Yol

19/12/2009 at 03:10 22 şərh

Yol – iqtisadiyyat, mədəniyyət, bir sözlə həyat deməkdir. – Heydər Əliyev

Söhbət yoldan düşdüyü üçün ümummilli liderimiz, dahi öndərimiz Heydər Əliyevin yol ilə bağlı müdrik kəlamlarından biriylə yazıma başladım.

Bu gün Azərbaycanda yolların ümumi vəziyyəti, əslində ölkədəki analoqu olmayan inkişafın bariz nümunəsidir.

Təhsil, iqtisadiyyat, mədəniyyət, səhiyyə, təhlükəsizlik və digər bütün sahələrdə gedən yüksək irəliləyişin aynasıdır yollar…

Yol problemi

Son günlərin ən aktual mövzusu olan Bakı-Şamaxı yolu, təmir-bərpa işləri aparıldıqdan sonra qısa müddətdə çökən ilk yol deyil…

Hər ay demək olar ki, Bakı meri Hacıbala Abutalıbovun çəkdirdiyi paytaxt yollarının davamlı çökdüyünün şahidi oluruq.

Bakının yollarını düşbərəyə çevirən Abutalıbov, çox gümanki paytaxt sakinlərinin əsəblərindən də sirkə çəkmək istəyir.

Bu ilin mart ayında Bakıda olarkən yaşadığım binanın önündən çəkilmiş yeni asfaltın əridiyini görəndə təəccüblənmişdim.

Saxta inkişaf, sabun köpüyü kimidir – gec-tez reallıq üzə çıxır.

Yol ilə bağlı digər bariz örnəklərdən biri isə Ələt-Hacıqabul yoludur.

2003-cü ildə istifadəyə verilən 44 km uzunluğundakı bu yolun çəkilməsi üçün 4 ildə 44 milyon dollar vəsait xərcləndi.

İki ildən sonra isə yolun bir hissəsi çökdü və Azərbaycan höküməti bu yolu yenidən dövlət büdcəsi hesabına bərpa etdi, lakin bu da çarə olmadı – bu ildən isə yolun böyük hissəsində yenidən təmir işləri aparılmağa başlandı.

2007-ci ildə isə Ələt-Astara magistral yolunun 58-ci kilometrində, Kür çayının qollarından biri olan Akkuşa çayı üzərində yerləşən yeni istifadə verilmiş körpünün bir həftə sonra çökməsi isə artıq bir çoxlarının dilində lətifəyə çevrilmişdi.

Bu cür misallar çoxdu ki, nə yazmağa mənim, nə oxumağa sizin zamanınız çatmaz, nə də yazı buraya sığmaz.

Bakı-Şamaxı Yolu

Bu yolun yenidən qurulmasına 2008-ci ilin may ayından başlanılıb.

Yolun birinci hissəsini (9-77-ci km) Akkord Şirkətlər Qrupu, ikinci hissəsini isə (78-123-cü km) “AzərTikintiServis” çəkib.

Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının  “Azərbaycan magistral avtomobil yolu-2″ layihəsi çərçivəsində  yenidən qurma işləri aparılan bu avtomobil yolunun ümumi layihə dəyəri 78 milyon manat və yaxud 100 milyon dollardır.

100 milyon dollarlıq yolda, açılışından 20 gün sonra çökmələrin meydana gəlməsini heç bir yüngül ifadəylə açıqlamaq mümkün deyil.

Və bu yol istismara verilmədən əvvəl də bir neçə dəfə dağıntıya məruz qalıb.

Yayda tamamlanması gərəkən yolun 4-5 ay gecikməylə tamamlanmasının ən gözəl meyvəsi də 20 gün sonra çökməsiydi.

Əslində çökən sadəcə o asfalt deyil, eyni zamanda analoqu olmayan inkişafdı, aparılan ümummilli təbliğatlardı…

Körpü yolun bir hissəsi olarsa

Heydər Əliyevin “Körpü yolun bir hissəsidir” aforizmini bilməyən yoxdur.

Mən düşünürəm ki, artıq bir çox məmur bu aforizmi prinsip halına gətirib.

Əvvəlcə yol salırlar – yol çökür…

Daha sonra həmin yolu daha bir neçə dəfə “əlləşdirirlər”.

Gördülər olmur, həmin yolun üstündən bir də körpü çəkirlər…

Bu da olur analoqu olmayan inkişaf…

Ataloqu olan inkişafların da ağzı qalır açıq…

Lənət kor şeytana ancaq, belə baxanda Bakıdan Şamaxıya da körpü çəkmək pis fikir deyil…

Guinnes Rekordlar Kitabına belə girə bilərik..

Körpünün uzunluğu ilə yox..

Yeyintinin rekord qırmasıyla…

Digər variant

Yol, əslində torpağın örtüsüdü, başqa bir deyişlə paltarıdı..

Torpaq da canlıdı – bəlkə danışa bilmir, ancaq əminəm ki, Azərbaycanın reallıqlarını bizdən yaxşı bilir…

Ola bilsin, artıq o da dözmür  bu qədər avam yerinə qoyulmasına, keyfiyyətsiz asfaltın ona sırıdılmasına..

Torpaq da artıq “atkaz” edir, keyfiyyətsiz paltardansa çılpaq olmağı tərcih edir…

Dünya standardı

Bizdə artıq adət halını alıb..

Bulvarda adi bir tualetin açılışını edəndə belə mütləq “dünya standartlarına uyğun” kəliməsi işlədilməlidi.

Bakı-Şamaxı yolunun açılışından bir gün sonra başda “İki Sahil” qəzeti olmaqla, bütün iqtidar mediası özünü elə o yola buraxaraq bu yolun “dünyanın ən yüksək standartlarına” cavab verdiyini yazdı.

İndi isə mən soruşuram:

Hansı dünya standardı?

Kimin dünyası?

Kimin standardı?

Yüksək standart imiş…

Heç zart da deyil, zırt da deyil…

Bu gün və Gələcək

Azərbaycanın bu günü, 20 gün içində ələyə dönən bu yolun standartındadır.

Gələcəyə gedən yol da, elə Bakı-Şamaxı yolundan keçir…

Bərbad yol tutanın isə gələcəyi də bərbaddır…

Abad yolumuzun və gələcəyimizin olması ümidiylə..



About these ads

Entry filed under: Gündəlik, Təhlil - Analiz. Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , .

İki Qız Bələdiyologiya

Şərhlər Add your own

  • 1. Samir  |  19/12/2009 at 04:55

    :D lol true

    Reply
  • 2. Turxan  |  19/12/2009 at 06:17

    Maraqli yazi idi.
    Yol tiken memur da, yola nezaret eden polis de, o yola pul ayoran nazir de daha cox pul cirpishdirmaq niyyeti ile ish gorurse, demeli orada keyfiyyet axdarmaq ebes olar.
    Teessuf.

    Reply
  • 3. Elşen Nebiyev  |  20/12/2009 at 14:29

    Azerbaycan baki samaxi yoluna 100 milyon dollar yerine mence 1 milyonda qoymayib sifirlar sehv olub orda qoyssaydi o qeder pulu 20 gun yox 20 il gederdi ama pulu ciblerine qoyanlar 20 gun yox omrunun axrina kimi rahat yasayacaq ve bizede hele asfaltdan danisacagik ama o Azerbaycanin asfaltlarini tikib tokecek ama eveeeelllll axir olarin da sonu gelecek

    Reply
  • 4. Elchin Rashidov  |  20/12/2009 at 14:35

    Məntiqi tuta bilmədim:

    “Söhbət yoldan düşdüyü üçün ümummilli liderimiz, dahi öndərimiz Heydər Əliyevin yol ilə bağlı müdrik kəlamlarından biriylə yazıma başladım.”

    Reply
  • 5. Elçin Rəşidov  |  20/12/2009 at 14:42

    Əvvəli məntiqsiz başlayıb:
    “Söhbət yoldan düşdüyü üçün ümummilli liderimiz, dahi öndərimiz Heydər Əliyevin yol ilə bağlı müdrik kəlamlarından biriylə yazıma başladım.”

    Odur ki qalanını oxuya bilmədim :)

    Reply
  • 6. zafar  |  20/12/2009 at 15:30

    Chox aktual bir movzuya toxunulub. Bu haqda her bir azerbaycan vetandashi dushunmelidi.

    Sozun duzu bu yolun 20 gune chokmesi meni teecublendirdi. Men 2-3 ay sonra chokeceyini dushunurdum.

    Teki can saglili olsun, tezesini chekerik. Ozude venera standarti ile.Gorurem ki, dunya standarki bizim bezi memurlara yaramir.Amma bu hadiseni butunlukde iiqtidarin gunahi hesab etmirem.

    Sapi ozumuzdendir devizi altinda, bezi insanlari cezalandirmaq lazimdir ki, bele neqativ hallar bash vermesin.

    Hormetle NOVRUZOV ZAFAR.

    Reply
  • 7. Not Corrupted  |  20/12/2009 at 20:06

    yazi ile tamamile raziyam, hele deyirler cenab Cavid Qurbanovun oglu mashinlarinin sayini itirmekle yanashi, qolunda Ulysse Nardin Chingizkhan model saat taxir. Ve bu saat da dunyada en bahali saatlardan biri hesab olunur – qiymeti – 534,000 avro. teqriben 50 km asfalt – rus demishken – podumaesh!!!

    Reply
  • 8. ibrahim  |  21/12/2009 at 04:14

    Azerbaycanda en cox yeyinti yol tikintisindedir,sebebini sorusublar ki bes neye gore cox baha basa gelib? cavabi bele olub yol tikintisi zamani vetendaslara odenilen kompensasiyalara gore.resurs sehv etmiremse Aljazeere olmalidir.1 dovlet ki prezidentinden tutmus xirda memuruna geder rusvetle var dovlet qazanirsa,analoqsuz sadece inkisaf eder. Analoqu olmayan inkisafa gore dahi liderimiz,mohterem prezidentimizin oglu indiki prezident ilham aliyeve minnetdariq:))))))

    Reply
  • 9. Murad Polad  |  23/12/2009 at 15:27

    Guinnes kişinin kitabinda yer qalıb ki?

    Reply
  • 10. Ahmet Çelebi  |  23/12/2009 at 15:28

    çok güzel

    Reply
  • 11. emajidli  |  23/12/2009 at 15:28

    Murad bizimkiler ona da yer eder Guinnesin kitabinda :) dolu marshrutlarda “mehriban olun” prinsipini burda ishletmek olar

    Reply
  • 12. Murad Polad  |  23/12/2009 at 15:29

    :D Super !

    Reply
  • 13. Elchin Rashidov  |  23/12/2009 at 15:30

    O cür başlıqdan sonra, məncə qalanını oxumağa dəyməz :)

    Reply
  • 14. Shovket Mamedova  |  23/12/2009 at 15:35

    hecde teeccublu gelmedi mene,her isimiz ele deyil?

    Reply
  • 15. Turkan Rustemli  |  23/12/2009 at 15:36

    Eslinde bizim her sheyimiz beledide.Insanlarin yaxshi yashamasi ucun hec ne edilmir.Amma 1 yolu belke 10 defe qazib tezden cekirler.Millet acindan olur ama bunlar yeni idareler acir(ora oz qohumlarini qoyur),yollar cekilir(1 hefte sonra dagilir),xarici mugenniler getirilir(yene ozderi gedir) amma hec kim demir ki bu millet nece yashayir?Amma ki millet yene susur.Susduqca sira yene bize gelecek…

    Reply
  • 16. Fuad Memmedli  |  23/12/2009 at 15:38

    orda bir yol var uzaqda.o, yol bizim yolumuzdu!donmesekde, varmasaqda o, yol bizim yolumuzdu.Ebulfez Elcibey

    Reply
  • 17. Mirza Abdullayev  |  23/12/2009 at 16:18

    Elnur, bu yol chox ensiz ve keyfiyyetsiz yoldur, hamimiz yerleshmerik :-) ))

    Reply
  • 18. Mujgan Ismayilova  |  23/12/2009 at 16:19

    birteher gederikde:))o boyda zehmet cekib:))

    Reply
  • 19. emajidli  |  23/12/2009 at 16:20

    Mirze “mehriban olun” prinsipyle hamimizi yerleshdirerler:)

    Reply
  • 20. Güney Azerbaycan İstiqlal Partiyası  |  27/12/2009 at 20:18

    http://www.facebook.com/video/video.php?v=106959615984093&ref=mf

    Reply
  • 21. Tamilla Efendiyeva  |  27/12/2009 at 20:19

    privet!Fatya eto ti? Servier? esli da, to ti super izmenilas!

    Reply
  • 22. Orxan Haciyev  |  27/12/2009 at 20:20

    Bir onu bilirem ki ele pis rehber olmuyub bu kishi

    Reply

Cavab qoy

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Trackback this post  |  Subscribe to the comments via RSS Feed


Qısaltma


Bloqdakı yeniliklərdən xəbərdar olmaq üçün mail adresinizi yazın.

Join 28,548 other followers

Goodreads

No data found
Book recommendations, book reviews, quotes, book clubs, book trivia, book lists

Reklam


Arxiv

Ötən Bülbül

Hava

GISMETEO: Погода по г.Баку GISMETEO: Погода по г.Нахичевань GISMETEO: Погода по г.Ханкенди

Statistika

  • 139,912 ziyarətçi
!function(d,s,id){var js,fjs=d.getElementsByTagName(s)[0];if(!d.getElementById(id)){js=d.createElement(s);js.id=id;js.src="//platform.twitter.com/widgets.js";fjs.parentNode.insertBefore(js,fjs);}}(document,"script","twitter-wjs"); Locations of visitors to this page Rated by MyTOP Kataloq Free counters ILK-10 Azeri Website Directory free counters Free Page Rank Tool Bookmark and Share submitgooglesitemap.com Sitemap Generator Politics Journalist Blogs - BlogCatalog Blog Directory

Feeds

Müəllif Hüququ Qorunur

Creative Commons License
Elnur MAJIDLI - Find me on Bloggers.com

Top Rated


Follow

Get every new post delivered to your Inbox.

Join 28,548 other followers

%d bloggers like this: