Qeyri Milli Olimpiya
Kanadanın Vankuver şəhərində davam edən qış oyunları (Vancouver 2010), idman növləriylə maraqlanan, məşğul olan hər kəs üçün xüsusi maraq kəsb edir.
Təbii ki, bu cür olimpiya oyunları, eyni zamanda müxtəlif ölkələrin özlərini dünya ictimaiyyətinə yaxından tanıtmasına, prestij qazanmasına təkan verən mühüm faktorlardan biridir.
2010 Qış Olimpiya Oyunlarında Qafqazın ən inkişaf etmiş ölkəsi Azərbaycan iki, regionun ən geridə qalmış ölkəsi Ermənistan isə 4 idmançıyla təmsil olunur.
Bundan daha diqqət çəkəni isə Ermənistanın milli, Azərbaycanın isə qeyri-milli idmançılarla təmsil olunmasıdır.
——————————
Müqayisə
Rauf adlı azərbaycanlı bloq istifadəçisinin qış olimpiya oyunlarında iştirak edən hər iki ölkənin idmançılarının siyahısını yayınlayıb.
Azerbaijan
Jedrij Notz, Alpine Skiing
Date of Birth September 6, 1974
Age 35
Nationality Azerbaijan
Birthplace Switzerland
Gaia Bassani Antivari, Alpine Skiing
Date of Birth July 8, 1978
Age 31
Nationality Azerbaijan
Birthplace Italy
Armenia
Kristine Khachatryan, Cross-Country Skiing
Date of Birth November 18, 1989
Age 20
Nationality Armenia
Birthplace Armenia
Sergey Mikayelyan, Cross-Country Skiing
Date of Birth April 27, 1992
Age 17
Nationality Armenia
Birthplace Russian Federation
Ani-Matilda Serebrakian, Alpine Skiing
Date of Birth February 7, 1989
Age 21
Nationality Armenia
Birthplace United States
Arsen Nersisyan, Alpine Skiing
Date of Birth July 18, 1987
Age 22
Nationality Armenia
Birthplace Armenia
——————————
Göründüyü kimi, Azərbaycanı təmsil edən idmançılar milliyətcə azərbaycanlı deyil. Ermənistanı təmsil edən idmançıların ikisi bu ölkədə doğulub, digər ikisinin isə doğum yerlərinin Rusiya və ABŞ göstərilməsinə baxmayaraq soyadlarından onların da erməni əsilli olduğunu anlayırıq.
Milliləşdirmə
Xarici idmançıların milliləşdirilməsinin əleyhinə deyiləm, ancaq ölkə daxilindəki potensial idmançıların da yüksək səviyyədə yetişdirilməsinin tərəfdarıyam.
Bununla birlikdə xarici idmançılar milliləşdirilərkən fiziki göstəricilərinə, yaşına və s. diqqət yetirilməlidir.
Dünyanın bir çox ölkələri o cümlədən qonşu Türkiyənin də Olimpiya Komitəsi xarici idmançıları milliləşdirir…
Lakin iki olimpiya komitəsini bu mövzuda ayıran əsas fərq, türklərin daha gənc, hətta yeniyetmə çağındakı gələcəyi parlaq xarici idmançıları milliləşdirməsidir.
Azərbaycan Milli Olimpiya Komitəsi isə, 30-40 yaşlarında, pensiyaya hazırlaşan xarici idmançıların çörək qapısına çevrilib.
və sonda
Azərbaycanda qış idman növlərinə lazımi diqqətin ayrıldığını düşünmürəm.
Azərbaycan Milli Olimpiya Komitəsi 1992-ci ildə yaradılıb və 1997-ci ildən isə İlham Əliyev bu qurumun prezidentidir.
Keçən on üç il ərzində əgər hələ də qış olimpiya oyunlarına milli idmançı göndərə bilmiriksə bunun məsuliyyətini birinci növbədə o qurumun rəhbəri daşıyır.
