Qadın və Demokratiya

03/12/2009 at 16:55 53 şərh

və yaxud Demokratiya bir qadın olsaydı…

Demokratiyanın bərqərar olduğu ölkələrdə qadına verilən dəyər, qadınların cəmiyyətdəki sosial aktivliyi, qadın-kişi bərabərliyi digər ölkələrlə müqayisə edilməyəcək qədər inkişaf edib.

Bir ölkədə qadın haqlarını incələməklə o ölkənin demokratik dəyərlərə verdiyi əhəmiyyəti tam olaraq bilmək olar.

Qadın

Qadın, sosial həyatda ən az  kişi qədər əhəmiyyətli obrazdır.

Qadın eyni zamanda rəqabət və inkişaf simvoludur.

Qadın bizi dünyaya gətirən anadır…

Sadəcə kişilərin ön planda olduğu cəmiyyət tam inkişaf edə bilməz, şikəst insana bənzər.

Qadına verilən dəyər, dolayısı ilə onun etdiklərinə verilən dəyərdir.

Bir kişinin dəyəri, onun qadınına verdiyi dəyərdən asılıdır.

Qadın haqqında ifadə edilən bir fikir, əslində o fikiri ifadə edənin yaşadığı həyat tərzinin özətidir.

Bəşəriyyətin var olmasında qadının rolu mühümdür.

Mühüm olan hər şey bir dəyər olduğu kimi, qadınlıq da bu dəyərlərdən biridir.

Bir dəyəri alçaltmaq, o dəyəri alçaldan insanın alçalması deməkdir…

Demokratiya

Yunan dilində dimokratia, yəni dimos (xalq, əhali) və kratia (iqtidar) sözlərinin birləşməsindən ortaya çıxan bir məfhum…

Qısa olaraq desək xalq və iqtidar ittifaqı…

Başqa bir deyişlə bir xalqın bərabərhüquqlu şəkildə öz iqtidarını seçdiyi və o iqtidara ortaq olduğu bir dəyərlər sistemi

Çərçivələr daxilində geniş azadlıqlar tanıyan bir idarə şəkli də deyə bilərik.

Demokratiyanın müxtəlif tətbiq formaları olsa da əhəmiyətli olan məna dəyərini itirməməkdir…

İqtidarı seçən xalq, xalqına tabe olan iqtidar prinsipi…

Adının yanında Respublika sözünü işlədən hər bir dövlət, əslində bu prinsipi qəbul etdiyini göstərir.

Ancaq, bu prinsipin tətbiq edilməsində problemlərin mövcud olduğu “respublika” ölkələr də az deyil…

Kratianın Dimosa etdikləri

İqtidar və xalq birlikdəliyi əslində bir ailə fəlsəfəsidir.

İqtidarı iqtidar edən xalqdırsa, kişini kişi edən də onun qadınıdır.

Hər bir iqtidarın öz xalqıyla çəp gəldiyi, sözlərin üst-üstə düşmədiyi zamanlar ola bilər, hər bir ailədə olduğu kimi…

Burda əhəmiyyətli olan iqtidarın öz xalqına, bir kişinin öz qadınına verdiyi dəyərdir.

Və ortaq məxrəcə gəlmək üçün əsas vəzifə də iqtidarın, yəni kişinin üzərinə düşür.

Çünki, ona iqtidarı verən xalq, onu ailə başçısı edən qadındır.

Öz xalqıyla yaranan problemin həlli, iqtidarın – qadınıyla arasında yaranmış problemin həlli kişinin əlindədir.

Və yenə burda iqtidarın və kişinin nə edəcəyi əhəmiyyətlidir…

Problemin həllini, xalqına zorakılıqda görən iqtidar, qadınına əl qaldırmaqda görən bir kişi sadəcə özünü kiçildər və dəyərsizləşdirər…

Problemin həllini qarşılıqlı müzakirə etmək yerinə, güc tətbiq edilməsi sadəcə radikallıq və nifrət yaradar…

Beləliklə xalq və iqtidar, qadın və kişi arasında olan ailəvi birlikdəliyin ahəngi pozular.

Bütün ümidlər tükəndikdən, aradakı körpülər yandırıldıqdan sonra bir xalq üçün sonuncu çarə öz iqtidarını devirməkdir, bir qadın üçünsə öz ərindən boşanmaq…

Bir xalqın öz iqtidarını devirməsi, o iqtidarın şərəfsizliyindən, bir qadının öz kişisini boşaması isə, o kişinin alçaqlığından xəbər verir…

Ölkə səviyyəsində bir neçə nümunə verməklə yazımı bitirmək istəyirəm.

Amerika Birləşmiş Ştatları (ABŞ), Fransa, Almaniya, İsveç, İngiltərə kimi inkişaf etmiş ölkələrdə demokratiya, azad bir qadına bənzəyir.

Türkiyə kimi inkişaf etməkdə olan ölkələrdə isə, demokratiyanın vəziyyəti hamilə qadını xatırladır.

Bir tərəfdə uşağın olmasını istəyən və buna görə bütün sancılara qatlanan bir qadın , digər tərəfdə isə uşağı qadına bağlılıq təhlükəsi olaraq görən bir kişi…

Təbii ki, belə bir vəziyyətdə uşağın ölü doğma ehtimalı da var…

Və nəhayət Azərbaycan və onun kimi demokratiyanın yerində saydığı, hətta heç olmadığı “respublika” ölkələrdə demokratiya, öz kişisi tərəfindən zorakılığa məruz qalan, uşağı abort etdirilən, təcavüz edilən, hər gün döyülüb söyülən, evdən bayıra çıxmasına icazə verilməyən qadının halına bənzəyir.

Seçim isə Sizindir..

Sizə hörmətlə

Entry filed under: Yazı - Məqalə. Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , .

Nəzrin və Siz But They Did Not Give Up…

Şərhlər Add your own

  • 1. Selcan  |  03/12/2009 at 17:09

    Maragli yazidir.Qadina bucur deyer verilmesi mence cox eladir.Ve bucur Azadligla muqayise olunmasi teqdire layiqdir.Oxumaga deyer yazidr Ela

    Reply
  • 2. Murad Hesenli  |  03/12/2009 at 17:21

    qadin ve damokratiya.Ve ya kucede kaleska suren kishiler

    Reply
  • 3. Selcan Ismayilova  |  03/12/2009 at 17:23

    Kaleskanin ne dexlisi Demokratiyaya annlamadim ))))

    Reply
  • 4. Murad Hesenli  |  03/12/2009 at 17:24

    qoy cemiyyet liberallashsin bunu goreceksin.

    Reply
  • 5. Selcan Ismayilova  |  03/12/2009 at 17:25

    )))))))) senin mentiqivi coze bilmedim biraz aydin yaz

    Reply
  • 6. Murad Hesenli  |  03/12/2009 at 17:30

    Bizim mentalitetde qadinin demokratikleshmesine ehtiyyac yoxdur.Mnetalitet qadina kifayet qeder azadliq verib.Qedim turk qadini kishi ile doyushe gedirirdi.gozunuzun onune Nigari Heceri , Cavidanin xanimini, Burla xatunu getirin.Avropa sayagi demokratiya olsa biz kaleska surecik.Fikrim aydin oldu?

    Reply
  • 7. Meshedi Rufat Abbasi  |  03/12/2009 at 17:36

    patriarxal…Selcan qaranlıq otaqda qara pişik axtarma…

    Reply
  • 8. Selcan Ismayilova  |  03/12/2009 at 17:37

    Oho sen Irelicisen he mence mentiqin duz deyil beledeki kaleska suremyin neyi pisdir ki, mence isteyen kishi surer istemeyen surmez.Birdeki siz qadina azadlig deyende bir bunumu anlayirsiz yani sizin indi dedikleriniz tebii chatdi amma men razi deyilem

    Reply
  • 9. Murad Hesenli  |  03/12/2009 at 17:40

    ola biler menimle razilashmaq mecburiyyetiniz yoxdu.

    Reply
  • 10. Murad Hesenli  |  03/12/2009 at 17:41

    bir de ne ile razi olmadiginizi deseydiz razi olardim.Nigar ,hecer sohbeti yoxsa……

    Reply
  • 11. Ceyhun Hasanov  |  03/12/2009 at 17:43

    patriaxal, feodal!!

    Reply
  • 12. Ceyhun Hasanov  |  03/12/2009 at 17:43

    vəya babalarının havasına oynayan.

    Reply
  • 13. Meshedi Rufat Abbasi  |  03/12/2009 at 17:44

    Qardaş elə sözlər demə başa düşməyəcək…)))

    Reply
  • 14. Murad Hesenli  |  03/12/2009 at 17:45

    can

    Reply
  • 15. Ceyhun Hasanov  |  03/12/2009 at 17:45

    onda yeyib içib birdə yeni ulduza bax ))

    Reply
  • 16. Meshedi Rufat Abbasi  |  03/12/2009 at 17:50

    Murad sən bilərsən Niyə makedoniyalı İsgəndərin qabağına Nüşabə çıxmışdı…:D

    Reply
  • 17. Selcan Ismayilova  |  03/12/2009 at 17:51

    Yani bura kaelska surmeyin ne dexli var.Beledeki mence azadlig baskadir burda kimsenin huququ tapdanmamlidr elede kishinin Men bele dusunurem ne cixsa qadinlardan cixacag yani kaleskayla kishilik gedecekse onda )))))))

    Reply
  • 18. Murad Hesenli  |  03/12/2009 at 17:51

    yox

    Reply
  • 19. Ceyhun Hasanov  |  03/12/2009 at 17:52

    Məncə kişilərin də kaleska sürmək hüququ olmalıdır :D

    Reply
  • 20. Meshedi Rufat Abbasi  |  03/12/2009 at 17:52

    Selcan elüvün xamırı ilə kişi işinə qarışma…Bax bu çox pis qəbilə rəisidi…Sonra bizi döyer…)))

    Reply
  • 21. Murad Hesenli  |  03/12/2009 at 17:53

    selacan xanim ve digerleri yazdigim bu sherhi xahish edirem dogru anlamda qebul edin.qizin qadin olmasi ucun bir gece lazimdirsa oglanin kishi olmasi ucunse iller.Her oglana kishi demirler

    Reply
  • 22. Ceyhun Hasanov  |  03/12/2009 at 17:55

    Meşədi, mən tarixi-Nadiri yarısına qədər oxumuşam amma hələ də başa düşməmişəm niyə Makedoniyalı İsgəndərin qabağına Nüşabə çlıxıb, bu Muradçik hardan bilsin? ))

    Reply
  • 23. Murad Hesenli  |  03/12/2009 at 17:55

    Xahish edirem artiq derecede.Murad

    Reply
  • 24. Ceyhun Hasanov  |  03/12/2009 at 17:56

    yeqin makedoniyalı İsgəndər hələ kişi olmamışdı :D

    Reply
  • 25. Meshedi Rufat Abbasi  |  03/12/2009 at 17:56

    reqressiv SEXSİST…

    Reply
  • 26. Selcan Ismayilova  |  03/12/2009 at 18:05

    ))))))))))))))))))))))))Ay Meshedi

    Reply
  • 27. Ceyhun Hasanov  |  03/12/2009 at 18:05

    Vay seni genderist Meşədi )))

    Reply
  • 28. Ceyhun Hasanov  |  03/12/2009 at 18:05

    Murad hara qachdin?? )))

    Reply
  • 29. Selcan Ismayilova  |  03/12/2009 at 18:10

    Murad Ireliiiiiiiiii cixda hardasan Meshediden qorxduda )))))) Meshedi qudretin burdada gorundu

    Reply
  • 30. Ceyhun Hasanov  |  03/12/2009 at 18:11

    Men icaze vermerem ki sene kaleska surdursunler, geri qayit, nolar )))

    Reply
  • 31. Meshedi Rufat Abbasi  |  03/12/2009 at 18:11

    Həzrət Abbas haqqı təbriz muzeyində 3000 illik ekspanatlar gördüm…Amma beləsini görməmişdim…

    Reply
  • 32. Selcan Ismayilova  |  03/12/2009 at 18:13

    )))))))))))))))

    Reply
  • 33. Lale  |  03/12/2009 at 19:03

    maraqli yazi ve yanasmadi cox sag ol bolusduyun ucun

    Reply
  • 34. Esmer Qesemli  |  03/12/2009 at 19:24

    size cox amma cox tesekkur edirem bele bir aktual movzu ucun heqiqeten qadin cemiyyet ucun ucun vazgecilmezdir qadin ele boyuk bir varliqdir ki cemiyyetde her zaman boyuk deyisiklikler ede biler ozunuz dediyiniz kimi demokratiya cemiyyetde ve xalq icinde beraberlikdir ailede bu beraberliyi qadin temin edir unutmayaq ki aile kicik bir cemiyyetdir……..

    Reply
  • 35. gulusw  |  03/12/2009 at 19:27

    deyesen cox maraqli sohbet gedir…

    Reply
  • 36. Abbas Ahmedli  |  03/12/2009 at 20:40

    kefsiz de diirem :-) maragli ve keyfiyyetli yazidi, ELnur tebrikler. amma bir sheyi de yaddan chixartmamaq lazimdi, xaricde gorulen ve oyrenilen, tedbiq edilen bir sheyi eynisiyle AZda tedbiq elemek duzgun olmaz, tehlukelidi, uygun deyil, yeri de yoxdu! onlarin dushunce terzi ile bizimkisi eyni olmadigindan oturu. chunku bizde avropalilashmaq ve inkishaf elemek: “soyuna bildiyin qeder soyun, ona bozar buna qizar”, “eshi sen ne deyirsen de ele men deyendi,men oxumusham inkishaf elemishem flan besmekan” fikri ve dushunce terzi yerleshib, sohbet qadinlardan gedir. AZ evrimini (evolution) tamamlamayıb, tamamlayammayacaq da! … sür getdik…

    Reply
  • 37. Sedi  |  04/12/2009 at 09:22

    Az-da, demektariya yoxdu, çunki bunu yeterince teleb eden de yoxdu. Eyni mentiqle qadinin oz çevresinde de demokratiyasi yoxdu, çunki ozu bunu teleb de elemir axi. Unutmayaq ki, aglamayana sud vermirler ve ya Azadliq verilmir, Alinir! Avropadan yazirsiniz, ela, gozel, gelin 18ci esr Fransa edebiyyatina nezer salag, hele o dovrun meishet romanlarinda bele gadinin soz demesi, qerar vermesi ve s bezen kishiye beraberdir. Heç indi bele bizde bele shey yoxdu, son sozu kishi deyir ve deyecek, o vaxt ki gadin daha agilli soz deyecek ve gadindan da “agilli meslehet çixa biler”i kishi basha dushduyu deqiqeden veziyyet deyishe biler. Mence Azerbaycan gadininda gizil, brilyant, metbex, toy , ber bezek, ere getmek ,moda jurnali ve s. olan maragin heç olmasa 10%i hegigi tehsile yonelse idi (diplom almaqdan sohbet getmir) o zaman ne ise ede biler. Menimle razilashmayanlara: Niye Azerbaycanda ictimai yerlerde gezet ,jurnal oxuyan qadina diger olkelerdekinden daha az rast gelinir. Hetta Gurcustanda bele oxuyan gadin daha çoxdu. Umumilikde qadinli kishili oxuyanimiz azdir, çunki millet çorek pulu dushunur, gezet pulu yox. Amma teessuf ki, dediyiniz meselelerden gurtulmanin tek yolu maariflenmekdedir.
    Hormetler

    Reply
  • 38. Juju  |  04/12/2009 at 10:26

    Təşəkkürlər, dəyərli məlumata görə Elnur.

    Reply
  • 39. Mister Finansist  |  04/12/2009 at 10:39

    ozüm de bilmirem bu bloga nece gelib dushdum, amma maragli sohbetdir. amma komment yazanlarin bezileri ile razilashmiram. duzu daha vacib ishlerim var,hazirda amma sohbete bigane gala bilmediyimden dedim bir iki cumle yazim. ayri ayri fikirlere iradimi bildirecem. men ozum iki ildi Almaniyada tehsil aliram. choox avropalilarla unsiyyetde olmusham. gardash inan ki alman gizlarinin hech biri soyunmur, eksine evde ne paltar varsa geyinirler eyinlerine. tebii veziyyetden asili olarag achig sachig geyinen gizlar da gormushem, amma bele halda kishiler her gadinin arxasinca baxib , köks oturmurler. chunki kishi ile gadin arasinda saglam munasibet var. bizim cemiyyetde kishiler evlenene geder , tegriben 25-27 yashina kimi gadinla cinsi elagede ola bilmez.(mentalitet) buna gore de cavanlarin 90 % evlenene geder fahishe xidmetinden istifade edir. ölkede fahishelerin sayi artir neticede, 18 yashinda olan bir genc ise cinsi heyatina fahishe ile bashlayir. budur mentalitet?
    giz mutleg bakire olmalidir! gardashim bu sehv dushuncedir, bakirelikden once insan azadligi durur.21 ci esrde insan azadligi her sheyden, her sheyden ali bir sheydir. insan ozu mueyyen edir ne edeceyini, bakire galir, paltar geyinir, soyunur, dombalag ashir, ne bili ve s. bashgasinin haggini yemirse, goy ne isteyir elesin.
    Memmed Emin demishken. Insanlara hürriyet, milletlere azadlig!
    2) Gadinin cemiyyetde küchümsemek kimi meyller ise islam dininden gelen bir sheydir. Adice ele gadina chadra geyindirmek artig diskriminasia elametidir.
    Nushabe ise Isgenderin gabagina chixanda islam filan yox idi bizlerde. Islama geder Az. eraziisnde yashayan xalglarda bir matriarxal gurulush olub.

    Reply
    • 40. Elchin  |  04/12/2009 at 17:56

      xahis edirem din haqqqinda bilenler danissin!!…

      islam Dininde secim azadligi var isteyirsen cadra geyin istemirsen yox…Ama geyinmeyin meslehetdir….

      ve bilmirem siz “chadra geyindirmek “deyende neyi nezerde tutursunuz. Qadin buna ozu qerar verir!! Kimler ki ddigerlerinin tesiri altinda bunu edir onlar oz huquqlarini bilmeyenlerdir…ve bunun diskriminasiyaya hec bir dexli yoxdur

      Reply
  • 41. Mister Finansist  |  05/12/2009 at 04:50

    Elchin, chox uzaga getmirem. chox dini bir olke olan Iran islam respublikasinda ele yoldaca polis bashi achig olan gadinlara yanashir, bashini ortmeyi teleb edir. gadin etiraz etdikde ise guc tedbig edir.
    buna youtubeda baxa bilersen. hetta chadra geyinmek istemeyen gadinlari ehalinin dasha basib oldurduyu hallari da olub orda.

    Iran din , sheriet ganunlari ile idare olunan bir olkedir. eger orda polis yolda gadindan bashini ortmeyi teleb edirse, , demek ele dinin ozu bunu teleb edir. her halda polis ozbashina teleb etmir bunu. bu misal mence kifayetdir.

    Reply
    • 42. mylifenet  |  06/12/2009 at 23:13

      Ele is de ondadir ki, biz ferdleri misal goturub onlarin hereketlerine gore dine qiymet veririk. bu ona oxsayir ki, muellim sinifde yaxsi ders kecir amma her kes hemin sinifde elaci deyil. Bu muellimin pis oldugu qenaetine gelmeye icaze verirmi Sizce?

      Iran seriet qanunlarina emel etseydi xalqina bu qeder zulm vermezdi ! Hette bazi din xadimlerinin dediyi kimi “Iran” mueselman aleminde bir “qara noqtedir”.

      Yaxsi olardi ki, dinin ozunu oyrenek. Ve ondan sonra her hansi mulahizeler ireli surek…

      Reply
  • 43. Rahib Aliakbarov  |  06/12/2009 at 13:08

    umumiyyetle demokratiye nece sheydir ki biz hele onu dadmamishiq?
    o ki qaldi qadin ve demokratiyaaa.

    Reply
  • 44. Jale Ismayil  |  06/12/2009 at 14:35

    Elnur bəy, çox kiçik sayıla biləcək ömrümdə bir çox kişilərin qadınlar haqqında çox yüksək fikirlər söylədiyini gördüm. Təəssüf ki, emelde bunun faizi çox aşağıdı. Sizcə, bizim əksər bəylər sadəcə qeyri-səmimidilər, yoxsa gücsüz? Düşünmədiklərini deyirlər, yoxsa düşündüklərini edə bilmirlər? Onlara nə mane olur?

    Reply
  • 45. emajidli  |  06/12/2009 at 14:41

    Jale xanim

    fikir olaraq soyleyenlerin de sayi o qeder chox deyil.

    ilk novbede qadinla kishinin bir-birine ehtiyaci oldugunu unutmamaliyiq.

    Oz qadinina qarshi edaletsizlik eden bir kishinin oz xalqina edaletli davranacagini gozlemek olmaz.

    Chunki hemin kishinin ailesi de onun xalqi sayilir.

    Reply
  • 46. Mister Finansist  |  07/12/2009 at 21:21

    Bir chox diktatorlar gostermek olar ki, xanimini sevir, onu gozunun ustunde saxlayir. amma xalgina garshi edaletsizlik edir. sevgi ile edaleti mence mugayise gelen anlayishlar deyil .

    Reply
  • 47. ramil  |  30/12/2009 at 12:54

    elnur bey yazinizi diqqetle oxudum. demokratiya ve qadin arasında qurmush oldugun elaqe tam ortushduyunu deyebilmerem.

    demokratiq rejimlerde xalq iqdidara mueyyen vaxd daxilinde olkeni idare etme imkani verir. Eyer bu idare ozunu dogrultmur ise vaxdin bitishi ile (bezen de vaxdi gozlemeden) yeni bir iktidara selahiyet verebiler (seçki ile). xalqin iqdidardan daha ustun oldugunu dushunerek “ikdidari devirme” termininin xalq-itdidar munasibetine uygun olmadigini dushunurem. İqdidar xalqin ixtiyarında ve selahiyetinde duran bir subyektdir. bu halda ikisinin qadin-kishi kimi eyni guvvede ve beraber oldugunun söylenmesi mubahiselidir. İ

    qdidari xalqdan ustun veya xalqa beraber gormek demokratiyanın ozune ziddir.

    hormetlerle

    Reply
  • 48. ramil  |  30/12/2009 at 12:55

    demokratiq rejimlerde xalq iqdidara mueyyen vaxd daxilinde olkeni idare etme imkani verir. Eyer bu idare ozunu dogrultmur ise vaxdin bitishi ile (bezen de vaxdi gozlemeden) yeni bir iktidara selahiyet verebiler (seçki ile). xalqin iqdidardan daha ustun oldugunu dushunerek “ikdidari devirme” termininin xalq-itdidar munasibetine uygun olmadigini dushunurem. İqdidar xalqin ixtiyarında ve selahiyetinde duran bir subyektdir. bu halda ikisinin qadin-kishi kimi eyni guvvede ve beraber oldugunun söylenmesi mubahiselidir. İqdidari xalqdan ustun veya xalqa beraber gormek demokratiyanın ozune ziddir.
    hormetlerle

    Reply
  • [...] Qadın və Demokratiya – 48 Şərh [...]

    Reply
  • 50. Aziza Alili  |  28/01/2010 at 03:34

    deyerlidi…!

    Reply
  • 51. Eldaniz Yusibov  |  30/01/2010 at 00:49

    Tesekkurler Elnur bey.

    Reply
  • 52. Samir Gulusoy  |  02/02/2010 at 17:33

    demokratipsa niye yazilib :)

    Reply
  • 53. Elnur Babayev  |  09/03/2010 at 17:58

    Her seyi siyasete baglama da adash:)

    Reply

Cavab qoy

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Trackback this post  |  Subscribe to the comments via RSS Feed


Qısaltma


Bloqdakı yeniliklərdən xəbərdar olmaq üçün mail adresinizi yazın.

Join 5,622 other followers

Goodreads

No data found
Book recommendations, book reviews, quotes, book clubs, book trivia, book lists

Reklam


Bölmə

Arxiv

Ötən Bülbül

Hava

GISMETEO: Погода по г.Баку GISMETEO: Погода по г.Нахичевань GISMETEO: Погода по г.Ханкенди

Yeni Şərhlər

İren Bessamale on Support Eurovision 2013 in…
qardashin on Erdoğanın siyasəti
Ramin Aliyev on Diktator
Nazli Agayeva on Diktator
Alptekin on Diktator
Watch videos at Vodpod and other videos from this collection.

Statistika

  • 94,621 ziyarətçi

Feeds

Müəllif Hüququ Qorunur

Creative Commons License
Elnur MAJIDLI - Find me on Bloggers.com

Top Rated


Follow

Get every new post delivered to your Inbox.

Join 5,622 other followers