Sözsüz Azadlıq
Və yaxud sözün olmadığı yer..
Söz azadlığının olmadığı yerdə qurulan bütün cümlələrin həbsdəki insan kütləsindən heç bir fərqi yoxdur.
Özümüzə senzura qoymaqla fikirlərimizi, sözlərimizi cümlələrimizdə həbs edirik…
Sözümüzü həbs etdikcə, əslində öz azadlığımızı itiririk…
Çünki, Azadlıq Sözdən başlayır…
Söz
Söz, fikrin məntiqi sonluğudur.
Söz, azadlığın yazılı və şifahi təsvir formasıdır.
Söz, azadlıq deməkdir…
Söz Azadlığı olmayan yerdə heç bir ünsür azad deyil…
Azadlığın “A”sı
Azadlıq sözü A hərfiylə başlayır.
A hərfi, eyni zamanda əlifbamızın və dünyanın əksər əlifbalarının ilk hərfidir.
Dünyadakı ilk insanın adı da A hərfi ilə başlayır. (Hz. Adəm)
Mən A-nın hərfdən daha çox, təəccüb ifadəsini bildirən ilk söz olduğunu düşünürəm.
Dünyanın ilk insanının işlətdiyi ilk söz…
Və bu sözlə başlayan azadlıq…
Bu gün
Baxma azadlığımız var, görmə azadlığımız yoxdur.
Təsdiq (etmək) azadlığımız var, etiraz (etmək) azadlığımız yoxdur…
Oxumaq azadlığımız var, yazmaq azadlığımız yoxdur.
Susmaq azadlığımız var, danışmaq azadlığımız yoxdur.
Düşünmək azadlığımız var, fikirləşmək azadlığımız yoxdur.
Ölmək azadlığımız var, yaşamaq azadlığımız yoxdur.
Meyxana (demək) azadlığımız var, ancaq Söz Azadlığımız yoxdur…
Söz Azadlığımız Yoxdursa
Sözümüz yoxdur…
Fikrimiz yoxdur…
Biz yoxuq…
Aramızda insan yoxdur…
Elə isə
Sözümüzü cümlələrdə həbs etməyək…
Sözümüzü boxçalarda gizlətməyək…
Sözümüzlə sözsüzləri sözləyək…
Sözümüzü hər tərəfdə söyləyək…
Söylədikcə
Azadlıq da gələcək….
Entry filed under: Yazı - Məqalə. Tags: a, Adəm, ancaq, ara, azad, azadlıq, çünki, çox, ölmək, öz, ünsür, bax, baxma, baş, başla, büt, bütün, bil, bildir, bir, biz, boxça, boxçalar, bu, cümlə, cümlələr, daha, danışmaq, dünya, düşün, demək, elə, etiraz, etmək, eyni, əksər, əlifba, əslində, fərq, fikir, fikirlər, fikirləşmək, forma, gör, görmə, gün, gəl, gələcək, gizlə, gizlət, gizlətmə, heç, həbs, hərf, hz, ifadə, il, ilk, insan, meyxana, olma, oxumaq, qoymaq, qur, qurul, söz, sözlə, sözlər, sözsüz, senzura, susmaq, təəccüb, təsdiq, təsvir, yaz, yazmaq, yazı, yazılı, yaşamaq, yer, yox, yoxdur, zaman, şifahi.

















1.
Shaig Jafarzade | 26/01/2010 at 04:29
☆☆☆☆!
2.
Elchin Musa | 26/01/2010 at 05:29
Tebrikler, gozel yazidi. Ancaq bir sheyi eleva ederdim ki, bir cox azadliqlari insan ozu ozu ucun yaratmalidir. Meselen, dushunmek azadligimiz oldugunu yazmisiniz, lakin fikirleshmek azadligimiz yoxdur. Insan ozu fikirleshmek istemedikce bu azadligi hec kim ona hediyye etmeyecek. Etriazin da muxtelif formalari var, en boyuk etiraz icden, qelbden gelen etirazdir. Eger bu etiraz da yoxdursa, demeli biz canli iken oluyuk.
3. Tweets that mention Sözsüz Azadlıq « Elnur Majidli – Biz Edəcəyik, Tarix Yazacaq… -- Topsy.com | 26/01/2010 at 18:56
[...] This post was mentioned on Twitter by Elnur MAJIDLI and Elnur MAJIDLI, Elnur MAJIDLI. Elnur MAJIDLI said: Sözsüz Azadlıq: http://wp.me/pH3E4-6T [...]
4.
Mezahir | 27/01/2010 at 02:02
Menim fikrimce azad olmaq ucun evvel insan ozu daxilinde nefsine qalib gelmeyi bacarmalidir. Nefsle azadliq ters mutanasib oldugu ucun bu cox onemli meseledir.
Ikinci Azadliq hec bir zaman insanligina ziyan vermelidir. yeni her seyin bir qaydasi qanunu oldugu kimi Azadligin da var. Ona gore azadliq her sey demek deyil
5.
Pervana Askerova | 27/01/2010 at 09:42
boxça
final super!))
6.
Ferecov Rufet | 27/01/2010 at 09:43
super Aferin!!
7.
Aygun Azizova | 27/01/2010 at 09:44
əhsən müəllifinə!
8.
Ulker | 27/01/2010 at 10:26
Kifayet qeder yaxshi yazidir.Tebrikler!
9.
Babi | 27/01/2010 at 10:33
SUPERB!
10.
Ferid Mehrelizade | 27/01/2010 at 14:18
sizin gozel yazilariniz var elnur bey ugurlar size
11.
Ilyar Mikayilov | 27/01/2010 at 14:19
Yaxsi meqaledi. Sadece “A” herfi ile bagli olan hisseni beyenmedim.
12.
Feride Hacizade | 28/01/2010 at 03:19
Ugurlar.ela meqaledi…
13.
Lale Semedova | 28/01/2010 at 21:04
Təşəkkür edirəm Elnur çoxdandı məni düşündürən bir mövzu barədə yazdığın üçün. Çox gözəl əks etdirmisən minnətdaram.