Entry filed under: Gündəlik. Tags: ABŞ, ad, alpine skiing, ancaq, Ani-Matilda Serebrakian, april, armenia, Arsen Nersisyan, Azerbaijan, azerbaycan, Azərbaycan, azərbaycanlı, âge, çörək, çevril, ölkə, ölkələr, öz, üç, biri, birinci, birth, Canada, cümlə, cür, country, cross, date, daxil, dünya, diqqət, dog, doğul, doğum, ermenistan, erməni, ermənistan, eyni, əleyh, əsil, faktör, faktorlar, february, fərq, fiziki, Gaia Bassani Antivari, göstərici, geri, gələcək, gənc, hazır, hazırlaş, ictimai, ictimaiyyət, idman, idmançı, idmançılar, iki, il, inkişaf, Italy, iştirak, Jedrij Notz, july, Kanada, kəsb, komitə, Kristine Khachatryan, lazım, maraq, mövzu, mühüm, müxtəlif, məsul, məsuliyyət, milli, Milli Olimpiya Komitəsi, milliləşdirmə, milliyyət, nationality, növbə, november, olimpiya, olimpiya komitəsi, olimpiya oyunları, on, oyun, oyunlar, parlaq, pensiya, place, potensial, prestij, prezident, qafqaz, qapı, qazan, qonşu, qurum, qış, Rauf, region, rəhbər, rusiya, russia, Russian Federation, september, Sergey Mikayelyan, səviyyə, siyahı, skiing, son, soyad, soyadlar, Switzerland, tan, tanı, tanıt, tanıtma, türk, türkiyə, türklər, təbii, təkan, təmsil, tərəfdar, United States, usa, vancouver, vancouver 2010, Vankuver, ver, xarici, yayın, yayınla, yaş, yaşlar, yüksək, yeniyetmə, yer, yetir, yetiş, zaman, şəhər, İlham Əliyev.
Taksi yağı Tikdim ki, izim qala…
Şərhlər Add your own
Cavab qoy Cancel reply
Trackback this post | Subscribe to the comments via RSS Feed

















1.
mecid | 16/02/2010 at 12:16
qadınlardan ibaret voleybol komandamız yada qadinlardan iberet otüstü xokkey komandamızda da veziyyet beleydide.xokkeyçilerimizi siyahısına görende gülmekden gözlerim yaşarmışdı))
2.
Kamran | 16/02/2010 at 13:33
Futzal millimizin də vəziyyəti acınacaqlı vəziyyətdədi…
3.
Sanan Davam | 17/02/2010 at 11:45
duzgun sohbetdir… milli idmancilarla temsil olunmalidir.
esas qelebe deyil, esas odur ki, orda ishtirak eden idmanci… bize aid olsun, ozumuzden olsun!
yoxsa ne var xaricden almaga..
4.
terlan | 17/02/2010 at 13:46
lap axırıncı yerə cıxsınlar amma milli olsunlar əgər O komanda milli oyunçulardan ibarət deyilsə heç bizə lazım da deyil O komanda.pulu xarici oyunçulara verməkdən öZümüzünkilərə pul buraxıb oları profisional etsinlər.yaxın günlərdə xəzərdə axşam idman proqramı oldu bir sudyanın danışdıqları ilə bizim bütün futbol federasiyasının poxlarını çıxardı.millət çox yaxşı bilirki bizim dövlət nə gündədi amma heçnə eləmirlər millət ayağa qalxmalıdır bunu tək yolu budur nə qədərki ayağa qalxmamışıq belədə olacaq…
5.
Vusal Hamzayev | 18/02/2010 at 07:49
Men umumiyyetle Azerbaycanin adini tapa bilmedim olkeler arasinda. Olimpiadanin resmi internet saytinda Azerbaycani axtararken hec bir netice cixmir.
6.
Iskandar Gadirzade | 19/02/2010 at 07:56
http://www.vancouver2010.com/olympic-alpine-skiing/athletes/gaia-bassani-antivari_ath1012571NR.html
7.
Elif Azeri | 06/03/2010 at 00:49
Damarlarinda asil Turk kani dolasan ve kalbi bitmez Vatan askiyla cirpinan herkese selam…. Bizde bu yurek oldukca ve bu yurekde de milliyetcilik,ulkuculuk,Turkculuk sevdasi oldugu surece kimse kardimizda duramaz!!!….