xarici deputatlarla korrupsiya əlaqələri yaradaraq beynəlxalq təyziqi zəiflətmək və başqa istiqamətlərə yönləndirmə niyyətinə də toxunulub.
Əsasən son parlament seçkilərində bu əlaqənin daha ciddi şəkildə hiss olunduğunu, AŞPA-nın Azərbaycandakı seçkiləri müşahidə missiya qrupunun hesabatının hakimiyyətə loyal hazırlanması əslində bir çox məqamı ortaya qoyduğu da vurğulanıb.
Görüşdə iştirak edən Türkiyəli deputat Toğrul Türkeş, Azərbaycanda baş verənlərə laqeyd qalmanın mümkün olmadığını bildirib, türk respublikası olaraq Azərbaycan və Azərbaycanda gedən proseslər üzvü olduğu Milliyətçi Hərəkat Partiyasının rəhbərliyinin (MHP) daima diqqət mərkəzində olduğunu söyləyib.
Sloveniyalı deputat Zmago Jelincic Plemeniti isə, Azərbaycan rəsmilərinin Avropa Şurası Parlament Assambleyasında iştirak edən xarici deputatlarla korrupsiya əlaqəsinə girməsinin ciddi fakt olduğunu, bu məsələni yaxından araşdıracağını və növbəti sessiyalarda gündəliyə çıxarılmasına çalışacağını deyib.
Almaniyadan olan deputat Viola von Cramon ilə də görüşən azərbaycanlı jurnalist, haqqında açılan cinayət işi, ailəsinə edilən təyziqlərlə bağlı alman deputatı ətraflı məlumatlandırıb.
Cramon Azərbaycandakı proseslərlə yaxından tanış olduğunu bildirib, Almaniya parlamentində Almaniya-Azərbaycan əlaqələrinin təkrar müzakirəyə çıxarılma ehtimalının olduğunu qeyd edib.
Görüşdə həm Kristof Ştrasser, həm də Viola von Cramon ilə növbəti görüşün Berlində keçirilməsi planlaşdırılıb.
Elnur Məcidlinin Avropa Şurasında növbəti görüşü isə AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Pedro Agramunt ilə olub.
Bir saata yaxın davam edən görüşdə Pedro Agramuntun fəaliyyəti ciddi şəkildə tənqid olunub, Azərbaycandakı parlament seçkiləriylə bağlı hazırlanan hesabatın zəifliyinə toxunulub.
Görüşdə Azərbaycan hakimiyyətinin xarici deputatlarla korrupsiya faktlarının olduğunu bildirən Elnur Məcidli bundan hədsiz dərəcədə təəssüfləndiyini, avropalı deputatın Avropa dəyərlərinə xəyanətinin bağışlanmaz olduğunu söyləyib.
Bu cür faktların AŞPA tərəfindən araşdırılmasının vacibliyini vurğulayan azərbaycanlı jurnalist, korrupsiyaya bulaşmuş avropalı deputatların ictimai qınaqla üzləşdirmək gərəkdiyini deyib.
Avropa Şurasında Amnesty İnternational, Article 19, İndex on Censorship, Norveç İnsan Hüquqları Evi və s. beynəlxalq hüquq müdafiəsi təşkilatlarının nümayəndələriylə də görüş keçirən E. Məcidli, haqqında açılan cinayət işi, 11 Mart Böyük Xalq günüylə başlayan proseslər, döyülən jurnalistlər, həbs edilən fəallar və partiya nümayəndələri haqqında ətraflı məlumat verib.
Ailəsinə təyziqlərin hələ də davam etdiyini, Azərbaycan DİN-i tərəfindən interpol axtarışına verildiyini, əmisi oğlunun həbs ölunduğunu qeyd edən jurnalist, Azərbaycan hakimiyyətinin beynəlxalq ictimaiyyət tərəfindən sərt şəkildə qınanmalı olduğunu söyləyib.
AŞPA-nın yaz sessiyası zamanı Avropa Şurasının baş katibi Tjorborn Jagland da Elnur Məcidlini qəbul edib.
Avropa Şurası baş katibliyində olan görüşdə Azərbaycanda insan hüquqları, söz və ifadə azadlıqları, azərbaycanlı jurnalist haqqında açılan cinayət işi və interpola axtarışa verilməsiylə bağlı geniş fikir mübadiləsi aparılıb.
AŞ katibi görüş əsnasında Azərbaycan prezidenti İlham Əliyevə yaxın zamanda ünvanlandığı məktubla bağlı məlumat verib.
Azərbaycandakı gərginlikdən, Eynulla Fətullayevin həbsdə saxlanmasından, gənc fəalların həbs edilməsindən, ümumilikdə hüquq və azadlıqların vəziyyətinin pisləşməsindən narahatlığını bildirən AŞ katibi, Azərbaycanda təcili olaraq həll edilməsi gərəkən bir sıra məqamların olduğunu dilə gətirib.
Görüş zamanı Azərbaycanın Avropa Şurasına üzvlüyünün təkrar müzakirə edilməsi, Azərbaycan rəhbərliyinin sərt şəkildə xəbərdarlıq edilərək götürdüyü öhdəliklərə əməl etməyə çağrılması qeyd olunub.
Mətbuat konfransı
AŞ katibi Jagland ilə görüşdən sonra, AŞ baş katibliyinin dəstəyi ilə Avropa Şurasında AFP, Reuters, kimi beynəlxalq media agentliklərinin, Fransa, Polşa, İngiltərədən olan media nümayəndələrinin iştirakıyla geniş mətbuat konfransı keçirilib.
Mətbuat konfransında öz siyasi-ictimai fəaliyyəti, son parlament seçkilərində iştirakı və üzlədiyi təyziqlər, facebookda açdığı səhifələr, haqqında açılan cinayət işi, ailə üzvlərinin işdən atılması və qohumlarına edilən təyziqlər, interpol axtarışına verilməsi və s. məsələləri ətraflı şəkildə xarici media nümayəndələrinin diqqətinə çatdıran Elnur Məcidli, beynəlxalq ictimai qınağın yaranması üçün, beynəlxalq mətbuatın müstəsna rolunu qeyd edib.
Mətbuat konfransı zamanı Azərbaycan və Azərbaycan hakimiyyəti ilə bağlı verilən sualları da cavablandıran azərbaycanlı jurnalist, daha sonra Radio France radiosu və DNA qəzetinə xüsusi olaraq müsahibə verib.
Yaz sessiyasının son günündə Avropa Şurasının İşgəncələrə qarşı Komitəsində keçirilən görüşdə isə gənc fəal Bəxtiyar Hacıyevin nəzarətxanada döyülməsi, 2 aprel aksiya iştirakçılarının müxtəlif fiziki təyziqlərə məruz qalması müzakirə edilib və komitədən bununla bağlı ciddi addım atılması istənilib.
Avropa Şurasındakı görüşlərini yekunlaşdıran jurnalist daha sonra Avropa Şurasının Agora binasında keçirilən İnternet Azadlığı Beynəlxalq Konfransında (İnternet Freedom Conference) iştirak edib və konfrans təşkilatçılarıyla görüşlər keçirib.
İki gün davam edən konfrans zamanı, iştirakçılara Azərbaycandakı son hadisələrlə bağlı məlumatların, müxtəlif beynəlxalq və yerli təşkilatların bəyanatlarını əks etdirən vərəqələr paylanıb.
Diaspora ilə görüşlər
AŞPA-nın yaz sessiyası zamanı Türkiyə baş naziri Recep Tayyip Erdoğanın Strasburqdakı türk diaspora nümayəndələriylə görüşündə iştirak edən Elnur Məcidli, sessiyadan sonra Almaniyanın Mainz şəhərində Almaniyanın müxtəlif şəhərlərində yaşayan mühacir və müxalif azərbaycanlılarla görüş keçirib.
Görüş zamanı Azərbaycandakı mövcud vəziyyət, 11 martdan sonra yaranmış yeni siyasi mühit müzakirə edilib və Avropadakı demokratik qüvvələrin bir araya gələrək vahid plaformada birləşmələrinin vacibliyi qeyd olunub.
3 Gün davam edən görüşlər zamanı Aprelin 30-da Avropanın müxtəlif ölkələrində yaşayan mühacirlərin də iştirakıyla Franfurt şəhərində geniş iclas keçirilməsi və vahid platforma təklifinin daha ətraflı şəkildə müzakirə edilməsi qərara alınıb.
Entry filed under: Gündəlik. Tags: addım, AFP, ailə, alman, Almaniya, amnesty, amnesty international, AP, aprel, Arif Hacılı, article 19, as, avropa, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, avropa şurası, azadlıq, Azərbaycan, azərbaycanlı, azərbaycanlılar, AŞPA, Çexiya, ölkə, üzv, Bakı, baş nazir, Böyük Britaniya, Bəxtiyar Hacıyev, bloq, Cabbar Savalan, cinayət, cinayət məcəlləsi, Cristoph Straesser, demokratik, deputat, diaspora, Elnur Majidli, Elnur Məcidli, facebook, Frankfurt, fransa, freedom, görüş, gənc, gənclər, həbs, həbsxana, həftə, Hollandiya, ictimai, index on censorship, insan, insan haqqları, internet, iqtisadi, Isil Gachet, istintaq, jurnalist, komissar, konfrans, konkret, korrupsiya, Kristof Ştrasser, Mainz, mart, mübadilə, mühacir, müsavat partiyası, media, Mevlüt Çavuşoğlu, məcəllə, məhbus, Məhəmməd Məcidli, məlumat, məmur, məruzə, məruzəçi, mətbuat, MHP, nümayəndə, nizam, nizamnamə, parlament, partiya, passiv, Pedro Agramunt, platforma, Polşa, proses, QHT, recep tayyip erdoğan, reuters, sanksiya, sessiya, səhifə, siyasi, Sloveniya, strasburq, türkiyə, Thomas Hammarberg, ticari, Tjorborn Jagland, Tomas Hammarberq, Toğrul Türkeş, Tural Abbaslı, vahid, vərəqə, Viola von Cramon, viza, xalq, xarakter, xəyanət, yaz, yazı, Zmago Jelincic Plemeniti, şəhər, İlham Əliyev, İngiltərə.
Azərbaycan iqtidarının axtardığı gənc danışdı Azerbaijan’s Facebook Dissident
1 şərh Add your own
Cavab qoy Cancel reply
Trackback this post | Subscribe to the comments via RSS Feed

















1.
Fuad | 27/04/2011 at 00:59
Elnura qarşı açılmış cinayət işinin maddəsi Azərbaycanın qoşulduğu beynəlxalq insan hüquqları konvensiyalarına ziddir. Avropa Çurası üzvü olan ölkənin qanunvericiliyindən belə maddələr çoxdan çıxarılmalı idi.