FACE
03/06/2010 at 09:04 Şərh yazın
Orda bir yol var uzaqda…
O yol, bizim yolumuzdur!
Çox gözəl bir forum təşkil etdik..
Avropanın müxtəlif ölkələrindən gələn dostları bir arada görmək olduqca xoş idi.
Qısacası çəkdiyimiz əziyyətə, stressə, edilən fədakarlıqlara dəyərdi.
Azərbaycanlı Vətəndaşların ilk Avropa Forumuyla tarix yazdıq desəm, yeridir.
Bu hələ başlanğıcdır və qarşımızda daha uzun bir yol var.
Əzmkarlığı, fədakarlığı, ən əsası daha çox məsuliyyəti tələb edən yol…
Bu yol Gələcək Azərbaycana gedən yoldur…
Bu yol bizim yolumuzdur..
FACE isə bu yoldakı önəmli mərhələlərdən biridi.
FACE
FACE yəni Forum of Azerbaijani Citizens in Europe
Azərbaycancası Azərbaycanlı Vətəndaşların Avropa Forumu.
Adından da bilindiyi kimi FACE Avropada yaşayan siyasi fikrindən, ideologiyasından, peşəsindən və s. asılı olmayaraq bütün azərbaycanlıları bir araya toplayan, Azərbaycanla bağlı məsələlərin müzakirə olunduğu bir platformadır.
Belə bir platformaya ehtiyac var idi.
Bir ara FASE bu missiyanı yerinə yetirirdi, daha sonra məlum hadisələrdən bu imkansızlaşdı.
ADR Forumu
FACE-in ilk forumu Azərbaycan Demokratik Respublikasının 92 illiyinə həsr edilmişdi.
Bunun özü də kifayət qədər ciddi bir mesaj idi.
Azərbaycandakı demokratik təsisatların inkişafı hər birimizin marağındadır.
1918 -ci ildə qurulan cümhuriyyətdən və həmin cümhuriyyəti quranlardan alacağımız dərslər, nümunələr çoxdur.
Qısa ömürlü olsa da bizim üçün böyük tarixdir ilk cümhuriyyət..
Səmimiyyətimlə deyə bilərəm ki, Azərbaycan tarixində ən çox qürur duyduğum hadisə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması olub.
Foruma gəlincə isə düzü gözlədiyimdən daha maraqlı, daha şən keçdi.
İstər rəsmi, istərsə qeyri-rəsmi hissələr olsun, olduqca böyük zövq aldım.
Fərqli fikirlərin bir arada olması, ifadə edilməsi mənim üçün böyük bir zənginlik idi.
Fərq Var!
Forumun reklam çarxlarında Fərq Var! şüarından istifadə etmişdik.
Strasburq forumunda bu fərqliliyi ortaya qoya bildiyimizi düşünürəm.
Hər şey fərqli idi..
Fərqli dostlar, fərqli fikirlər, fərqli iştirakçılar…
Fərqli yemək, fərqli musiqi, fərqli əyləncə…
FACE-i fərqli qılan onun üzvləridir, ona dəstək olanlardır.
Bu fərqliliyin davam edəcəyi ümidiylə forumda iştirak edən bütün iştirakçılara təşəkkür edirəm.
Çünki əsl Fərqli olan onlar idi!
Fərqinə varmasanız da Fərq Siz idiniz!
Fərqli hörmətlə
Entry filed under: Gündəlik. Tags: 1918, asılı, avropa, Azerbaijan, azerbaijani, Azərbaycan, Azərbaycan Demokratik Respublikası, Azərbaycan Respublikası, Azərbaycan Xalq Cümhuriyyəti, azərbaycanlı, Azərbaycanlı Vətəndaşların Avropa Forumu, azərbaycanlılar, çarx, çarxlar, çox, ölkə, ölkələr, ömür, üzv, üzvlər, başlanğıc, böyük, bütün, bədii, bir, bizim, cümhuriyyət, citizen, citizens, davam, düşün, demokratik, demokratiya, dərs, dərslər, dəstək, dost, dostlar, ehtiyac, europe, əsas, əsl, əyləncə, əziyyət, əzm, əzmkar, əzmkarlıq, face, fase, fəda, fədakar, fədakarlıq, fədakarlıqlar, fərq, fərq var, fərqli, fikir, fikirlər, forum, Forum of Azerbaijani Citizens in Europe, gözəl, gələcək, hadisə, hadisələr, hörmət, həsr, hissə, hissələr, ideologiya, ifadə, imkan, imkansız, imkansızlaş, istifadə, iştirak, iştirakçı, iştirakçılar, maraq, maraqlı, müxtəlif, müzakirə, mesaj, məlum, mərhələ, mərhələlər, məsələ, məsələlər, məsuliyyət, missiya, musiqi, nümunə, nümunələr, onlar, peşə, platforma, qürur, qeyri-rəsmi, qısa, reklam, rəsmi, səmimi, səmimiyyət, sən, siyasi, strasburq, stress, tarix, tələb, təsis, təsisat, təsisatlar, təşəkkür, təşkil, uzaq, uzun, vətəndaş, vətəndaşlar, yemək, yol, zövq, zəngin, zənginlik, şüar.

















Trackback this post | Subscribe to the comments via RSS Feed