Ölüm Ordusu

02/02/2010 at 10:17 23 şərh

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə eşq olsun! – Heydər Əliyev

Ordu, bir dövlətin öz suverenliyini davam etdirməsinin təminatçısıdır.

Ordu, eyni zamanda cəmiyyətin ən həssas nöqtələrindən biridir.

Ordu milli dəyərdir, siyasi fikir ayrılıqlarını kənara qoyaraq öz ordusuna sahib çıxmaq hər kəsin borcudur.

Bir ölkədə dövlətçiliyin hansı yöndə inkişaf etdiyini öyrənmək üçün təhsil və səhiyyə ilə yanaşı, ordusuna da baxmaq vacibdir.

Əslində təhsil, səhiyyə və ordu (hərbi sahə) bir-biriləriylə kifayət qədər bağlantılı sahələrdir.

Təhsilin zəifliyi, səhiyyənin zəifliyinə gətirib çıxaracaq, səhiyyəsi zəif orduda fiziki və psixi xəstə əsgərlərin sayı da çox olacaq.

Eyni zamanda aşağı səviyyəli təhsilin hökm sürdüyü orduda özbaşınalıqların yaranması təəccüblü deyil.

Bu gün Azərbaycan ordusunda olan problemlərin iqtidar mediasının göz boyamalarına baxmayaraq gizlədilməyəcək qədər böyüməsi, heç də xeyirə əlamət deyil.

Azərbaycan Ordusu

Rəsmi statistikaya görə Azərbaycan Silahlı Qüvvələrinin sayı 126 mini keçib.

Digər maraqlı fakt hərbi büdcəylə bağlıdır.

2003-cü ildə Azərbaycanın hərbi büdcəsi 135 milyon dollar idisə, 2009-cu ildə ölkənin hərbi sahəsinə ayrılan vəsait 1 milyard 800 min manata (2,3 milyard dollar) çatıb – 2010-cu ildə isə ayrılan büdcənin 2 milyard manat (2,5 milyard dollar) olduğu bildirilir.

Büdcədən artması müsbət göstəricidir əgər bu artış ordudakı keyfiyyəti artırırsa…

Keyfiyyət artışını demək çətindi, əksinə son iki ildə bu və ya digər səbəblərdən orduda ölümlərin sayı inanılmaz dərəcədə artıb.

Eyni zamanda ayrılan büdcənin hara və necə xərcləndiyi də sual işarəsidir.

Ən başdan başlayaq – hərbi xidmətə çağırışdan..

Sovet dövründən qalan hərbi komissarlıqlar rüşvət birjasında yüksək reytinqə malikdi.

Sadəcə hərbi çağırışlar zamanı normal fəaliyyət göstərən komissarlıqların, dövlət büdcəsinə yük olmaqdan başqa işləri yoxdu.

Eyni zamanda xəstələri sağlam deyə zorla hərbi xidmətə göndərmə və turp kimi sağlamlara da ağır xəstəlik kağızı vermə komissarlıqların əsas fəaliyyətlərindəndir.

Bu baxımdan hərbi komissarlıqların ləğvinə müsbət baxıram..

Hərbi xidmətə başlayanların ilk işi hərbi and içməkdir.

Düzdü, hərbi xidmətə bu andı içmədən başlayan, hərbi xidmətini evdə serial izləməklə, çayxanada nərd oynamaqla başa vuranlar da az deyil…

Ancaq hər halda Hərbi Andı xatırlamaqda fayda var.

=========

Hərbi And

Mən Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan silahlı qüvvələri sıralarına daxil olarkən vətənim Azərbaycana və onun xalqına sadiq olmağı təntənəli sürətdə

And içirəm

Azərbaycan Respublikasının mənafeyini, ərazi bütövlüyü və müstəqilliyini şərəflə qoruyacaq, bundan ötrü qanımı və canımı əsirgəməyəcəyəm:

Səmimi , cəsur, intizamlı olacaq, hərbi sirri verməyəcək, hərbi nizamnamələrin və rəislərin əmrlərinə sözsüz tabe olacağam.

