Heydər Əliyev və Stepan Şaumyan

26/05/2010 at 21:44 73 şərh

Və yaxud bir erməniyə tərif deyən azərbaycanlı

Ulu öndər, ölməz mərhum dahi şəxsiyyət və s. və s. və s. Heydər Əliyev həzrətlərinin 11 oktyabr 1978-ci ildə Stepan Şaumyanın 100 illiyinə həsr olunmuş tədbirdə etdiyi çıxışdan sitatları nəzərinizə çatdırmaqdan xəcalət çəkirəm.

Söhbət 31 Mart Soyqırımdan da gedir:

Odlu-alovlu on səkkizinci ildə Qafqaz üzərində Lenin bayrağı, Sovet hakimiyyəti bayrağı qaldıran Bakı Kommunasının şanlı epopeyası Oktyabr yollarının ilk yolçularının unudulmaz hünəridir, mübarizlərin və qurucuların bütün nəsilləri üçün tükənməz ilham mənbəyidir…

Stepan Şaumyanla birlikdə onun mübariz dostları və silahdaşları Məşədi Əzizbəyov, Alyoşa Caparidze, İvan Fioletov, 26 Bakı komissarının 26-sı da əbədiyyətə qovuşmuşdur.

Xahiş edirəm inqilabçı mübarizlərin əziz xatirəsini yad etmək üçün ayağa qalxasınız…

Stepan Georgiyeviç Şaumyanın peşəkar inqilabçıya məxsus dərin məzmunlu, qısa, lakin parlaq həyatı, çoxcəhətli partiya və dövlət fəaliyyəti əməkçi xalqın azadlıq və xoşbəxtliyi uğrunda, kommunizm ideallarının təntənəsi uğrunda fədakarcasına mübarizə aparmaq rəmzidir.

Stepan Şaumyan öz iti zəkası ilə, məsələləri dərin təhlil etmək, hadisələrin mahiyyətinə nüfuz etmək və onların bütün dialektik qanunauyğunluğunu görmək kimi heyrətamiz bir istedadı ilə fərqlənirdi.

İdeya yenilməzliyi, bolşevik prinsipiallığı, fəhlə sinfinə hədsiz sədaqət, inqilab düşmənlərinə qarşı barışmazlıq Stepan Şaumyanın qəhrəman xarakterinin ayrılmaz xüsusiyyətləri idi.(Alqışlar)…

Son nəfəsinədək böyük məqsədə xidmət edən Stepan Şaumyan bu nikbin şüarı bütün nəcib həyatı boyunca özünə bayraq etmişdi (Alqışlar)…

1907-ci ilin iyunundan Stepan Georgiyeviçin inqilabi fəaliyyətinin Bakı dövrü başlandı. Tale onu neft şəhəri ilə möhkəm bağladı…

1918-ci ilin martında müsavatçılar Sovet hakimiyyətini boğmaq niyyəti ilə Bakıda antisovet qiyam qaldırdılar. Bolşeviklərin qəti və möhkəm tədbirləri sayəsində qiyam yatırıldı…

Stepan Şaumyan hər cür millətçilərə – müsavatçılara, daşnaqlara və menşeviklərə qarşı barışmaz və amansız mübarizə aparırdı…

Stepan Georgiyeviç Şaumyanın nəcib obrazı Azərbaycan zəhmətkeşlərinin bütün nəsilləri üçün ruhlandırıcı timsaldır (Gurultulu alqışlar)…

Bu gün biz iftixar və məhəbbət hissi ilə deyirik ki, erməni xalqının böyük oğlu Stepan Şaumyan həm də Azərbaycan xalqının, bütün Zaqafqaziya xalqlarının, bütün çoxmillətli və vahid sovet xalqının oğludur (Gurultulu, sürəkli alqışlar)…

P.S. Heydər Əliyev fondunun tərtib etdiyi azerbaijan.az saytı: Stepan Şaumyan xalqımıza qarşı 1918-ci ilin Mart soyqırımını törətmişdir.

P.S.S.Stepan Şaumyan özü də 1918-ci il aprelin 13-də RSFSR XKS -ə yazdığı məktubunda etiraf etmişdi: “Biz süvari dəstəmizə birinci silahlı hücum cəhdindən bəhanə kimi istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik… Bizim altı min nəfərə yaxın silahlı qüvvələrimiz var idi… “Daşnaksütyunun” da üç-dörd min nəfərlik milli hissələri var idi ki, bunlar da bizim ixtiyarımızda idi. Milli hissələrin inkişafı vətəndaş müharibəsinə qismən milli qırğın xarakteri vermişdi, lakin buna yol verməmək mümkün deyildir. Biz bilərəkdən buna yol verdik”.

Hazırlayan: Həbib Müntəzir

About these ads

Entry filed under: Tarix. Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , .

Doğum günüm FACE

Şərhlər Add your own

  • 1. Vusal Rajabov  |  19/07/2010 at 11:25

    Milletin icinnen komunist partiyasina ishdiyen yaltag kimse cixmali deyildi?…extrammilli lider adini almagin temelini ele hemin vaxtlardan qoymushdu…zaman gelecek kimin kim oldugunu xalg da bilecek ve her kentde, rayonda olanlar da daxil olmagnan milli bankin gabagindaki o dahi insan ordan yere ozu dushecek agzi uste xecaletinnen ve ora layig olan diger dahi insanlarin yerini tutdugunnan. Esas olan o zamani ne qeder tez getire bilmeyimizdi.

    Reply
  • 2. Elnur Ismayilov  |  19/07/2010 at 11:26

    Adas, sene semimi bir sual verim. sen o dovrde onun yerine olsaydin, nece cixis ederdin?

    Reply
  • 3. Ershadbey Ibrahimov  |  19/07/2010 at 11:27

    ŞAUMYAN TÜRKÜN DÜŞMENİ DAŞNAK KÖPEYİDİR.

    Reply
  • 4. emajidli  |  19/07/2010 at 11:33

    Adaş,

    Mənim ana tərəfimdən bir çox qohumum Stalin repressiyasına məruz qalıb.

    Əmimi isə SSRİ-yə qarşı gedən mübarizədə itirmişəm.

    Ata babam, dinin yasaqlandığı, məscidlərin anbara çevrildiyi dövrlərdə heç nədən çəkinməyərək öz evini gizlin ibadətini davam etdirənlərə açmışdı.

    Mənim böyüdüyüm mühit belə bir mühit olub – o dövrdə də olsaydım, əminəm ki, mənim fikirlərim bu yöndə formalaşacaqdı.

    Reply
  • 5. Baki  |  20/07/2010 at 01:24

    heyder aliyev omrunde cemi bir kitab yazib o da dayisi stepan saumyan haqda. gedin acin oxuyun gorun ne yazir. kitab ruscadir.

    Reply
  • 6. Nazim Qismətoğlu  |  20/07/2010 at 08:22

    Yalansa adınıza nəhlət!!

    Neçəniz hərbi xidmət keçib, neçəniz pul verib şəhərə saldırılmısınız, neçəniz 1 ili ütlənmiş eyni botinkada səngərdə keçirib? Soyuqdan əlinizin dərisi çatlanlarınız olub? Bəlkə soyuqdan botinkanı ayağınızdan çıxaranda barmaqlarınızın göylüyünə nəfəsi tutulanlar olub?

    Hər biriniz sözdə qəhrəmansınız. İmkanınız, gücünüz olsa siz də indi qəhrəman gələcəkdə digərləri kimi başkəsən olacaqsınız. Kim inkar edəcək ki, aranızda ölkədə nəsə təqdiqat aparmaq adı ilə xaricdən qrant alıb bir hissəsini öz cibinə qoymaq fikrini ağlına gətirməyib, bəs kimlər bunu etməyib?

    Əsgərə getməməyin dərdindən universitetə valideynləri kitab əzbərlədiblər, neçəniz azərbaycan tarixini dövlət imtahanına hazırlaşanda öyrənmisiniz..

    Adamı niyə qınayırsınız, müəllifin yazdığı keçmişdən nəsə tapıb zibili bu günkü gündə ortaya atıb iylədməsindən bir şey deyil. Adam zamana uyğun olaraq hakimiyyət uğrunda mübarizəsini edib. Uzdə olub, vəzifədə qabağı getməyi üstün tutub. Məhz ona görə də sizin seçdiyiniz president olub və sonra da öz ənənəsinə sadiq qalaraq hakimiyyəti öz adı arxasında bərkidib.

    Kim o zaman Şaumyanın qəssab olduğunu deməyə cürət edərdi. Sovet rejimində nəticələri sizə məlumdur. Deyənlər nə əldə etdilər, o isə siyayətçidir. Siyasi ideyası, istiqaməti, fikirləri var.

    Hamı siyasətin çirkin bir şey olduğunu deyir. Onda nədən belə siyasi mövzularda dolğun danışmayıb məsələyə hərtərəfli baxmırsınız. Vaxtı ilə 26 bakı komisarını abidəsi aradan qaldırılan kimi, bu heykəlləri də bəlkə kimsə gələcəkdə aradan qaldırdı. Tariximizi yenidən yazxmağa başladı. Artıq azərbaycanın dözümlü xalqı buna öyrəşib.

    Adam hakimiyyət uğrunda mübarizə edib və müəyyən bucaq altında baxanda qələbəsini qazanıb. O qələbəni indi yenidən müzakirəyə çıxartmağın nə mənası var? Nəyi dəyişə biləcəksiniz? Heykəlini aradan qaldırsanız nə əldə edəcəksiniz? 26 Bakı komisarının abidəsini söküb əvəzinə fontan tikdiniz. Gününüz güzaranınız düzəldi? Maaşınız artdı? Bəlkə Eyni parkda axşamlar kölkəsi altında dincəldiyiniz ağacların kölgəsi dəyişdi?

    Azərbaycan, azərbaycanlılar, insanlar, tarixi, keçmişi söyüb onu dəyişməklə həyatı boyu eyni yerdə atdımlayacaqsınız. İnkişaf edinin. Tarixinizin qara səhifələri olsa da onları qoruyub ağlarını yazmağa çalışın.

    26 Bakı komisarı abidəsini sökməklə komisarların Bakıda törətdiklərini geri qaytarmaq olmur!!

    Reply
  • 7. vusale  |  20/07/2010 at 09:32

    bele bos seylernen cammatin vaxtin niye aparirsiz.? Heyderin olkemize ve xalqimiza olan xidmetleri saysizdi, bunlar ele-bele seylerdi ve o dovrde olmaliydi, bu danisigin hec kime ziyani yoxdu, amma sizin bu danisigi internetde yaymagla cox ziyaniniz deyir. ermenilere movzu verirsiniz.oz hemveteninizi ermenilerin diline salirsiz.
    sizin kimilerdi bizi ermenilere gulduren.

    Reply
  • 8. Kamran Sanaturk  |  20/07/2010 at 10:35

    ikiside zibildi

    Reply
  • 9. Emin Ibrahimov  |  20/07/2010 at 10:36

    Yazini axira qeder oxumadim. Cunki ortaya catanda mezmun belli idi mene. men sovet dovrunde olan hansisa cixisi gunumuzde hemin insanin eleyhine istifade etmeye yaxsi baxmiram. O mentiqle yanassaq o dovrun taninmis azerbaycanlilarinin hamisini qinamaliyiq. Cunki , saumyana demese de basqa saumyan kimisine terif deyib en azi.

    Reply
  • 10. Ershadbey Ibrahimov  |  20/07/2010 at 10:37

    ele bunlari zurna -balabanla basa salmaq lazimdir.

    Reply
  • 11. Turik Nahcivanli  |  20/07/2010 at 10:38

    Heydar Aliev kimi ola bilmezsiz hecvaxt! Allah ona rehmet elesin! gizil insan olup.

    Reply
  • 12. Anar Shukurov  |  20/07/2010 at 10:39

    Bir var görmemek, bir de var görmek istememek. Bu insanin etdiklerini göre bilmeyenlere yazigim gelir, görmek istemenyenler ise özleri biler….:))

    Reply
  • 13. Mejid Merjanlı  |  20/07/2010 at 10:40

    turik heyder eliyev kimi olmaq isteseydik onun kimilerinje qarsi mubarize aparmazdiq.

    Reply
  • 14. Kamran Sanaturk  |  20/07/2010 at 10:40

    HEYDƏR ƏLİYEV KİMİLƏR HƏM BU MİLLƏTİN ADINI ,HƏM DƏ NAXÇIVAN KİMİ QEDİM VE MÖHTƏŞƏM BİR ŞƏHƏRİMİZİN ADINI BATIRIR.QOY turik VƏ anar KİMİLƏR HEYDƏRƏ BAXIB AĞIZLARININ SUYUNU AXIDSINLAR

    Reply
  • 15. Mejid Merjanlı  |  20/07/2010 at 10:41

    tessufki naxcivanlilar,Celil Memmequluzade Elcibey kimi dahilernen yox heydernen fexr eleyirler.

    Reply
  • 16. Turik Nahcivanli  |  20/07/2010 at 10:41

    naxcivanlilarin adindan danismiram, oz adimdan danisiram ! bolgelere hetkesi bolmeyin. Heydar Aliev tek Nahcivan ucun yox, putun Azerbaycan ucun can yandirip ve millet onun hecvaxt yaddan cixartmaz.

    Reply
  • 17. Mejid Merjanlı  |  20/07/2010 at 10:42

    turik,duz deyirsen hec kim unutmayacaq onu :) ama menfi obraz kimi

    Reply
  • 18. Emin Ferhad  |  20/07/2010 at 10:43

    turik?

    Reply
  • 19. Emin Ferhad  |  20/07/2010 at 10:43

    Mecid:)

    Reply
  • 20. Emin Ferhad  |  20/07/2010 at 10:43

    Elnur niye uzderine virirsan her zamanin oz telebi varda sen bir baxib gore bilsen ki 10 15 il sora neler olacaq:)))))))))))) gulmekden olersen :) allah qorusun!!!

    Reply
  • 21. Elnur Ismayilov  |  20/07/2010 at 10:45

    Adas, Heyder Eliyev 1978ci ilde o cixisi elemeseydi, Azerbaycani 1978ci ilden Vezirov kimiler idare edecekdi. Sehv etmiremse, sen siyasi elmler üzre tehsil alirsan. Bir az meseleye “siyasi” yanasmaq lazimdir. Saumyanin yubileyinde cixis etmesine fikir verme, o dovrde hakimiyyete geldikden sonra ermeni siyaseti nece olub, ermenilerin onunla bagli Merkezi Komiteye yazmish olduqlari mektublari da burda yazmaq lazimdir.

    Reply
  • 22. Araz Turanci  |  20/07/2010 at 10:45

    Turik bey -
    eger H Aliyev bey Az ucun can yandirmisdir pes niye bu ogli Az’ni yandirmaxdadir?

    Reply
  • 23. Kenan Ahmedli  |  20/07/2010 at 10:46

    Yerliperestliyi galdirinda, onsuzda hamimiz proletdayiq yerazda naxcivanlida,gencelide,qazaxlida………
    ozunuz yegin basha dushdunuz

    Reply
  • 24. Kenan Ahmedli  |  20/07/2010 at 10:46

    Elnur yadina gelir bir ara debde idi, “Allah menden alsin sene yazsin” deyirdi camaat……….

    Reply
  • 25. Timur Zeynal  |  20/07/2010 at 10:47

    mence shaumyaninda , eliyevinde , mircefer bagirovunda Azerbaycana etdikleri eynidir, ona görede men bu yazida qeyri adilik görmürem.

    Reply
  • 26. Kenan Ahmedli  |  20/07/2010 at 10:48

    Nerimanov efendi, 1919da bolsevik dovleti ‘ belke Azerbaycan ile siyasi ticari elageler yaradag’ fikrini muzakire ettiklerinde qarsi cixanlardan biri idi. Adina leke yaxmaq ucun soylemirem,

    Reply
  • 27. Timur Zeynal  |  20/07/2010 at 10:48

    Onun adina leke yaxmaga ehtiyac yoxdurki, o adi üzerinde sherefsizdir. Indiye qederde adina rayon , park ve metro stansiyasi var . Niye deyishmirler göresen?

    Reply
  • 28. Kenan Ahmedli  |  20/07/2010 at 10:49

    Herden deyirler ki Qarabag onun hesabina galib, amma demirlerki yerine zengezuru veribler.

    Reply
  • 29. Farhad Mammadov  |  20/07/2010 at 10:49

    Ne qeder menasiz bir yazi…
    Bir tarixchi olaraq bildirirem ki, bu cur addimlar qeyri-peshakar addimlardir. Tarixi sheraitden qopardilan bir chixishi, bu gune proyeksiya elemek chox ucuz bir addimdir.
    Men ne M.E. Resulzadenin ne de Heyder Eliyevin bu gunun meyyarlari ile olchulmesini istemezdim. Her bir dovrun oz sheraiti, oz qanunlari olub.

    Reply
  • 30. Samir Aliyev  |  20/07/2010 at 10:50

    Azərbaycan tarixini bu günə qoyanlar bu tip tarixçilərin gələcəkdə ölkə tarixini yazmasıdır. Yeni iqrar əliyevlər yetişir

    Reply
  • 31. Nicat Kazimov  |  20/07/2010 at 10:51

    Bu deqiqe haminiz elli eyaxli gedeceksiniz)))))

    Reply
  • 32. Aisha Asgerova  |  20/07/2010 at 10:51

    Nicat el-ayaqlarin sunnet ediceyler )))))))))))))))))))))

    Reply
  • 33. Rəşad Həsənov  |  20/07/2010 at 15:28

    Burda oxumalı və yaymalı heç bir şey görmürəm. Yuxarda qeyd edilən kommentlərdən Nazim Qismətoğlunun fikirlərinə tamamlilə qatılıram. Əsl lider və siyasətçi şəraiti düzgün qiymətləndirməli və ona uyğun da taktiki addımlar atmalıdır. Bu siyasətin qanunudur. Dövrün, şəraitin tələbinə uyğun hərəkət etmək lazımdır. Heydər Əliyevin Azərbaycan üçün etdikləri danılmaz həqiqətlərdir. O, əsl lider və öz dövrü üçün həqiqətən də analoqu olmayan bir dövlət xadimi olmuşdur. Buyurun, həmin dövrdə Heydər Əliyevə əgər bir alternativ görürsünüzsə deyin müqayisə edək. Bu insan qısa müddətdə ölkəni böhranlı vəziyyətdən çıxartdı, iqtisadi sabitliyə nail oldu, ictimai-siyasi hərc-mərcliyə son qoydu. Qısa bir zamanda Azərbaycanda iqtisadi inkişafın təməlini qoydu, yeni neft strategiyası məhz onun əməyinin nəticəsində həyata keçirilməyə başlandı. 1996-cı ildə Lissabon samitini yadınıza salın, Əsrin Konktraktı, BTC layihəsi və s. Hər bir cəmiyyətdə müəyyən problemlər, çatışmazlıqlar olur. Biz gənc bir dövlətik. Bəzi problemlər də var, çatışmazlıqlar da. Bunların həlli yollarını düşünmək lazımdır. Əl-ələ verib çalışmaq lazımdır. Hansı Azərbaycan gənci bu dəqiqə gedib dövlət proqramı ilə dünyanın ən qabaqcıl ali məktəblərində təhsil ala bilməz?! Hansı istedadlı, savadlı Azərbaycan gənci deyə bilər ki, dövlət qulluğuna qəbul imtahanlarında ona qarşı obyektivlik olmadı, haqqını yedilər?! Və yaxud da kimsə, savadlı, bilikli, bacarıqlı idi, amma onu işə götürmək üçün rüşvət istədilər. Kim deyə bilər bunu? Obyektiv yanaşmaq və reallıqları qəbul etmək lazımdır.

    Reply
  • 34. Asif Yusifli  |  20/07/2010 at 16:09

    Qardash olub Azerbaycan Hayastan.

    Reply
  • 35. Orxan Muradli  |  20/07/2010 at 16:31

    Tebrikler. esl lider yeri gelende veteni de satmaliymis. qan token bir caniye Yoldas Saumyan deyib bagrina da basmaliymis. torpagi da satmaliymis. day ne koment yazaq eee.

    Reply
  • 36. Vahid Qasimov  |  20/07/2010 at 16:49

    Məşhur olub, hər bir sözünün qeyd olunmasının məhfi cəhəti budur bax: sərf etmədiyi vaxtda bir mərdimazar onu hökmən tapıb işıq üzünə çıxaracaqdır

    Reply
  • 37. Timur Zeynal  |  20/07/2010 at 20:02

    Merdimazar yoxe Kishi adam adlandirmaq lazimdir onu tapib ishiq üzüne cixardani.
    Ferhad bey bele cixir ki ( ALLAH göstermesin ) sabah ermeni hakimiyyete gelse , onun qabaginda oynuyaq ? Dogru düshüncedir indi ele telebde odur, hakimiyyetin ele shuarida eledir “zamanin telebi ilhamla ireli”. Bu millet qul kimin düshünmeyi ne vaxt beyninden cixardacaq göresen. Mene cavab verin görek shaumyana qardash deyen , böyük deyen insan , bir nece il sonra ona düshmen deye biler? ermenini öz milletinden üstün tutan , öz milletine sayqisi ola biler ? Ele ona görede Bakida M.E.Resulzadeni xatirladacaq bir yer yoxdu, amma ezizbeyovu , nerimanovu xatirladacaq yerler qalib . Utanmasaydilar shaumyaninda adini qaldirmazdilar.

    Reply
  • 38. Farhad Mammadov  |  20/07/2010 at 23:08

    Timur, sizinle etrafli muzakire etmek sheraiti olmadiqi uchun, qisa olaraq iki tarixi fakti yazacam.
    SSRI dovrunde xalqlar dostluqu prinsipi ve sovet vetendashi mefhumu yeridilirdi, buna qarshi chixmaq mumkun deyildi. Esas kommunist olmaq idi. DQMR Azerbaycandan ayirmaq meselesi ise her zaman ermeniler terefinden qaldirilib, ve buna qarshi chixmaq uchun ermenilere xususi qayqi gosterib zererleshdirme prosesi heyata kechirilirdi.
    Ikinci mesele, 1968ci ilin noyabrinda Ermenistanla hem serhed bolgelerden 2min hektar torpaq verilmesi muzakireye qaldirildi. 1969 mayinda Azerbaycan Ali Sovetinde testiqlendi, 1969 iyulda Heyder Eliyev hakimiyyete geldi, noyabrda ise bu qerar legv olundu.
    Tarixe tarix kimi baxmaq gerek. Her bir tarixi shexsiyyet ziddiyyetli olur ve xususi olaraq hansisa chixishi goturub onu ortaya chixarmaq gereksiz addimdir.

    Reply
  • 39. Nicat Kazimov  |  20/07/2010 at 23:09

    Bu sefer ciddi deyirem.A bala niye risk edirsiniz.Elnur Mejidli qardashimiz Fransada oldugu ucun rahat yazir.Axi buradakilarin bezileri Azerbaycandadi.Diyen istiyirsinizki Bashinizida sunnet etsinler.)))))))

    Reply
  • 40. emajidli  |  20/07/2010 at 23:10

    Nicat,

    1. Mən Azərbaycana da gəlirəm.

    2. Ailəmin bütün üzvləri Bakıdadı – ailəm və yaxın qohumlarım kifayət qədər müxtəlif təyziqlərlə üzləşiblər…. See More

    3. Doğru təkdir və tək olduğu üçün söylənməsi də çətindir. Doğrunu söylənməyən isə cəsarətsizdir və ən azından öz cəsarətsizliyini etiraf etməyi bacarmalıdır.

    Reply
  • 41. Nicat Kazimov  |  20/07/2010 at 23:12

    Qardash.Ele bilirsen menim bashim agrimiyib?Allah komeyinde olsun.Inshallah mende gelib sizin kimi Strasburgda Huquq oxuyacam.O zaman qismet olsa gorusherik ve sohbet ederik.

    Reply
  • 42. emajidli  |  20/07/2010 at 23:12

    Tarixçilər bu xronoloji ardıcıllığı məndən yaxşı bilməlidirlər.

    1975 – Əbülfəz Elçibəy tələbələr arasında milliyyətçi və antisovet təbliğat apardığına görə həbs olunur.

    1978 – Heydər Əliyev Şaumyanın 100 illik yublieyində erməni qatilini tərifləyə-tərifləyə bitirmir. Menşeviklərə, daşnaqlara söz atsın, lazımdı ki, müsavatçılarıdamı qataydı?

    Rəsul Rza kimi, gözə girmək üçün ADR və onun qurucularını söyməkmi lazım idi? Mən şəxsən buna inanmıram.

    1989 – Əbülfəz Elçibəy, sovet imperiyasına qarşı milli azadlıq hərəkatının nüvəsi sayılan Azərbaycan Xalq Cəbhəsinin ilk və əvəzedilməz sədri seçilir.

    Reply
  • 43. Timur Zeynal  |  21/07/2010 at 11:08

    Äbülfäz Elcibey xalqi ücün vurushanda, häbslärä düshändä , äziyyätlär cäkändä, Heyder Äliyev häbs edänlärin , äziyyät veränlärin , bashinda dururdu vä azadliq istäyänlärä , millätini sevänlärä amansiz cäza verirdi . Sonra necä oldu ki , xalq azadligina ulashandan sonra ,o gäldi bütün elädikläri unuduldu?
    Birdä Ferhad siz ele düz yazmisiz (ve buna qarshi chixmaq uchun ermenilere xususi qayqi gosterib zererleshdirme prosesi heyata kechirilirdi )zerersileshdirme yox, cünki zerersizleshdirseydiler bunlar olmazdi.
    Birde siz yaqin gözäl bilirsiniz ki KQB scenariläri bir necä il qabaqdan yazirdi, dediyiniz o torpaq hemin illär verilmäsädä bir necä il sonra verildi, ve de cox qalmaqalli bir proses oldu. Ramiz Mehdiyevin özü o torpagi tehvil vermede ishtirak edib . Deqiq tarixi deye bilmeyecem kimde mälumat varsa yazsin o tarix haqda, äsasda Elnur qardashdan xaish ediräm.

    Reply
  • 44. Farhad Mammadov  |  21/07/2010 at 11:09

    Elnur, Elchibeyle Heyder Eliyev ferqli tipde olan liderlerdi. Sonunda kimim kimi chaqirmasinin shahidi olduq. Xahish edirem, dessidentura ile siyasi liderliyi ferqlendiresiz.
    O vaxti menshevikda, musavatchida ilk olaraq sinifi dushmen kimi baxilirdi. Sizce Shaumyani terifleyib, adina rayonlar verib sheherler salmaqla zererleshme prosesi bash ermirdi? Bes bununla beraber ermenilerin hemin erazilere gelmesinin 150illiyine hesr olunmush abide niye qoyulurdu.
    Timur deqiq olmayan melumati, hemde konkret ad chekmek ile istifade etmeyi ve dile getirmeyi meslehet gormezdim, en azindan gelecekde musahib kimi sizi ciddi qebul etmeyecekler.
    Tarixde doqru meselesi Herodotdan bu yana muzakire olunur:) ona gore doqru tek olmasi ozu bele muzakire olunandir. Mesel uchun, Mircefer Baqirovu mehkemede milletchilikde suchlandi, halbuki omrunun boyuk hissesini ele milletchilere qarshi olub ve dibinden kesib. Diger bir numune: 1923den 1933 dekabra qeder Azerbaycanin rehberi azerbaycanli olmayib, bundan sonra her bir azerbaycanli hakimiyyete gelende milli meselesi xususi qoyulurdu. Baqirodan sonra hakimiyyete gelen Imam Mustafayeda sonda milli dil meselesine gore hakimiyyetden getdi, halbuki o qeder de milliyetchi deyildi.
    Tarixde ferqli numuneler var, ferqli yanashmalar. Qiymetlendirmek ise dovrun sheraitinden edilmelidir.

    Reply
  • 45. Vahid Qasimov  |  21/07/2010 at 11:11

    Ehhh ehh.. Tarixi oxuyun.. Görün heç Azərbaycan nə vaxtsa müstəqil olmuşdu? Yox.. Elə həmişə kiməsə girib kiminsə buyruğuynan oturub durmuşuq.. dururuq.. duracağıq..

    Reply
  • 46. Timur Zeynal  |  21/07/2010 at 12:44

    Ferhad Elcibey Äliyevi cagirmayib, Äliyev cevrilish edib , bu tarixi kitabdan ve ya hardansa öyrenmek lazim deyil bunun shahidi hamimiz olmushuq. O , ki qaldi deqiq olmayan meseleye , mesele deqiqdir , sadece tarixini deye bilmirem , ona görede yardim istedim.

    Reply
  • 47. Farhad Mammadov  |  22/07/2010 at 11:39

    Yardim eden olmadi, chunki doqru deyil!!! Mehlede hansisa aqsaqqal gopa basanda, bir sorsh ne vaxt, harda ve kim edib… dayi rdan burdan eshitdiklerini muzakirelerde yazma.
    Elchibey Eliyevi chaqirmayib?! Sozum yoxdur daha… tarixi oyrenin!
    Menden bu qeder.

    Reply
  • 48. Timur Zeynal  |  22/07/2010 at 11:40

    Ferhad o AzTv tarixivi özüve saxla, men onun bunun agzindan eshiddiyim söhbetleri burda etmirem, amma görürem sen AzTv ye cox baxirsan. Men o haqda oxumusham, kitab var 100 nüsxede cixib . Shexsen onu Heyder Äliyevde oxuyub. Hal hazirda ulashilmazdir tapib sene gönderecem. Men tarixci deyilem ,mene tarixi öyrenmeyi meslehet görmä , yaxshisi budur öz gözlärini ac , sänä lazimdir onlar, axi sän tarixcisän….

    Reply
  • 49. Timur Zeynal  |  22/07/2010 at 11:41

    Tarixci Ferhad bey bu tarixden söhbät gedir:
    1982-ildə Qazağın İncədərəsi yaylağı ilə birlikdə Kəmərli, Aslanbəyli və Qaymaqlı kəndləri də Ermənistan ərazisinə qatılıb. Ordada böyük qalmaqal olub , ätrafli tarixi sonra yazacam.

    Reply
  • 50. Timur Zeynal  |  22/07/2010 at 11:41

    1986-ci ildə Qazax rayonunun daha 2500 hektarlıq ärazisi Ermänistana verilmishdir.
    Yerli ähali o temterahli shekilde ermenilere bu torpaqlari vermeye gelen Azerbaycan dövlet temsilcilerini döyerek 1 -gün kändin klubunda girov saxlayiblar.Sonra isä o kendden cox adam hebs olunub , ve uzun müddätli cäza aliblar.

    Reply
  • 51. Timur Zeynal  |  22/07/2010 at 11:42

    Hetda bir yashli qadina 8 il ish veribler.

    Reply
  • 52. Timur Zeynal  |  22/07/2010 at 11:46

    O illerde, o torpaqlar verilende , Heydär Äliyev SSR-i rähbärlärindän biri idi.

    Reply
  • 53. Farhad Mammadov  |  22/07/2010 at 21:36

    Timur, menimle bu tonda nese demek lazim deyil. Sal ashaqi… Heyder Eliyeva qarshisan ozun bilersen, burda konkret sohbet gedir…
    100 nusxeli kitabi menbe kimi gostermek yene de menbe demek deyil.
    1982-ci ildeki mesele yaylaq-qishlaq meselesidir ki, onu 80-ci illerde Qafqazda butovlukle hell etmek istiyirdiler – hemin dovrde ayri-ayri respublikalar arasinda bele meseleler var idi – esas Daqistanla hemserher erazilerde. Evez-evez edilirdi torpaqlar, amma daha sonra vahid dovletde olduqlari uchun mesele hell edildi ve serhedler tonunulmaz qaldi. Xahish edirem, qeyd etdiyin adamin bioqrafiyasina baxasan ve hemin shexsin 1982-ci ilde harda ishlemesine fikir veresen. http://president.az/administration/head/?locale=az 1982ci ilde Merkezi komitenin Elm ve tedris shobesi.
    Eyni zamanda, Heyder Eliyev o zaman Bakida deyildi ve hakimiyetde Kamran Baqirov idi. Elbette Heyder Eliyevin nufuzu boyuk idi, amma Respublikalar ve elexsus onlarin rehberleri ozlerini bezi hallarda musteqil apara bilirdiler ve yaxud Moskvada diger qruplashmalarla ish gorurduler.
    1986-ci ilde ise, Qazaxin 2500 yox, 1200 hektar torpaqi evzelenmeli idi, chunki sovet dovrunde xariteye baxsaq gporerik ki, Qazaxla hemserhed olan Icevan rayonunda anklav kimi qalmish Qazax kendlerinin qishlaqlari var idi…
    Neise, gelen gorushleredek… shekil qaldi yerinde, meqale de terpenmedi, soz yazdiq, qulaq asan olmadi…

    Reply
  • 54. Timur Zeynal  |  22/07/2010 at 21:37

    Ferhad men sene senin tonda cavab verdim. O ki qaldi menbeye , men verdiyim menbe faktdir , o kitabdan sadece o qalmaqal haqkinda misal cekdim . Yaylaq qishlaq meselesi deyirsen ele bil geden hecnedir, bu torpagin qedrini bilen ücün 1 qarishda dünyadir. Birdeki 3 dene kend saydim yuxarida men. Evez evez edirdiler deyirsen , bes onda niye bizden vaxtinda aldiqlarini bize qaytarmadilar tam tersine yene aldilar? Verdiyin linke baxdim 1986-ci ilde Ramiz Mehdiyev lazimi yerde otururdu(08.12.1983 – 31.05.1988, Azərbaycan KP MK, katib). Düzdür o zamanlar Heyder Eliyev Bakida yox daha yuxarida, SSR-in bashinda duranlardan biri idi. Sen ele dedin ki , güya o verilen torpaqlar ele heqiqetende ermeniye mexsus idiler , düz de edib geri verdiler. Ele bizim rehberlerin ermeniperest siyaseti sonucu bu ishler ortaya cixdi sonra. Ferhad sen bunlari belke mendende yaxshi bilirsen , yazdiqlarindanda ortaya cixirki onlarda sehv görürsen, amma yenede onlara yaxshi deyirsen. Niye örtürsen sen onlari axi,bu Xalq ücün bu ölke ücün ne yaxhi edibler axi onlar? 70 il qulluqdan sonra , ulashdigimiz Azadligi, elimizden yeniden aldiqlari ücün terif edirsen?

    Reply
  • 55. emajidli  |  22/07/2010 at 22:15

    Fərhad,

    olmadı ki, bu.

    Şəkil və ya məqalə niyə yığışdırılmalıdı?

    Yazıyla bağlı narahatçılıq keçirənlər, edilənin səhv olduğunu düşünənlərdi eyni zamanda.

    Heydər Əliyev Şaumyan haqqında bu çıxışı edibsə, bunun yayınlanması və xalq tərəfindən bilinməsi lazımdır.

    Xalq onsuz da hər adama lazımi qiyməti verə bilir.

    Timur Zeynal da bu xalqın nümayəndəsidi və öz fikrini bildirir.

    Təbii ki, bildirilən fikirlər əsaslandırılmalıdı.

    Lakin eyni zamanda sadə xalqın hazırkı rejimlə bağlı hansı fikirdə olduğunu sən də yaxşı bilirsən.

    Əbülfəz Elçibəyin Heydər Əliyevi Bakıya çağırması isə qaranlıqdı – hansı şərtlərdə və hansı situasiyada bu baş vermişdi – bunu araşdırmaq lazımdı.

    Surət Hüseynovun Bakıya ordu yeritmə hədələri, daha sonra Heydər Əliyevin onu baş nazir təyin etməsi və s.

    Bunun adı çevriliş idi və bir gün bu öz təsdiqini tapacaq.

    Uzun yazmayacam bu barədə

    Qısa olaraq bu dağılmış SSRİ-nin varisi Rusiyanın keçmiş sovet ölkələrində öz təsirini qoruma cəhdi idi və əksər hallarda da baş tutdu.

    Azərbaycanda Heydər Əliyev, Gürcüstanda Şvarnadze, Türkmenbaşı, Nazarbayev, Akayev və s.

    Azərbaycanda Elçibəyin zorla hakimiyyətdən uzaqlaşdırılması kimi Ermənistanda Ter-Petrosyanıın hansı yolla devrilməsini analiz edin. məncə nəticə ortaya çıxacaq.

    Qarabağ probleminin indiyə qədər niyə həll olunmadığının cavabı da yuxarıdakı cümlədə yatır.

    Əlbəttə ki, Elçibəyin də səhvləri ola bilər, bu çox normaldı, ancaq o xalqdan biriydi, etdiyi səhvləri qəsdən etməmişdi, öz mənfəətləri yox idi, onun və uşaqlarının da Dubayda villası ola bilərdi.

    Ancaq yoxdu və hazırda ailəsinin hansı sıxıntılar çəkdiyi, maddi problemləri olduğu ortadadı.

    Azərbaycanın milli azadlıq hərəkatının lideri vəfat etdiyində ondan geriyə qalan mal-mülk, var-dövlət adına nə var idi?

    Xalq bunları görür və dəyərləndirir.

    Bu gün Azərbaycandakı müxtəlif sektorlardakı böyük problemlərin həlli üçün bir il kifayətdir, yetər ki hazırkı rejim bunu istəsin.

    Bəlkə sən özün də müxtəlif haqsızlıqlarla üzləşirsən, özünə qarşı, ətrafındakı insanlara qarşı və etiraz edə bilmirsən və yaxud bir yerə qədər etiraz edə bilirsən.

    Ən pis cəhət isə budur ki, hazırkı vəziyyətdə nə qədər savadlı ol, dövlət orqanında işləsən də müsbət dəyişikliklər edə bilmirsən, əksinə rejim səni dəyişdirir, sən dəyişmədən öz içinə almır.

    Dövlət məmuru olmaq Azərbaycanda asan peşə deyil, xüsusiylə gənc savadlı bir kadr üçün.

    Dövlət məmuru olmaq insanı yalan danışmaq məcburiyyətində buraxırsa, deməli bu sistemin özü də yalan üzərində qurulub.

    Həqiqət isə yalandan hər zaman üstündür.

    üstün hörmətlə

    Reply
  • 56. elnur  |  23/07/2010 at 07:35

    Hər dövrün öz tələbi…..

    Reply
  • 57. Farhad Mammadov  |  24/07/2010 at 11:09

    Bizim fikirlerimiz tamamile ferqlidir… Men deyirem ki siz yalan danishirsiz, siz deyirsiz ki men…
    Bele mentiqle Zeyneb Xanlarovada xalq dushmenidir ve Reshid Behbudov ve umumiyyetle sovet dovrunde olan hamisi…
    Men oz fikirimi bildirdim… ve xahish edirem, meni daha bele menasiz yazilara elave elemeyin, ozuvuz yazini derc edin, ozuvuz xuyun ve xalq adindan danishin, sizi axi xalq sechib.
    Bir de xahishim var, muzakire ve mkubahise edende, “onu menden daha yaxshi sen bilirsen”, “menimle razilasharsan” ve s. kimi sozlerden istifade etmeyin… men sizin dediyini sizden yaxshi bile bilmerem ve oz fikirlerinizi mene aid etmeyin… Menasiz addimdir…

    Reply
  • 58. Timur Zeynal  |  24/07/2010 at 15:19

    Elnur qardash senin indiye qeder VALLAH bir maraqsiz yazini görmemishem, sen yazmaginda ol. Qelemine qüvvet. Sen gözü aciqlar ücün yazirsan , inanki onlarin da sayi heddinden coxdur.

    Reply
  • 59. Gulsen  |  27/04/2011 at 17:41

    Heyder Eliyev dahidir!Bunu dananlar ermeni xisletli,VETEN XAINLERIDIR! BU meqaleni yazan H.Eliyevin yerinde olsaydi,inaniram ki hemin dovrde ermenileri qucaqlayib operdi.

    Reply
  • 60. Gulsen  |  27/04/2011 at 17:46

    Gor kimler Heyder Eliyevi pisleyir.Hec utanirsiniz.Ona gore gencliyimiz bu gundedir.cehalete yuvarlaniriq.H.Eliyevin sayesinde dinc seraitde yasayiriq.Vicdanli olmaq lazimdir.

    Reply
  • 61. Gulsen  |  27/04/2011 at 17:51

    Bele danisanlar gedib H.ELIYEVIN yerine dahi olardi da.Niye gelib burda bos-bos dahimizin ruhu dalinca danisir

    Reply
  • 62. Gulsen  |  27/04/2011 at 17:55

    Heyder Eliyev dahidir!Onun ruhu qarsisinda Azerbaycan xalqi bas eyir!ALLAH REHMET ELESIN!

    Reply
  • 63. elyar  |  08/05/2011 at 22:48

    Gulshen,oz adindan danis olar? xalqin adini bedbext eleme.. xalq onun qarsisinda bas eyib elemir! bu xalqin qarsisinda bas eyeceyi sadece Allahdir! Heyderin bu xalqa sulh mu getirdi yoxsa elave torpaqlar da verdi? elbette gun kimi aydindir ki azerbaycan butovlukle o vehsilerin eline kece bilmezdi.. eger ateskes gelmeseydi, belke 80% isgal olardi, ancaq sonra o torpaqlar alinardi.. ancaq biraz daha torpaq satildiqdan sonra besdir, daha xalqi oyatmaq lazim deyil deyildi ve satislar baglandi.. torpaq, namusdur,qeyretdir.. 1200 hektardir da verilsin cehenneme ki demek ermeni gelsin qizimi opsun getsin de ora burasini oynatsin getsin de orasina ki bisey olmayibla eyni seydir Ferhad “muellim”.. ancaq siz sukani bele tutun, bugunun sertleri bele teleb eleyir ele deyil mi? bugun doyulen,hebsxanalarda surundurulen,isden atilan,usagi mektebden qovulan xalq deyil mi? ar olsun sene! muellim adina lekesen sen ve senin kimiler.. Allah iki dunyada da haqsizlara lenet elesin.. zalimlar ucun, haqq qarsisinda olanlar ucun yasasin cehennem! ancaq gun gelecek, vAllah gun gelecek hesabi verilecek bu haqsizliqlarin.. hansi qilinc qirilmadi ki haqq qarsisinda? gun gelecek yaltaqlar,biserefler,namussuzlar hesab verecek.. xalqin qanini sovuranlar gun gelecek damci damci qusacaqlar.. Allah komeyimiz olsun insAllah!

    Reply
  • 64. elcin  |  10/05/2011 at 07:09

    o vaxti Cumhuriyyeti quranlar dobvleti qoruya bilseydiler bolseviklerde gelmezdi bele bir shey olmazdi…………. o ki qaldi Eliyeve o dahi bir lider olub…… buna bilen bilir, bilmeyenin ise demeli oyrenmek istemir//……… o vaxti sizin AXCP deyildi mi camaati qirgina veren……… 20 yanvarda ne qeder insan oldu niye o vezife tutanlarda biri olmedi?????????? xalq ayaga qalxan da girdikleri deshikden chixa bilmirdiler……
    o vaxt o sozu o demeseydise bashqasi deyecekdi…… onun katibliyi vaxtinda Azerbaycan nece olub melumdu bizlere…….. BAgirovu bezi yerlerde pisleyir duzdu coxlarini qirgina gonderib amma oz kefi istediyine gore etmeyib yuxaridan gelen tapshiriga esasen edib bunu ama bezilerini de saxladib…… bundan niye danihsmirsiz??????? Eliyev Azerbaycan uchun chox ishler gorub ki bunlar danilmazdi…… burda onun eleyhine yazanlar onun haqda ne ise eshidib yaziblar…… amma 5-10 il sonra belke de tez bir zaman da bu sozlerden utanc duyacaqsizzzz

    Reply
  • 65. elcin  |  10/05/2011 at 07:15

    cox elchibeyi teriflediz onun musahibesinde ozu dedimishdi bunlari” men evveler Heyder Eliyeve qarshi idim amma sonra onun etdiklerinin duz oldugunu men de anladim”

    Reply
  • 66. nationalist  |  01/06/2011 at 19:07

    GULDUM SADECE.COX GULDUM.O ECLAF saumyani NEINKI ELIYEV BUTUN SVET IMPERIYASI QEHREMAN KIMI TANIYIB.ADINA ABIDELER UCALDILIB.MEKTEBLERDE USHAQLARIN QANINA YERIDILIB SOVETIN YALANCI ”TARIXI”SIZ ELIYEVI NEDE GUNAHLANDIRIRSIZ?O HARDAN BILSIN?MEGER ADI BIR INSAN DEYILDI O?UTANIN ELIYEVIN ADINI DILINIZE ALIRSIZ!UTANIN!!!!!!!!

    Reply
    • 67. xeyal  |  16/02/2012 at 18:37

      ONDA LENIN DA XALQ QAHRAMANI IDI AZ QALA.NA OLDU DUNANA QADAR BABA DEYAN KIMLAR IDI?

      Reply
  • 68. Elcin  |  04/02/2012 at 15:40

    Shaumiyan Heyder eliyevin dayisi olub. eksini söyleyen varsa subut etsin.Heyder eliyev ermeni anasinda dogmadir.yani Azerbaycani Ermeniler bütövlükde ishxal edibler..

    Reply
  • 69. xeyal  |  16/02/2012 at 18:33

    siz ozunuzu cox agilli hesab edirsiz .man da cox yey deyi yaza bilaram.har weyin bir manbati va bir istinad yeri olmalidir siz isa sayaqliyirsiz

    Reply
  • 70. xeyal  |  16/02/2012 at 18:34

    san boyuyuna bela hormat edirsan vatan oglu?

    Reply
  • [...] 26/05/2010 at 21:44 70 şərh [...]

    Reply
  • 72. Elbrus  |  23/03/2013 at 22:48

    heyder omur boyu sovet rehberliyinin gotune gire-gire moskvada nazir muavini vezifesine qeder yukselib.

    Reply
  • 73. t70tt@mail.ru  |  21/04/2013 at 21:39

    O dövrdə də yaşamışam, bu dövrdə də. Yarı kürd, yarı erməninin Azərbaycanlıya heç vaxt canı yanmaz. Çünki qan çəkmir. Hansı xidmətlərindən ağız dolusu danışırsınız? O dövrdə Ali məktəblərə qoyduğu taksalardan, yoxsa bu dövrdə əlifbanı dəyişdirib, gənc nəslin yaddaşında alicənab və dahi şəxsiyyət kimi qalmağından və gələcək nəsli savadsız kütlə halına salıb asan idarə etməyindən? Erməni və Gürcülər qədər də olmadıq. Bir əsrdə üç dəfə əlifba dəyışdirildi. Onun 2-si Heydərin vaxtına təsadüf edir. Bu isə xalqın keçmişini, tarixini silmək deməkdir. Keçmişi olmayanın gələcəyi olmaz!

    Reply

Cavab qoy

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Trackback this post  |  Subscribe to the comments via RSS Feed


Qısaltma


Bloqdakı yeniliklərdən xəbərdar olmaq üçün mail adresinizi yazın.

Join 28,548 other followers

Goodreads

No data found
Book recommendations, book reviews, quotes, book clubs, book trivia, book lists

Reklam


Arxiv

Ötən Bülbül

Hava

GISMETEO: Погода по г.Баку GISMETEO: Погода по г.Нахичевань GISMETEO: Погода по г.Ханкенди

Statistika

  • 139,876 ziyarətçi
!function(d,s,id){var js,fjs=d.getElementsByTagName(s)[0];if(!d.getElementById(id)){js=d.createElement(s);js.id=id;js.src="//platform.twitter.com/widgets.js";fjs.parentNode.insertBefore(js,fjs);}}(document,"script","twitter-wjs"); Locations of visitors to this page Rated by MyTOP Kataloq Free counters ILK-10 Azeri Website Directory free counters Free Page Rank Tool Bookmark and Share submitgooglesitemap.com Sitemap Generator Politics Journalist Blogs - BlogCatalog Blog Directory

Feeds

Müəllif Hüququ Qorunur

Creative Commons License
Elnur MAJIDLI - Find me on Bloggers.com

Top Rated


Follow

Get every new post delivered to your Inbox.

Join 28,548 other followers

%d bloggers like this: