Həmrəylik Günü və Yeni İl
Başda bütün oxucularım, dostlarım olmaqla Azərbaycan xalqının Həmrəylik Gününü və Yeni İl Bayramını təbrik edirəm.
Bu gün bir ili daha geridə qoyacağıq.
2009-un son günüdü bu gün…
Yeni ilin girməsinə saatlar, dəqiqələr qalıb…
2009-un təhlilini növbəti yazılarda edəcəm, ancaq son günü pozitiv ruhla başa vurmanın tərəfdarıyam.
Yeni ilə daha enerjili, yüksək ruhla girmək arzu ediləndir.
Hər ilin son günü isə eyni zamanda Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür.
Həmrəylik Günü
Bu günün tarixi, 1989-cu il dekabr ayının sonlarında Naxçıvan sərhəddindəki SSRİ hakimiyyətinin çəkdiyi tel məftillərin dağıdılmasına dayanır.
16 dekabr 1991-ci ildə isə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan Heydər Əliyev, 31 dekabrı Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi.
Həmin ildən başlayaraq hər ilin son günü, yeni il bayramıyla yanaşı həmrəylik günü də qeyd olunur.
Heydər Əliyevin həmrəylik gününü təsadüfmü, siyasi qərar və ya tarixi bir hadisə olaraqmı məhz 31 dekabrı elan etməsi barədə dəqiq bir şey deyə bilmərəm.
Ancaq həmrəyliyi ilin son gününə saxlamaq, bəlkə də hər əhəmiyyətli işi sona buraxmağımızın simvolik mənasıdır.
Həmrəylik gününün özü də dünya azərbaycanlılarının həmrəyliyi baxımından simvolik xarakter daşıyır.
Ya da ola bilsin ki, Heydər Əliyev, azərbaycanlıların sadəcə bayramlarda həmrəy olduqlarını düşünərək yeni ilin bayram baxımından çox uyğun olduğunu düşünərək həmin günü seçib.
Məsələn Novruz bayramıyla həmrəylik günü eyni tarixlərdə olsaydı, həmrəyliyin “h”-si belə heç kimin yadına düşməyəcəkdi.
Və yaxud sadəcə süfrə arxasında, toy-bayram məclisində həmrəy olmamalıyıq, çünki əsl həmrəylik fikirdə və əməldə olur.
Yeni İl
Bu yaxınlarda facebookdakı dostlarımın Noel (Christmas) bayramını təbrik edəndə konservativ düşüncələrə sahib bir dostum, məni “Avropa dəyərlərinə uyaraq” bu bayramı qeyd etdiyimi yazmışdı.
Əslində mən həmin günü xüsusi təmtəraqla qeyd etmədim, sadəcə facebookdakı fransız, ingilis, xarici və bu bayramı qeyd edən dostlarımı təbrik etmək üçün mesaj yayınladım.
Əslində bu gün dini gündür, dünyadakı ən böyük dinlərdən biri olan xristianlığın peyğəmbəri Həzrəti İsanın doğum günüdür, başqa bir deyişlə bir peyğəmbərin mövlud günüdür.
Dinlər arası qarşılıqlı dialoq və mədəniyyət paylaşımının olmasının əhəmiyyətli olduğunu düşünən bir insan kimi, xristian qərb dünyasının başqa dinlərə verdiyi əhəmiyyəti, başda ABŞ prezidenti Obama olmaqla, Fransa prezidenti Sarkozi və digər qərb dünyası liderlərinin, rəsmi şəxslərinin, din adamlarının başqa dinlərə mənsub olanların, o cümlədən islam dünyasının, müsəlmanların dini bayramlarını təbrik edirlərsə, iftar süfrəsi açırlarsa eyni həssaslığı, İslam dünyası liderlərinin və o cümlədən bütün dünya müsəlmanlarının da başqa dinlərə sitayiş edən insanlara göstərməsinin vacib olduğunu düşünürəm.
Qeyd etdiyimiz yeni il, bir neçə gün təhrifini saymasaq bir peyğəmbərin ad gününün qeyd olunmasıdır. Bu gün qlobal bayrama çevrilən bu gün, əslində dini boyutları yüksək ruhani bir gündür.
Son olaraq
Hər yeni il, yeni arzu, yeni fikir, yeni həyəcan deməkdir…
Yeni ilin həm Azərbaycan üçün, həm də bütün dünya və insanlıq üçün uğurlu və xeyrli bir il olmasını arzu və ümid edirəm.
Həmrəy olmasaq da olar, təki bildirməyə rəyiniz olsun.
Yeni iliniz və Həmrəylik Gününüzü təkrar təbrik edirəm.
Həmrəy və Yeni Hörmətlə
Entry filed under: Gündəlik. Tags: 16, 1989, 1991, 2009, 31 dekabr, ABŞ, adam, ali, arxa, arzu, avropa, Azərbaycan, azərbaycanlı, azərbaycanlılar, çək, ümid, bayram, bayramlar, baş, böyük, bütün, bəlkə, boyut, bugün, cümlə, christmas, daş, dağ, dünya, Dünya Azərbaycanlıların Həmrəylik Günü, düşüncə, dekabr, demək, dəqiq, dəqiqə, dəyər, dialoq, din, dini, dinlər, dost, dostlar, doğum, Elan, Elnur Majidli, Elnur Məcidli, əhəmiyyət, əməl, əsl, facebook, fikir, fransa, fransız, gün, hadisə, hakimiyyət, haydar aliyev, hörmət, heyder eliyev, Heydər Əliyev, həmrəy, həyəcan, həzrət, iftar, il, ingilis, insan, insanlıq, islam, iş, konservativ, lider, mövlud, müsəlman, mesaj, məclis, mədəniyyət, məftil, məna, mənsub, muxtar, Naxçıvan, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Ali Məclisi, növbə, noel, obama, oxu, oxucu, peyğəmbər, pozitiv, prezident, qeyd, qərb, qlobal, respublika, rəsmi, rəy, ruh, ruhani, saat, sahib, sarkozi, sarkozy, saxlamaq, süfrə, sədr, sərhəd, simvol, simvolik, sitayiş, son, ssri, tarix, tarixi, tel, təbrik, təhlil, təhrif, tərəf, tərəfdar, təsadüf, toy, USSR, vacib, xalq, xarakter, xarici, xüsusi, xristian, xristianlıq, yad, yayın, yazı, yüksək, yeni, zaman, şey, şəxs, İsa.
Şərhlər Add your own
Cavab qoy Cancel reply
Trackback this post | Subscribe to the comments via RSS Feed

















1.
Farid | 02/01/2010 at 23:27
Həmrəy olmasaq da olar, təki bildirməyə rəyiniz olsun.
Raziyam ! Bitki kimi ya$ayib bu dunyadan getmeyek…
2.
Ilkin Milli | 03/01/2010 at 00:41
dəyişən təqvimdi il yox
3.
Al Dedi Git Dedi | 03/01/2010 at 00:43
Ilkin Milli kimdir?
4.
Ismail Yilmaz | 03/01/2010 at 00:45
SAĞOL SENINDE
5.
Jale Aghaeva | 03/01/2010 at 00:48
oxumusam, gozel yazidir ..
6.
Lalita Shirin | 03/01/2010 at 00:49
Congratulations And Happy New Year 2010 !!!
7.
Shelale Tahirli | 03/01/2010 at 00:50
bahem
8.
Ofeliya Babayeva | 03/01/2010 at 01:16
Azerbaycan xalqina hemrey olmagi arzulayiram bu yeni ilde!!
9.
Elvira | 03/01/2010 at 20:09
Men de butun Azerbaycanlilara hemrey olmagi arzulayiram.Bir de onu demek isteyirem ki,eslinde butun peygemberler her bir muselman uchun ezizdir,o cumleden Hz.Isa.
10.
Orxan Abisov | 03/01/2010 at 22:36
salam necesen
11.
Orxan Abisov | 03/01/2010 at 22:36
mende senin yeni ilni tebrik edir sene yuz bele yeni il arzu edirem amin
12.
Gulus Mustafayeva | 03/01/2010 at 22:37
cox sagolun sizinle bahem.ugurlar,bol-bol wanslar arzulayiram..
13.
Одинокий Симон | 03/01/2010 at 22:38
Happy New Year 2010 !!!
14.
Mehriban Imran | 03/01/2010 at 22:39
geseydi…tesekkurler:))
15.
Asena Azer | 03/01/2010 at 22:39
Sizin de bayramlarınız mübarek…İnşALLAH hemişə həmrəy olariq…
16.
Gunel Azizova | 03/01/2010 at 22:40
Tesekkurler.her zaman hemrey olmaq arzusu ile….
17.
Ofeliya Babayeva | 03/01/2010 at 22:41
AMIN!!!
18.
Bayram Nacafov | 03/01/2010 at 22:42
Butun azer xalqina arzu edirem ki hemrey ve acilmaz yumruq kimi olsun.haminizin hem azerbaycandaki hemvetenlerimiz hemdeki xaricdeki soydashlarimizin bayrami mubarek
19.
Abdulla Tağıyev | 04/01/2010 at 00:01
Men de bu hemreylik gununde Shere cixdim,distlarimla bayraq aksiyasinda ishtirak edirdim,hamiya milli bayragizi payladiqve tebrik etdik.Gozel bir gun idi..
20.
Shahane Ibrahimzade | 04/01/2010 at 19:36
gozel arzulardi sizinle bahem lakin hemreyliyi unudun! menim nenem demeli aglabatan dua eliyin! xixixi)))
21.
Shasha Ibish | 05/01/2010 at 03:42
gozel arzulardi sizinle bahem lakin hemreyliyi unudun! menim nenem demeli aglabatan dua eliyin! xixixi)))
22.
Terlan Abbasov | 05/01/2010 at 03:45
çox sağol elnur qardaşım. məndə hamının keçmış yeni ilini və həmrəylik gününü təbrik edirəm. bu yeni ildə hamının ürəyində nə arzu varsa hamısı yerinə yetsin.AMİN
23.
2009 Necə Keçdi? « Elnur Majidli – Biz Edəcəyik, Tarix Yazacaq… | 05/01/2010 at 06:49
[...] Həmrəylik Günü və Yeni İl – Həmrəylik və Yeni İl Bayramlarını Təbrik Yazısı [...]