Hərb işini vicdanla öyrənəcək, əcdadlarımızın hərbi ən-ənələrini şərəflə davam etdirəcəyəm.

Hər an əldə silah vətənin müdafiəsinə qalxmağa hazır olacağam.

Andımı pozsam Azərbaycan Respublikası qanunlarının tam ciddiyyəti üzrə məsuliyyət daşımağa hazıram.

=========

Hərbi and müqəddəsdir.

Hərbi andı müqəddəs edən içilən anda uyğun olaraq hərəkət edilməsidir.

Əks halda o andın Moşunun şeirindən heç bir fərqi olmayacaq.

İmkansız ailələrin övladlarının cəbhə xəttinə göndərilməsi artıq Azərbaycan reallığıdır.

Eyni zamanda, əsgərlərin hansısa komandirin, generalın villasının tikintisində fəhlə olaraq çalışdırılmaları da artıq maraqlı xəbər sayılmır.

Ölüm Ordusu

Keçən il Azərbaycanda qaldığım müddət ərzində bir qohumumuz oğlunun hərbi xidmətdə olarkən vəfat etməsi məni çox sarsmışdı…

Mərhumum ciyərlərinə su dolduğu və vərəm olduğu bildirilmişdi. Hərbi xidmətə sağlam övlad göndərən ana-atanın 5-6 ay sonra övladının xəstəlikdən ölmə xəbəri alması qarşısında keçirdiyi hissləri ifadə etmək mümkün deyil…

2003-2009-cu illərdə 500 əsgər qidadan zəhərlənib, onların 20-i dünyasını dəyişib.

Burda diqqət çəkən məqam, heç bir zabitin qida zəhərlənməsi keçirməməsidir.

Müdafiə və Təhlükəsizlik sektoruna İctimai Nəzarət Koalisiyasının 2009-cu ildəki məlumatına görə, son altı ildə 349 hərbi qulluqçu ölüb.

Onlardan 142 nəfəri döyüş, 207 nəfəri isə qeyri-döyüş vəziyyətində ölüb. Məsələn, 46 nəfər intihar, 27 nəfər qəza, 66 nəfər qeyri-nizamnamə hərəkətləri, 51 nəfər bədbəxt hadisələr, 17 nəfər müəmmalı və naməlum vəziyyətlərdə vəfat edib.

2007-ci ildə 60 , 2008-də 70-ə yaxın, 2009-da 73 hərbi qulluqçu həlak olub.

Son iki ildə isə zabitlərlə əsgərlər arasında yaranan insidentlər zamanı güllənənənlərin sayı artıb.

Bu hadisələrdən ən dəhşətlisi keçən ilin mayında Seyfəli poliqonunda Azərbaycan ordusunun əsgəri, 20 yaşlı Orxan Səfərovun 5 hərbçini güllələməsi idi.

Ən sonuncusu isə bu ilin yanvarın 28-ində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində 2 əsgərin avtomat silahdan atəş açaraq 4 hərbçini öldürüb iki hərbçini yaralaması, daha sonra özlərini öldürməsi oldu…

Azərbaycan ordusunda kriminal hadisələrin artmasında rəhbər şəxslərin məsuliyyətsizlikləriniz, əsgərlərin zabitlər tərəfindən davamlı təhqir olunmasının, ordu daxilindəki sistemsizliyin ciddi rolu var.

Əgər bir ordunun generalı (Rail Rzayev) evindən çıxarkən öldürülürsə, və hələ də bu cinayətin üstünü açmaq yerinə ört-bas edilirsə həmin orduda bu cür faciələr yaşanmağa davam edəcəkdir.

Ordu cəmiyyətin bir hissəsi olarsa

Siyavuş Novruzov ordudakı son hadisəylə bağlı fikrini bildirərkən ordunun cəmiyyətin bir hissəsi olduğunu, cəmiyyətdə olduğu kimi orduda da cinayətlərin ola biləcəyini vurğulayıb.

YAP millətvəkili, bu fikirləriylə bu cür hadisələrin normal qarşılanması gərəkdiyini söyləməyə çalışırsa, bu çox absurd bir yanaşma tərzidir.

Bu gün orduda öz zabitini öldürən əsgərlərin sayı hər keçən gün artır..

Əgər bu cəmiyyətə sirayət edərsə, sabah öz rəisini öldürən işçilərlə bağlı xəbərlər çıxanda təəccüblənməyin…

Azərbaycan ordusundakı vəziyyət cəmiyyətimizin qanayan yaralarından biridir.

Bu yaranı görməzdən gəldikcə problem daha da dərinləşəcək…

Ya bu yara sağalacaq, ya da daha çox qan axacaq…

About these ads

Entry filed under: Yazı - Məqalə. Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , .

Ağlamak İçin Gözden Yaş mı Akmalı? Ümummilli Ana

Şərhlər Add your own

  • 1. Islam Ceferov  |  05/02/2010 at 19:13

    aglınıza gelenı paylasmayın mence. onsuzda bılen bılır neyıse kımese demeye ehtıyac yoxdu axı….

    Reply
  • 2. Orxan Axmedxanli Secular  |  05/02/2010 at 19:38

    orduların ölüsü

    Reply
  • 3. Intigam Ibrahimoglu  |  06/02/2010 at 13:48

    Her sheyi dogru melim etmekle kimlerinse gozunu acmaq mumkundurmu ?
    Mumkun olan shey pul var dovlet toplamaq, shohretden usanmamaq, kutleni kole veziyyetinde saxlamaqdan ibaretdir. O ise sivil dunyamizda bele deyil, her bir insani normal yashatmaq ve bilgilendirmek ucun caba gosteren Avropa yaxin sherq reqionunu ona gore sivil toplum saymir ki bunlarin hec biri bizde inkishaf etmir.
    Etdirmeye bele caba gosterilmir. Ne qeder yazsaq , meslehetler versek, illerle heyata kecirilmir.
    Yaziqlar olsun hokumet dairelerine ki helede her biri ogurluq yollarile varlanmaq eshqi ile yashyir.

    Reply
  • 4. Khanim  |  06/02/2010 at 21:09

    mence tesekkurler bele blog yazisina gore. duzdu bilen bilir, amma ne qeder cox yazilsa bir o qeder de yaxsidir. men meslehet gorerdim ki, xarici dillere de tercume olunsun bele yazilar!!!

    Reply
  • 5. Seymur Sefereliyev  |  06/02/2010 at 23:55

    Aglina geleni daniwma….

    Reply
  • 6. Elşen Nebiyev  |  06/02/2010 at 23:58

    ne olub basına donum kım ne danısıb ?

    Reply
  • 7. Yaqub Babalar  |  07/02/2010 at 00:02

    Ne bash verenler, ne de Siyavush Novruzovlarin onlara reaksiyasi teeccüblü deyil.Haqsizliqlarla mübarize orqanlari
    axtalanmish bir cemiyyetden bashqa ne gözlemek olar ki?

    Reply
  • 8. Elxan Mashayev  |  07/02/2010 at 00:02

    Əlcəzirə kanalında “Dağlıq Qarabag ” Respulikasının baş naziri orda yaşayan ermənilər danışdəırılırdı mən son 4 dəqiqəsinə baxdım orda səyyar marketdə 1 erməni qadını Azərbaycanlıların orda yaşan erməniləri yaxın adamlarını öldürdütyünü artıq bir yerdə yaşamaq istəmədiklərini deyirdi

    Reply
  • 9. Azerbaijan Armed-Forces  |  07/02/2010 at 00:11

    cefeng iwlerle mewqul olmayin

    Reply
  • 10. Anar Ibrahimov  |  07/02/2010 at 01:53

    Bu ölkenin temel problemi esrlerden beri deyişmeden qalir (en azindan Sefeviler döneminden bu yana), tek adi var – exlaqsizliq. Naziri exlaqsiz, memuru exlaqsiz, hekimi exlaqsiz, muellimi exlaqsiz, zabiti exlaqsiz, esgeri exlaqsiz. Hele orta çağda meşhur İslam sosioloqu İbn Haldun deyirdi ki, güclü dövlet qurmaq üçün üç esas amil gerekmektedir: güclü lider, güclü iqtisadiyyat (iqtisadiyyatin ise ana müherrikini teşkil eden vergilerin yerli-yerinde, edaletli bir şekilde toplanmasidir) ve exlaq. Yalniz en vacib olani, İbn Halduna göre, exlaqdir ki, o olmadiği teqdirde ne güclü lider işe yarar, nede ki güclü iqtisadiyyat qurulur. Mence XXİ esrin müsteqil Azerbaycan Respublikasi bu nezeriyyenin tam merkezinde qerar tutmuşdur.

    Reply
  • 11. Timur Mehdi  |  07/02/2010 at 01:56

    bencede ama bizim orduda askere egitim yerine süpürge verip sabahtan akşama boş boş lazımsız yerlri temizletirler komutanlar okumamış hepsi cahil kusura bakmayın yoksa askerlerimizde yürek var ama devlete iş yok

    Reply
  • 12. Anar Ibrahimov  |  07/02/2010 at 01:57

    kendimizi kandirmayalim, Azerbeycan askerinde yürek olsaydi, Karabağdaki topraklari, camileri, müslüman mezarliklarini birakip kaçmaz idi. Toprak, vatan – bir müslümanin namusudur, izzetidir, şerefidir. Bunlari kendine değer bilen bir Azerbaycanli gerek ki imanli olsun.

    Reply
  • 13. Timur Mehdi  |  07/02/2010 at 01:58

    CANIM KARDEŞİM SEN CİNGİZ MUSTAFAYEVİ GARABAGDA DÖYÜŞÜP ŞEHİT OLANLARI NE TEZ UNUTUN ONLAR ŞEHİTLİKTE BOŞUNAMI YATIR BİZLERİ SATAN AYAZ VEZİROV EYTİBAR MEMEDOV KİMİ ŞEREFSİZLER OLDU SEN ERMENİYLE DİYİL RUSLA SAVAŞTIN DEMEKİ SEN ESKERLİKTE GORXAG OLMUSAN AMA BİZ NAXCIVANDA 1 SANTİM TORPAG VERMEDİK ŞEHİTLERİN HESABINA BÖYLE YAZINCA AZERBAYCANLI OLDUGUNDAN UTANDIM DOSTUM ARAZ 18 YAŞINDA GARABAGA GETİ NE CENAZESİ NEDE ÖZÜ GELDİ KİM İCİN BİZLER İCİN ONLARIN HESABINA TARGOVUDA KAFEDE OTURUP KEF ELEYİRSEN BUNU UNUTMA İNŞALLAH BİR GÜN GELECEK BİZLERDE SAVAŞIP ŞEHADET ŞERBETİNİ İCİP GÖYÜN 2 GATINDA CENETE OLACAGIZ SEN YETERKİ HAZIR DOSTUM NAXCIVANLI .RAMİN

    Reply
  • 14. Anar Ibrahimov  |  07/02/2010 at 01:58

    Kardeshim benim, biraz objektif ol, Garabag gerceklerini bilmen icin kitap okuyup, Nahcivanli olman fevkalade az. Savasharaq shehid olanlara sozumuz yok, onlar zaten iyi olmasaydi, Allah (c.c) onlari bu yuce mertebeye ulastirmazdi. Shehidlik her kese nasip olmaz. Ayrica, Cingiz Mustafayev hic bir zaman eline silah alip doyusmedi, kendisi bir kameraman idi, Garabagda Nahcivanik koyu yakinliginda arkadan vuruldu. Zann ediyorum arkadan vurulduguna gore, vuran kisi Ermeni degil. Diger bir husus, ben Torgovu da degil, Shushada Cidir duzunde kafede oturup keyf cekmek isterdim. Kas ki, bunu mene soydashlarim temin ede bilseydiler, ne ala. Garabag sehidlerinin hesabina simdi ben, maalesef, Torgovu da keyf degil, hasret cekiyorum.

