Din Azadlığı

20/02/2010 at 13:43 21 şərh

və yaxud həbs olunmuş mənəviyyat

Fevralın 13-ü dindarlarla polis arasında baş verən toqquşmadan yəqin ki, xəbərdarsınız.

Eyni zamanda bu hadisə keçən həftənin ən çox müzakirə edilən mövzularından biri oldu.

Müxalifyönlü insanlar arasında ziddiyyətli şərhlərin olduğunu gördükdən sonra hadisəylə bağlı fikirlərimi sizinlə paylaşma qərarına gəldim.

Hadisə necə olmuşdu?

———-

Azadlıq Radiosundan sitat:

Fevralın 13-də 100-ə yaxın dindar Məhəmməd peyğəmbərin (s.) vəfatı günü ilə əlaqədar Şəhidlər Xiyabanına yürüş etmək istəyib, amma polis onları saxlayıb. Nərimanov heykəli yaxınlığında qarşıdurma baş verib, nəticədə xəsarət alanlar olub. 10-a yaxın insan bir neçə gün müddətinə həbs edilib. 4 nəfər barəsində isə 2 aylıq həbs qəti-imkan tədbiri seçilmişdi.

Saxlanılanlar 3 ildən 7 ilədək azadlıqdan məhrum edilə bilər.

———-

Əslində dindarların etmək istədikləri yürüşdə görüntü olaraq qeyri-adi bir şey yoxdur və bu təməl insan haqlarından biridir.

Qaydalar çərçivəsində şüarların səsləndirilməsi də normaldır, yəni hər hansı bir insanı yad etmək üçün söylənilən şüarlar aksiyanı dağıtmaq üçün səbəb deyil.

Beləliklə, heç bir hüquqi əsas olmadan polis gücüylə dağıdılan yürüş aksiyası, bu hakimiyyətin öz vətəndaşına etdiyi növbəti zorakılıqdan başqa bir şey deyildir.

Bu o qədər açıq və netdir ki, bunun üçün insan hüquqları üzrə mütəxəssis olmağa gərək yoxdur.

Gələk arqument olaraq ağızlarda saqqız kimi çeynədilən məsələyə

Bu aksiyanın arxasında İran var deyənləri nəzərdə tuturam.

İnciməyə gərək yoxdur – bu çox zəif və cılız arqumentdi.

Bu eyni zamanda müxalifətin arxasında Amerika var demək qədər həyasızlıqdı.

O dindarları İran qızışdırır deməklə, müxalifəti xarici fondlar maliyyələşdirir deyərək xalqdan soyutmağın heç bir fərqi yoxdur.

Digər tərəfdən

Fərz edək ki, həqiqətən bu insanlar arasında İran tərəfindən idarə edilən, yönləndirilən insanlar (bu cür insanların da olduğuna inanıram) var.

Bu dindarların arasında İrana casusluq edənlər var.

Bunlar ola biləcək hadisələrdi və burda əsas vəzifə milli təhlükəsizlik orqanlarına düşür.

Eyni zamanda bəzi xarici fondların modernləşmə adı altında bəzi əxlaqi dəyərlərimizi də yox etməyə, dinsizliyi yaymağa çalışması da başqa bir reallıqdır.

Bu gün Azərbaycanda radikal dini cərəyanların təbliği ilə yanaşı, ateizmin də təbliğatının aparıldığını görürük.

Bütün bu təbliğatlar, qərb ölkələrində də mövcuddur və Azərbaycana nisbətən daha sərbəst fəaliyyət göstərirlər.

Əhəmiyyətli olan bu təbliğatların, ölkənin qanunları çərçivəsində aparılmasıdır.

Və yenə də bu təbliğatların içində kəşfiyyat xarakterli ünsürlər ortaya çıxarılarsa bunun qarşısını almaq da dövlətin işidir.

Yox, əgər hazırkı hakimiyyət məmurları, xarici kəşfiyyat orqanlarına işləyənləri həbs etməyə cəsarəti çatmayıb bunun acısını öz xalqını coplamaqda görürsə bu heysiyyətsizlikdən başqa bir şey deyil.

Saf niyyətlə öz dini ritualını yerinə yetirən insanlara edilən təyziq sadəcə vəziyyəti kriminallaşdırır və dini həssasiyyəti olan insanların radikallaşmasına təkan verir.

Elə buna görə də siyasətə dinin və dinsizliyin qarışmasının əleyhinəyəm.

Bir şey dəqiq olaraq bilinməli və qəbul edilməlidir.

Azərbaycanda heç bir dini qəbul etməyənlər (ateist) olduğu kimi, müxtəlif dinlərə sitayiş edənlər də var və ikinci daha üstünlük təşkil edir.

İnsanlar din(lər)ə inana bilər, inanmaya bilər…

Bu hər bir fərdin fikir və söz azadlığı haqqıdır.

Din azadlığı da fikir və söz azadlığının tərkib hissəsidir.

İnandığına və ya inanmadığına görə bir insana təyziq etmək insan haqları pozuntusudur.

İnanan və ya inanmayan insan(lar)ın bu seçiminə görə təhqir edilməsi də əxlaqsızlıqdır.

Din azadlığına qarşı çıxanların, fikir və söz azadlığının müdafiəçisi olmaları absurddur.

Son olaraq

Fikirlər subyektiv ola bilər, ancaq doğru təkdir.

Doğru olan isə dinindən (və yaxud dinsizliyindən), rəngindən, irqindən, milliyətindən, siyasi fikrindən, cinsindən və s. asılı olmayaraq hər kəsə eyni şəkildə davranılmasıdır.

Azərbaycan balaca ölkədi, lakin zərdüştlükdən islama qədər müxtəlif dinlərə sitayiş edən insanlar var.

Heç bir dinə sitayiş etməyənlər də var…

Əsas olan, bu müxtəlifliklərin bir arada yaşaya bilməsidir, bir-birinə qarşı tolerant ola bilməsidir.

tolerant hörmətlə

About these ads

Entry filed under: Gündəlik. Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , .

Olimpik Sayt Mənim Xocalım

Şərhlər Add your own

  • 1. Nermin  |  25/02/2010 at 15:56

    Əliniz,ürəyiniz dərd görməsin. Bu məslə ilə bağlı oxuduğum yazıların ən gözəli,həssası, mənə görə ən doğrusu.
    “Din azadlığına qarşı çıxanların, fikir və söz azadlığının müdafiəçisi olmaları absurddur”–ikiüzlülükdən başqa bir şey deyil.
    “Bəzi xarici fondların modernləşmə adı altında bəzi əxlaqi dəyərlərimizi də yox etməyə, dinsizliyi yaymağa çalışması da başqa bir reallıqdır”-fakitki olaraq da, onlar elə don geyinirlər ki, insan az qalır “doğru ilə yanlışın ne olduğunu unudsun”

    P.S: Kandiliniz mübarək olsun.

    Reply
  • 2. Elvira  |  25/02/2010 at 18:20

    Ölkəmizdə dinsizliyin yayılması cəhdlərindən biri də bu yaxınlarda bütün məscidlərin həyətlərində namaz qılınmaması barədə xəbərdar olunmasıdır.

    Reply
  • 3. RAMİN  |  26/02/2010 at 11:49

    Mence dın azadlıgı deyıl bu vahabıler dın azadlıgı altında azerbaycanı mollalastırmag ısteyır men hokumetın arxasındayam azerbaycan layıkdır layık qalacag…her seyı yaxsı eleyır hokumet…keskı hamısını hebse atsalar

    Reply
  • 4. emajidli  |  26/02/2010 at 17:02

    Ramin

    din azadligi ile dini siyasileshdirenleri qarishdirmaq lazim deyil.

    dinin siyasileshdirmenin eleyhineyem, siyasete dinin qarishmasini dogru saymiram.

    bu ikisi ferqli meselelerdi, bu ikisinin bir-birinden ayirmaq da dovlete dushur.

    ancaq hec bir shey, sade vetendashin din azadliginin elinden alinmasina sebeb ola bilmez.

    Reply
  • 5. Azer Huseynov  |  26/02/2010 at 18:15

    Elnur bir din var oda islam! bir haqq var oda Allah! qalanlari ozunu agilli sayan zavallilardir!

    Reply
  • 6. Aqshin Meinhof  |  26/02/2010 at 18:16

    Bir din varsa, o zaman Quranda niyə digər iki səmavi din də qəbul sayılır?

    Reply
  • 7. Shaig Jafarzade  |  26/02/2010 at 18:19

    Hormetli Elnur. Bu Iran mollalarinin ilkin cehdleridi. Dinin siyasileshmeyinin ibtidai formasidi.
    Peygemberin shehadetini bayram etmeyle, shehidler xiyabanini ziyaret etmey arasinda bir mentigi elagenin oldugunu da dushunmurem.Tebii ki bunun siyasi nuans dashidigini ancaq mtn bilir. Bilmirse bele bilmelidi.
    Meseleye insan huguglari cherchivesinden baxirsansa sizinle razilashiram.Amma Azerbaycanin dunyeviliyini tehluke altina almagi unutmamag shertiyle.
    Burda en boyuk gunahkar azad iktisadiyyatin olmamasi uchun elinden geleni eden despot rejimdi, bunun neticesinde tehsil uchun motivasiyani olumcul veziyyete saliblar.

    Reply
  • 8. Perviz Hesenli  |  26/02/2010 at 18:20

    menim anlamadigim bir wey varr niye insanlar Islam dinini yalnis anlayirlar, yalnis deyerlendirirler…hansisa molla nese edirse, o
    demek deyil ki, din de eledi…. ( Shaiq qardas Peygemberin (s.e.v ) shehadeti ” BAYRAM ” edilmir ) qaldi ki, sehidler xiyabaninin ziyaret edilmesine, esline baxanda orda bir wey yoxdu…. Konstitusiya gore serbest toplasmaq huququ var. ordaki shuarlari da insanlar ozleri mueyyen edirler. Qaldi ki, bizim cemiyyetde neye emel olunur ki, buna da emel olunsun… orda gunahi hem mominlerde hem de polislerde gorurem.. Polis evvelceicaze vermirdi, amm sonra sakit ziyarete icaze verdi, mominler ise buna da sukr deyib getmek evezine shaddiqlarina sittik etdiler… amma hec bir sey Polise icaze vermir ki, bu cur vehsiliye el atsi…Ne isee
    P.S.Elnur, uzr movzudan bir az kenarlasdim.

    Reply
  • 9. Shaig Jafarzade  |  26/02/2010 at 18:49

    Hormetli Pervin, siz meni duzgun basha dushmediniz.Kommentte men Islam hagginda hech bir fikir yurutmemishem.Islam men uchun muzakire movzusu bele deyil. Muzakire movzusu din ve dunyeviliydi.Hedefde siyasileshmish yaxud siyasileshmeye cehd eden mollalardi.
    P.S. “Bayram” sizin basha dushduyunuz kimi attanib dushub shenlenmey deyil. Bayram sozu dini tedbiri, mugeddes gun anlayishini da dashiyir.

    Reply
  • 10. Perviz Hesenli  |  26/02/2010 at 20:15

    Shaiq qardas, men size Islam dini haqqinda hec bir irad bildirmedim..men onu umumi anlamda deyirem…
    Din ve dunyeviliy ise cemiyyetde oz cizigindan cixib… Bir az dini azadliq verilen kimi dini duzgun anlamayanlarin hereketleri ucbatindan butun dindarlara fanat anlayisi ile yaxinlasirlar… Dunyeviliye geldikde ise onu da normasinda etmirik…Cemiyyetde dunyevilik o dereceye catib ki, dunyevilik kafirliyin sinonimine cevrilib.
    P.S. Yalnisiniz var. Bayram kelmesini men attanib dusmek kimi basa dusmurem, Cemiyyetde bayram kelmesi bu anlayis vesiqesini alib. hansi anlamda oldugunu cox yaxsi bilirem, amma yene de Peygembermizin (s.e.v) shehadetinin yaninda bayram kelmesinin isledilmesi..mena baximindan duz anlasilmir.

    Reply
  • 11. Amina Yigitkalan  |  27/02/2010 at 19:57

    Azer bey 100% duz deyirsiz.
    2 din sayilmir artiq, sayilmis vaxtindaaa. Onlar Allahin dediklerini inkar etdikden sonra, Allah da onlari inkar edib. Quranin 1-ci seyifesini oxuyanda bele basa dusmek olar.

    Reply
  • 12. Shaig Jafarzade  |  27/02/2010 at 19:58

    Mixail Falkovin, selefilerin kechmiss ssr-e soxulmasi hagginda maragli tarixi izahatlarii var : http://old.russ.ru/authors/mfal.html

    Reply
  • 13. Samed Rahimli  |  27/02/2010 at 19:59

    Azərbaycanda dindarları və ateistləri söz və fikir azadlığı birləşdirə bilər. Çünki hər iki qrupun ona ehtiyacı var. Buna görə də bu məsələdə konsensus əldə etmək uğurlu olardı. Məsələn, hər hansı bir məscid bağlananda ateistlər bununla bağlı etiraz aksiyası keçirə bilər ki, vicdan azadlığı pozulur. Və ya hər hansı bir ateist fikirlərinə görə təqib olunarsa (məsələn,universitedən xaric olunarsa) dindarlar buna etiraz edə bilər.

    Reply
  • 14. emajidli  |  27/02/2010 at 20:04

    Samədlə razıyam.

    hər iki qrupun birliyi mütləq lazımdır və bu birliyin yaranması üçün məsələyə insan haqları konteksindən baxmaq lazımdır.

    Azərbaycanda inqilabi mühiti və rejim dəyişikliyini ya dindarlar ya ateistlər yaradacaq.

    Bu iki qrupun bir yerdə olması isə prosesi daha da sürətləndirə bilər.

    Məsələyə geniş olaraq baxsaq hazırda Azərbaycanda etirazı bacaran, aktiv fəaliyyət içində olan sadəcə bu qruplardı.

    Reply
  • 15. Kamran Velizade  |  27/02/2010 at 20:24

    dunya tecrubesinde bele fakt var ?

    Reply
  • 16. emajidli  |  27/02/2010 at 20:34

    Kamran dunya tecrubesinde siyasi partiya olaraq benzer faktlar var.

    Meselen bir chox qerb olkesinde xristian demokratlar mueyyen meqamlarda marksist ideyalarin dashiyicisi olan partiyalarla ortaq movqeden chixish edirler.

    Ancaq men dushunurem ki, siyasi hadiseleri daha chox lokal tecrubelere dayandirmaq lazimdi.

    Chunki burda mentalitet de esas rol oynayir, yeni her olkenin siyaseti veziyyeti o olkede yashayan xalq(lar)in mental deyerlerine gore formalashir.

    Diger terefden bu Azerbaycanda artiq iki defe bash verib.

    Azerbaycan Xalq Cumhuriyyeti yaradilmasinda emeyi olanlar arasinda Resulzade kimi dini hessasiyeti olan insanlarla yanashi, bashqa dine inanan ve ya hec bir dine inanmayan insanlar da olmushdu.

    Eyni zamanda ikinci musteqilliyimiz dovrunde de Ebulfez Elchibeyin etrafinda hem dindarlar, hem milliyetciler (bu milliyetcilerin ekseriyyeti turkculuyu dinden ustun tuturdu) ve diger ideoloji qruplar; komunist partiyasinin uzvleri ve s. birleshmishdi.

    Reply
  • 17. Kamran Velizade  |  27/02/2010 at 21:11

    elnur bey
    men dusunurem ki bu meseleler elmi sekilde arasdirilmalidir

    Reply
  • 18. Anar Shukurov  |  04/03/2010 at 14:22

    Elnur qardashim,
    Evvela salam. Fransada kecirdiyiniz aksiyalara ve gösterdiyiniz hemreyliye göre bir azerbaycanli kimi emeyi kechen butun insanlara tesheekkur edirem.

    Indi ise senin yazina aid – yeterli qeder tolerant ve neytral olmaga chalishmisan, chox teqdire layiqdir. Amma tebii ki, hakimiyyete qarshi olan “antisimpatiya”ni gösterdin :) Mence yazida daha bir meqama diqqet yetimeyin gözel olar – tedbiri kechirenler. Eger hansisa tedbir kechirirsense, yeqin ki hemin tedbire icaze almaq ve tedbirde neyin edilib neyin edilmeyeceyine dair hamisini muzakire edib raziliq almaq lazimdir. Raziliq verildi – get kechir aksiyavi. Raziliq verilmedise, ister obyektiv ister subyektiv sebeblerden, verilmedise, onda niye camaati kucheye cixarib döydürürsen? Meger bilmirsen ki, aksiyaya icaze verilmeyibse, tedbiri dagidacaq? bilirler, coy gozel bilirler bunu, ancaq meqsed din deyil, meqsed camaati kucheye cixarib doydurmek ve mueyyen eks seda dogurmaqdir…. Bu kime lazimdir? Irana mi, Bakidakilara mi? yoxsa sheytana mi? :) bu ise artiq sen dediyin kimi uygun organlarin ishidir.
    Senin vetensever biri olduguna inaniram, menim ucun vetensever olmaq ucun iqtidarsever olmaq shert deyil, amma sadece her kesin ve her sheyin arxasinda bir sebeb var, onu da görelim :) ))

    Reply
  • 19. Hikmet  |  06/03/2010 at 23:36

    Mən bu ölkədəki nəinki dindar, nəinki fanatik dindar, hətta adi yarımdeist/yarımteist həyatı sürən müsəlmanların ateistlərə demirəm, hətta başqa dinin/inancın daşıyıcılarına normal münasibətdə, tolerant aurada yanaşdığını görməmişəm. Bələ də var, amma həddindən artıq azdır.
    Hadisə barədə isə onu deyə bilərəm ki, siz də məni bağışlayın, şəhərin ortasında eşşək kimi anqıran bir dəstə adama bu da azdır.

    Reply
  • 20. Edil Milli  |  14/03/2010 at 14:01

    En mukemmelini niye secmemeliyik ki?

    Reply
  • 21. elyar  |  08/05/2011 at 21:57

    Azerbaycan…canim Azerbaycan… kul basina ay Azerbaycan..

    Reply

Cavab qoy

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Trackback this post  |  Subscribe to the comments via RSS Feed


Qısaltma


Bloqdakı yeniliklərdən xəbərdar olmaq üçün mail adresinizi yazın.

Join 28,548 other followers

Goodreads

No data found
Book recommendations, book reviews, quotes, book clubs, book trivia, book lists

Reklam


Arxiv

Ötən Bülbül

Hava

GISMETEO: Погода по г.Баку GISMETEO: Погода по г.Нахичевань GISMETEO: Погода по г.Ханкенди

Statistika

  • 139,915 ziyarətçi
!function(d,s,id){var js,fjs=d.getElementsByTagName(s)[0];if(!d.getElementById(id)){js=d.createElement(s);js.id=id;js.src="//platform.twitter.com/widgets.js";fjs.parentNode.insertBefore(js,fjs);}}(document,"script","twitter-wjs"); Locations of visitors to this page Rated by MyTOP Kataloq Free counters ILK-10 Azeri Website Directory free counters Free Page Rank Tool Bookmark and Share submitgooglesitemap.com Sitemap Generator Politics Journalist Blogs - BlogCatalog Blog Directory

Feeds

Müəllif Hüququ Qorunur

Creative Commons License
Elnur MAJIDLI - Find me on Bloggers.com

Top Rated


Follow

Get every new post delivered to your Inbox.

Join 28,548 other followers

%d bloggers like this: