Demokratiya yolu
Biz tamamilə demokratiya yolu ilə gedirik. – Heydər Əliyev
Demokratikləşmə prosesinin daimi olması gərəkdiyinə inananlardanam.
Siyasi partiyaların, qeyri-hökümət təşkilatlarının, dövlət qurumları və o cümlədən Azərbaycan xalqının bu prosesdə iştirakı və ya iştiraka cəlb edilməsi vacibdir.
Demokratiya yolu, gedilən yollardan bəlkə də ən çətinidir, lakin eyni zamanda ən ədalətlisidir..
Demokratiya Yolu
Bu demokratiya elə bir yoldur ki, bu yolda hərəkət edənlər bir-birinin üstünə çıxa bilməz, bir-birini əzə bilməz, vura bilməz..
Bir-birinə yol verə bilər, bir-birini keçə bilər, bu yol magistral yol kimidir, qaydalar çərçivəsində hər kəs öz sürətini özü təyin edə bilər.
Bu yolu gedənlər, qırmızıda keçə bilməz, qanuni çəkilmiş xəttlərdən kənara çıxa bilməz.
Əksi olduğu halda ona verilən cəzadan, cərimədən qaça bilməz.
Bu yol, fərqli rənglərin bir arada göyqurşağı yaratdığı yoldur.
Bu yol çox uzundu, bəlkə də bu yolun sonu yoxdu, ancaq ən doğru yolda bu yoldu.
Təbii ki, bu yolu 200 il gedən biriylə, 10-15 il gedən arasında həm böyük məsafə , həm də təcrübə fərqi var.
Əsas olan isə bu yolda getməkdir.
Gedə bilməkdir…
Qışın soyuğuna, yayın istisinə aldırış etmədən…
Yorulmadan, tükənmədən..
Səbri öyrənərək…
Tolerant olaraq..
Azərbaycan Reallığı
Azərbaycan reallığı isə bir qədər fərqlidi.
Daha doğru bu fərqlilik saxtalıqdan irəli gəlir.
Saxta körpü və ya keçid, bizi demokratiya yoluna apara bilməz.
Sadəcə bir şam kimi, bizə ümid ola bilər, o körpünün, keçidin bir gün başımıza çökəcəyi günə qədər..
və ən əsası
Bu gün Azərbaycanda
Demokratiyanın yolunun inkişafından danışanlar, qırmızıda keçirlərsə,
Bu yoldan keçmək istəyənləri əzirlərsə,
Məhkəmənin ədalətindən danışıb, rüşvətlə bəslənirlərsə,
Bir heykələ, ölkə vətəndaşlarından daha çox pul xərclənirsə,
Ölkədəki problemləri həll etmək yerinə, həmin heykələ muzeylər tikilirsə,
Həkim, xəstəsini pulu olmadığı üçün ölümə tərk edirsə,
Müəllim, tələbəsini şəxsi qazanc mənbəyi olaraq görürsə,
Deməli, getdiyimiz yol demokratiya yolu deyil.
Saxta yoldur.
Bizə demokratiya yolu olaraq sırımağa çalışdıqları yoldur.
Hər kilometrinə milyonlarla manat pul tökülüb, iki gün sonra təkrar çökən yoldur bu..
Qətiyyən demokratiya yolu deyil, ən yaxşı halda bu yolun kitayski (çin) variantıdır.
Elə buna görə də bu saxta yoldan keçən inək olsa belə, yuxarıda yazılan şüarı oxuyanda təəccüblənmədən edə bilmir.
Saxtakarlıq, təəccübləndirə bilər, aldada bilməz.
Elə bu yerdə bişmiş toyuğun da gülməyi gəlir.
gələn hörmətlə
Entry filed under: Gündəlik. Tags: aldat, aldırış, Azərbaycan, çalış, çök, çəkil, çətin, çin, çox, ölkə, ümid, üst, böyük, belə, bəs, bəslə, bəslən, biz, biş, cümlə, cəlb, cərimə, cəza, dövlət, demokratiya, doğru, eyni, ədalət, ədalətli, əz, fərqli, göyqurşağı, gül, gülmə, getmək, hökumət, hörmət, Heydər Əliyev, heykəl, həkim, həll, həmin, hər, hərəkət, inan, inək, inkişaf, isti, iştirak, körpü, Keçid, keçmək, kəs, kilometr, kitayski, lakin, magistral, manat, müəllim, məhkəmə, mənbə, məsafə, milyon, muzey, muzeylər, partiya, partiyalar, problem, problemlər, proses, pul, qanun, qanuni, qayda, qaydalar, qazanc, qəti, qətiyyən, qurum, qırmızı, qış, rüşvət, real, reallıq, rəng, rənglər, saxta, saxtakar, saxtakarlıq, saxtalıq, sürət, səbr, siyasi, siyasi partiya, son, soyuq, sırı, sırıma, tamam, tök, tökül, tük, tükən, tükənmə, təbii, təcrübə, təəccüb, təəccüblən, tələbə, təyin, təşkilat, təşkilatlar, tik, tikil, tolerant, toyuq, uzun, vacib, variant, vətən, vətəndaş, vətəndaşlar, vur, xalq, xərc, xərclə, xərclən, xəstə, xətt, xəttlər, yazar, yazı, yol, yor, yorul, yorulma, zaman, şam, şüar, şəxs, şəxsi.
Şərhlər Add your own
Cavab qoy Cancel reply
Trackback this post | Subscribe to the comments via RSS Feed

















1.
Gulara Azimzadeh | 22/07/2010 at 21:40
waumyan ve heyder barede yazi hardadi link verin
2.
emajidli | 22/07/2010 at 22:15
Buyur Gulare:)
http://emajidli.wordpress.com/2010/05/26/aliyev-shaumyan/
3.
Gulara Azimzadeh | 22/07/2010 at 22:16
ok cox sag ol
4.
Elkhan Mukhtarov | 24/07/2010 at 23:44
Elnur bu sayt http://emajidli.wordpress.com/2010/07/22/demokratiya-yolu/ muxalifet sayti hesab olunur yeqin ki..burda bile oyvermede ‘VOTE’ Mr.Ilham Eliyev birincidi. ona gore ozuvu helak eleme..
5.
Mecid | 25/07/2010 at 02:39
Gozel yazidi,Elkhan bey ilham eliyevnen eli kerimlinin veya isa qemberin imkanlar ve seraitleri birdi?biri butun gun tvlerde radiolarda,rayonlarda az qala shadliq sarayininda lentini kessin,digerlerinin tvlere ve raiolara cixislari yoxdu.Axcpnin qerergahi bele yoxdu,eli kerimliye pasport vermirler.Hemde bu deqiqe eli kerimliye veya isa qembere ses vermeye bele qorxurlar.