20 Yanvar
Və yaxud 20 il əvvəl və sonra…
Bu gün 20 Yanvar hadisələrindən 20 il ötür…
Bizi o gecədən, o tarixdən, o millət ruhundan uzaqlaşdıran iyirmi il…
Və illər keçdikcə biz ondan uzaqlaşırıq, o da bizdən…
Həm ruhən, həm mənən, həm fikirnən, həm əməlnən…
20 Yanvar əslində özü bir tarixdir…
Bir günə, bir gecəyə sığışdırılmış böyük bir tarix…
20 Yanvar niyə bizim üçün əhəmiyyətlidir və əhəmiyyətli olmalıdır?
20 il əvvəl…
1990-cı ilin 20 yanvarını yaşayan insanların yaşlarından asılı olmayaraq o dövrdə keçirdikləri hissləri unutmaq asan deyil.
Sovet ordusunun Bakıya girdiyi gecə və həmin günün səhəri atamın Sahib adlı qonşumuzla getməsi, evdə anamızın həyəcanlı danışıqları, silah səsləri, qapımızı möhkəm bağlayıb səssiz halda atamızın gəlişini gözləməmiz, içəriyə atəş açılma ehtimalına qarşı pəncərəyə yaxnlaşmamız, evdə pəncərədən kənarda əyilərək hərəkət etməmiz və s..
O gün ola bilsin ki, nə baş verdiyini tam başa düşə bilməmişdim, ancaq dəhşətli, qorxulu şeylərin baş verdiyinin fərqindəydim – ən azından küçədən gələn qışqırıq qarışıq silah səsləri bizdə kifayət qədər qorxu yaratmışdı…
Lakin əslində o gün bir millətin tarixi yenidən yazılırdı…
O dövrdə Xalq Cəbhəsi Hərəkatının gənc fəallarından olan, bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin öz bloqunda həmin günlə bağlı xatirələrini qələmə aldığı yazıdan təsirlənməmək mümkün deyil.
20 il sonra…
Həmin gecə anadan olan körpə, bu gün iyirmi yaşında bir gəncdir…
20 Yanvar hadisələrinə lazımi qiymət və dəyər verilmədiyini düşünürəm…
20 Yanvar bizim üçün sadəcə matəm günü olmalı deyil…
20 Yanvar, Milli Dirçəlişin, Milli Qurtuluşun simvoludur.
20 Yanvar, bütöv bir millət olaraq həmrəyliyimizi nümayiş etdirdiyimiz nadir günlərdən biridir..
Keçən iyirmi ildə isə çox şey dəyişib…
Hakimiyyətlər, insanlar, fikirlər, maraqlar və s…
Dəyişməyən isə sadəcə o gün həlak olanların soyuq məzarları və məzarlarının üzərindəki şəkilləridi…
Bu gün o məzarlar, üzərinə qoyulan qərənfillərlə bəzənəcək, göz yaşlarıyla islanacaq…
Ancaq sabah…
Ancaq sabah və biri gün yenə şəhidlər xiyabanı səssizliyə qərq olacaq…
Və yenə onları orda yalnız qoyacağıq və 20 yanvardan bir il daha uzaqlaşacağıq…
20 Yanvar, Milli Ruhun, Millət Ruhunun oyandığı gündür.
Bu gün isə o Ruh artıq yoxdur…
O ruhu yenidən oyatmağın yeganə yolu 20 Yanvarı dərk etməkdir…
20 Yanvar
Mənim üçün qətiyyən faciə deyil…
Fəxr günüdür…
Qürur günüdür…
Azərbaycan xalqının qeyri-rəsmi şəkildə istiqlaliyyətini elan etdiyi gündür…
Zəfər günüdür…
20 Yanvar, Azərbaycan xalqının yaxın tarixdə yazdığı ən böyük dastandır…
Bayrağımızdaki qırmızı rəngdir…
20 Yanvar, 27 Aprelin tarixdən silindiyi gündür…
20 Yanvar Bizik…
Bizi unutmayaq…
Allah bütün şəhidlərimizə rəhmət eləsin…
ps. 20 Yanvarla bağlı təxminən 15 il yazdığım şeiri sizinlə paylaşmağı çox istəyirdim. Hazırda Parisdə olduğum üçün bu mümkün deyil, ancaq Strasburqa qayıdan kimi mütləq bu yazının altında həmin şeiri sizinlə paylaşacam.
Entry filed under: Gündəlik. Tags: 1990, 20 janvier, 20 yanvar, açılma, Allah, alt, ana, anam, aprel, artıq, asan, asılı, ata, atam, atamız, atəş, AXCP, Azərbaycan Xalq Cəbhəsi Partiyası, çox, öz, böyük, bütöv, bəzən, bir, biz, bizim, bloq, danışıq, dastan, dövr, düşün, dəhşət, dəhşətli, dərk, dəyər, dirçəliş, ehtimal, Elan, ev, əhəmiyyətli, əməl, əsl, əslində, əvvəl, faciə, fəal, fəallar, fərq, fəxr, fikir, fikirlər, gün, gecə, gəl, gəliş, gənc, gənc fəal, hadisə, hadisələr, hakimiyyət, hakimiyyətlər, həlak, hərəkat, hərəkət, həyəcan, hiss, içəri, il, illər, insan, insanlar, islan, istiqlaliyyət, iyirmi, january, janvier, körpə, küçə, kənar, kifayət, maraq, maraqlar, matəm, möhkəm, mümkün, mən, mənən, məzar, məzarlar, millət, millət ruhu, nadir, nümayiş, niyə, o, OL, ordu, Paris, paylaş, pəncərə, qanlı, qapı, qarışıq, qatar, qürur, qeyri, qələm, qərənfil, qərənfillər, qəti, qətiyyən, qiymət, qonşu, qorxu, qorxulu, qurtuluş, qırmızı, qışqırıq, rəhmət, rəng, rəsmi, ruh, ruhən, sabah, sahib, sədr, səs, səslər, səssiz, silah, silah səsi, silah səsləri, simvol, siz, sover, sovet, sovet ordusu, soyuq, ssri, sssr, strasburq, sığ, sığış, sığışdır, sığışdırıl, tam, tarix, təsir, təxmin, unut, unutmaq, USSR, uzaq, uzaqlaş, uzaqlaşdır, və, Xalq Cəbhəsi Hərəkatı, xatirə, xatirələr, yalnız, yanvar, yarat, yaxın, yazı, yaş, yeganə, yox, zəfər, şeir, şey, şəhər, şəhid, şəhidlər, şəkil, şəkillər, Əli Kərimli.

















1.
Nermin | 21/01/2010 at 08:00
“BAYRAĞIMIZDAKI QIRMIZI RƏNGDİR”—Bundan gözəl bir təsnif………….
Qələminizə qüvvət
2.
Al Dedi Git Dedi | 21/01/2010 at 09:35
günlər keçdikcə uzaqlaşıb-zad etmirik. daha da yaxınlaşırıq. mən bu izdihamı görürəm. Lakin, bir problemimiz var o da qoyun kimi gedib gəlirik. bir tək 20 yanvar günü. başqa vaxtı sevgilimizlə gedirik. biz özümüzü anlamadıqca, baş prokuror hələ də rusiyadan istintaq materiallarını almaqda aciz olduğunu etiraf ettikcə, Allahşükür paşazadə ancaq 20 yanvar günü milli məclisə nəticəsiz müraciətlər etdikcə, ombusman “gay”ların hüquqarını il boyu müdafiə edib, 20 yanvarı ildə 1 dəfə yadına saldıqca hələ çox 20 illər qeyd edəcəyik.
artıq bu günün matəm deyil bir qəhrəmanlıq günü olduğyna hər kəs inanmalıdır. tarix boyu o qədər başarısızlıqlarımız olub ki, yazıq insanlar ki, erməni və yəhudilər ki, dünya içtimaiyyətinə hüququmuzu müdafiə etməyi xahiş edirik. bu da olan şey deyil.
20 yanvar azadlıq günümüzdür. unutmayın.
3. Tweets that mention 20 Yanvar « Elnur Majidli – Biz Edəcəyik, Tarix Yazacaq… -- Topsy.com | 21/01/2010 at 10:04
[...] This post was mentioned on Twitter by Elnur MAJIDLI and Elnur MAJIDLI, Elnur MAJIDLI. Elnur MAJIDLI said: 20 Yanvar http://goo.gl/fb/TNbo [...]
4. uberVU - social comments | 21/01/2010 at 10:07
Social comments and analytics for this post…
This post was mentioned on Twitter by emajidli: 20 Yanvar: http://wp.me/pH3E4-6G…
5.
Lale | 21/01/2010 at 20:11
Elnur çox təşəkkür edirəm paylaşdığın üçün. Dediklərinin əksəriyyəti ilə həmfikirəm, 20 il əvvəlki o ruhu mən də görə bilmirəm indi və çox təəssüflənirəm, bu gün 20 yanvar 2010-cu il ildə bunu bir daha dərk etdim.
20 yanvarı dərk etmək bax budur bütün məsələ.
Və 20 ilin sonunda bir azəri gənci kimi bunu anladım:lənət olsun türk unutqanlığına.
Bir daha təşəkkürlər.
6.
Tamella şirinova | 22/01/2010 at 00:41
cok güzel gardaş ellerine saglık
7.
Osman Sefer | 22/01/2010 at 00:42
aziz ruhlarina fatiha
8.
Kemal Kaya | 22/01/2010 at 00:42
bu yapılan mezalim elbet rusların yanına kalmayacak
bizim birliğimiz arttıkça ve güçlendikçe gün gelecek ruslardan da ermeni eşkiyasından da hesap soracağız.şehidlerimizin ruhu şaad olsun
9.
araz | 22/01/2010 at 21:54
kaşki bir gün gəlsin ki heç Azerbaycan oglu və qizi rusaca ve farsca bilməsin
o gün doğru bağimsizlik günümüzdur
yaşasin Azerbaycan
Araz Tabrizdan
10.
Xezer Ukalayev | 02/02/2010 at 17:35
guzel sozler bide bunlari gerceklestirdikmi turkun karsisinda kimse duramaz
11.
O gün « Elnur Majidli – Biz Edəcəyik, Tarix Yazacaq… / Future is What You Do Now… | 20/01/2011 at 16:30
[...] Keçən il 20 Yanvarla bağlı yazdığım yazını buradan oxuya [...]
12.
Chris | 25/01/2011 at 21:02
I like your writing too.
Thank you.
Chris
13.
Aziza Alili | 03/02/2011 at 16:20
beli facie yox Milli Qürur Günümüz!!!