    Reply
  • 15. Ələkbər Eyvazlı  |  07/02/2010 at 20:30

    Düz deyirsən, Anar, gərək ermənilərə verəydik torpağı sən də Cıdır düzündə kef eliyərdin erməni qızlarıynın!!! Sənin bizdəm haqq tələb etməyə ya bizə nəsə iraq tutmağa nə haqqın var? Ən azından savaş başlasa ələ silah alıb cəbhəyə gedən bizlər olacağıq. Sən nə eləmisən bu vətənə ? Bu torpağa? Başqa vaxtı türklükdən danışırsız… Hər kəs həddini bilsə, başını aşağı salıb işini görsə bu ölkədə problem qalmaz.!

    Reply
  • 16. Seymur Sefereliyev  |  08/02/2010 at 20:03

    ede ne bilim eeee….kim ne geldi daniwir,yalan-palan….bilmirler qazanda piwen nedir,deyirler ele bize de bir qawiq ver

    Reply
  • 17. Timur Mehdi  |  09/02/2010 at 15:28

    soylediklerinin yüzde 50 dogru dostum ama azerbaycan ordusuna şah merdan gibi komutanlar lazım ama onuda bir it vurdu neyazıki ama azerbaycanda rüşvet bitmeyince o yaşlanmış agzı kokan hep para düşünen politikacılar gitmeden hada ipe cekmeden karabagı unut belki başım beleya girecek bu yazıdan dolayı ama umrumda diyil ben 15 senedir azerbaycandan uzaxlarda yaşayıram artık yeti aylem orda ben burda kendi dilimi nerdeyse unutum ben kitap okumagıda sevmem cünki sadece 8 sahat boş zamanım var oda uykuma anca yetiyor ben azerbaycandan rüşvet yüzden cıktım polister helede rüşvet istiyor gürcüstana gitinmi hic bak sarkaşvili nebicim kanun koymuş o gürcüstana rüşvetin adını cekene 7 yıl ceza var polis sokakta kimlik sormadan önce vatandaşa sorar yemek yedinmi diye bizde yemek parası istiyor bu rüşvet sahtekarlık haksızlık bitmeden karabagı unut onlar ne edecek karabagı oglu romada tatilde kimin umrunda bizde sadece konuşuyoruz dostum boş veeeeeeeeeeeer ekmegini kazan aylene bak yeter

    Reply
  • 18. Huner  |  10/02/2010 at 22:19

    Qardawim meqalende bezi qebul edilmez sehvlere ve yanliwliqlara yol vermisen.
    1) 2009-2010 illerin herbi büdcesinin hecmini manatdan “dollara” düzgün cevirmemisen.
    MILYON’la MILYARD sözlerini sehv salmisan.
    2) Ordumuzda baw veren son qetliam onu gösterdi ki,problem esgerlerimizin savadsizliginda deyildir.Cümki,ordumuzda baw verenlerin qaynagi-sebebkari,ali tehsil görmüw zabitlerlerdir.
    3) Dawkesendeki herbi hissede,zülme üsyan etmiw ve bir-nece zabiti qetle yetirmiw,esgerlerin özlerini vuraraq öldürmeleri me’lumati tesdiqlenmeyib,eksine hemin esgerlerin öldürülmesi barede,inandirici ve aglabatan me’lumatlar var.
    4) Bir ordunun ki,ali-baw komandani Qarabag savawi zamani sican dewiyinde gizlenibse,ondan ne komandan ve bele komandani olan ordudan ne gözlemek olar.
    5) Ordunun problemini hell etmek ücün:esgerlik 6-9 aya endirilmeli ve esgerliye getmeyene ali tehsil almagin yolu baglanmalidir.Onda Azerbaycanda her wey öz yerine düwecekdir.

    Reply
  • 19. Gatibe Vagifkizi  |  12/02/2010 at 19:41

    MENCE BIZIMM ORDUMUZ EN GÜCLÜ ORDUDUR. ELE OLMASA DA ELE DÜŞÜNÜREM. XAHİŞ EDIREM SIZLER DE ŞERH VERENDE DIQQETLİ OLUN. ÇÜNKÜ BU YAZILARI BİZİ SEVMEYEN, BİZE DÜŞMEN OLANLAR DA OXUYUR. ÖZÜMÜZ ÖZÜMÜZE QARA YAXIB SONRA BAÇQA YERDE DÜŞMEN AXTARMAYAQ. BAŞQA YERDEN KĞMEK UMMAYAQ…..VAR OLSUN AZERBAYCAN MILLI ORDUSU….

    Reply
    • 20. ikivuriki  |  11/01/2013 at 06:47

      müzakirə etməsyib, susub bu günə qalmışıq.

      Reply
  • 21. babazadə  |  16/12/2011 at 20:42

    Anar bu millətin qayğısını çəkirsənsə əyər Türk dilində nöş danışırsan?

    Reply
  • 22. ikivuriki  |  11/01/2013 at 06:46

    əsgərlikdə olmuş biri kimi deyə bilərəm ki, əsgərlərin içində olan “yaxşı oğlanlar” həqiqətən çox axmaq adamlardır. Təəssüf ki, onlar – yəni əsgərlikdəki cəmiyyət bizim millətin xislətini göstərir. Həqiqətən də insanların bir çoxu – xüsusən də savadsız kəsim – hələ də quldur və vor-zakon qaydalarına inanır və bununla yaşayır. Adətən nə ailədə nə də məktəbdə normal tərbiyyə görməmiş insanlar əksər hallarda əsgərlikdə – həyatlarında bir dəfə də olsun – vacib adam, yəni yaxşı oğlan olmaq şansı qazanır…

    Reply
  • 23. AZER-QUBA  |  23/01/2013 at 11:35

    SALAM herbiden xeberi olmuyanlarin yazisi olmasi diqqet cekir. ilk novbede olen esgerler bir-birlerni deyil ermeni terefinden oldurulduyu halda bu qaydani gizletmeyde meqsed o idiki ermeni sevinmesin cunki hemin aralarda ermeniler qisas andi icmiwdiler 3 murderlernin olumne gore. melumati gizli saxlamaqda meqsetde bundan ibaret idi. men esgerlikde olanda 30 esgerin qarwisna cixib afser soyurde doyurde problem deyildi herbi uwaq baxcasi deyil mama uwaqlari evden cixanda bilmelidiki olumnen uzlewmeye gedir

    Reply

Cavab qoy

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Trackback this post  |  Subscribe to the comments via RSS Feed


Qısaltma


Bloqdakı yeniliklərdən xəbərdar olmaq üçün mail adresinizi yazın.

Join 28,548 other followers

Goodreads

No data found
Book recommendations, book reviews, quotes, book clubs, book trivia, book lists

Reklam


Arxiv

Ötən Bülbül

Hava

GISMETEO: Погода по г.Баку GISMETEO: Погода по г.Нахичевань GISMETEO: Погода по г.Ханкенди

Statistika

  • 139,953 ziyarətçi
!function(d,s,id){var js,fjs=d.getElementsByTagName(s)[0];if(!d.getElementById(id)){js=d.createElement(s);js.id=id;js.src="//platform.twitter.com/widgets.js";fjs.parentNode.insertBefore(js,fjs);}}(document,"script","twitter-wjs"); Locations of visitors to this page Rated by MyTOP Kataloq Free counters ILK-10 Azeri Website Directory free counters Free Page Rank Tool Bookmark and Share submitgooglesitemap.com Sitemap Generator Politics Journalist Blogs - BlogCatalog Blog Directory

Feeds

Müəllif Hüququ Qorunur

Creative Commons License
Elnur MAJIDLI - Find me on Bloggers.com

Top Rated


Follow

Get every new post delivered to your Inbox.

Join 28,548 other followers

%d bloggers like this: