Plagiat və iki Yazı

28/11/2009 at 02:44 12 şərh

Facebookda son bir ayın ən qızğın mübahisə mövzularından biri də plagiat ilə bağlı idi. İşlərin çoxluğundan müzakirəni gec gördüm, ona görə də ortadan qoşulmaq istəmədim.

Müzakirədə iştirak edən dostlarımın bir qismiylə qısa da olsa öz fikrimi bölüşsəm də, mövzuyla bağlı fikirlərimi daha geniş şəkildə yazmağa qərar verdim.

Öncə məsələnin kökünə və yaxud mübahisənin başına qayıdaq.

İlk öncə “İrəli” İctimai Birliyi, dekabr ayında keçiriləcək bələdiyyə seçkilərinə təşviqatla bağlı hazırladığı e-afişalarda Emin Millinin adıyla bağlı olan “Gələcək Özü Gəlməyəcək” şüarında dəyişiklik edərək “Gələcək Gənclərlə Gələcək” şüarı şəklində yayınlamışdı. Eyni təşviqat kompaniyasında yenə Emin Milli və Adnan Hacızadənin həbsiylə bağlı hazırlanmış afişalarda istifadə olunan “Show Your Support” şüarı da olduğu kimi istifadə olunmuşdu.

Digər mübahisə obyekti isə bələdiyyə seçkilərində namizədliyini irəli sürmüş gənclərdən biri Qeysər Qurbanovun hazırladığı təşviqat videosu idi.

Videoda “OL! ” Gənclər Hərəkatının davamlı istifadə etdiyi yazı formaları, ANın (Alumnu Network) simvolu kiçik bir dəyişikliklə istifadə olunmuşdu və fon musiqi olaraq da “Dalğa” Gənclər Hərəkatının marşı səsləndirilmişdi.

Plagiat

Bu söz məna olaraq xoş qarşılanmaya bilər və yaxud plagiatla məşğul olmaq etik sayılmır.

Burda diqqət etməmiz gərəkən nöqtələr var.

Bu gün bütün dünya plagiatla ayaqda durur. Dünyada müxtəlif sahələrdə gedən inkişaf proseslərinin kökündə də plagiatçılıq var. İbtidai icma dövründən bu günə qədər insanlar, bir-birilərinin etdiklərini yamsılayaraq və həmin yamsıladıqlarını təkmilləşdirərək inkişaf ediblər.

Çinin özü bu gün plagiat senaye hesabına nəinki ayaqda durur, dünyaya meydan oxuyur.  Amerikada bu gün kəşf edilmiş usb-li qoz qıranı bir saat sonra Çində də əldə etmək mümkündür.

Fikrimcə plagiat inkişafın təməl nöqtəsidir.

Eyni mövzulu bütün kitablar, bütün fikirlər arasında bir növ plagiat bağı var. İnsanlar, yazarlar, alimlər, müxtəlif peşə sahibləri bir-birilərinin fikirlərindən, yaradıcılıqlarından, istifadə etdiklərindən təsirlənirlər, gör-götür prinsipi təbii olaraq işləməyə başlayır.

Geyim olsun, texnologiya olsun, ərzaq olsun, heyvandarlıq olsun hər nə olursa olsun, insanlar bir-birilərinin təcrübəsindən istifadə edirlər və istifadə etməyə məcburdular.

Mübahisə mövzuları

Mən düşünürəm ki, İrəli İB bir gənclər təşkilatı olaraq Emin və Adnanın məhkəmə proseslərində məlum səbəblərdən dəstək ola bilmədi, ola bilsin ki, onlar da Emin və Adnana dəstək əlaməti olaraq hazırladıqları e-afişalarda bizim şüarlardan istifadə edərək mətnaltı mesaj vermək istəyiblər.

Məsələn “Gələcək Özü Gəlməyəcək” şüarının devşirmiş forması olan “Gələcək Gənclərlə Gələcək” şüarı

Gələcək Gənclərlə Gələcək deyəndə İrəli İB, əsas diqqəti gəncliyə və həbsdəki bloqqerlərə yönəltmək istəyib. Yəni gənclər bizim gələcəyimizdir, niyə həbs edirsiniz cümləsinə yaxın mətnaltı məna var.

“Show Your Support” şüarını isə olduğu kimi qoyublar, bu da Emin və Adnana verilən açıq dəstəyin bir formasıdır.

Hətta mən “İrəli” İB bu şüarları istifadə etdikdən sonra qorxdum ki, təşkilatı bağlasınlar, yaxşı ki qorxduğum başıma gəlmədi.

Bu şüarlardan istifadəyə plagiat desək belə bizim vermək istədiyimiz mesajı yayır buna görə mən İrəli İB-yə mütəşəkkirəm.

Təqlid etmək, sadəcə təqlid olunanı gücləndirir, markalaşdırır. Təqlidçilər özlərini yox, təqlid etdiklərini bir kult halına gətirərlər, özləri isə unudulurlar.

Qeysər Qurbanovun hazırladığı videoya isə deməyə söz tapmıram yaxşı mənada təbii ki.

Ümummilli plagiat ordeni varsa, bu orden mütləq Qeysərə verilməlidir,yoxdusa belə Qeysərin xətrinə mütləq belə orden hazırlanmalıdır.

Hələ çinliləri demirəm, Qeysər kimi dahi istedaddan xəbər tutsalar bir gündə qoymazlar Azərbaycanda qalsın.

Qeysər Nərimanov bələdiyyəsinə namizədliyini verib, çinlilər onun plagiat mütəxəssisi olduğunu bilsələr Pekinin bələdiyyəsini seçkisiz zadsız verərlər, olmadı, Qeysərin plagiatını istehsal edərlər.

Düşünün

Azərbaycanda bir gənc, bələdiyyə seçkilərində iştirak edir. Müxalif fikirli gənclərin yazı, loqo və marşından istifadə edir!

Hələ bu gəncin iqtidaryönlü bir gənc olduğunu, hakim dairələrlə çox yaxın əlaqələri olduğunu nəzərə alanda bu videonu inqilab adlandırmaq olar.

Mən şəxsən bu videoya şapka çıxartmaq istəyərdim, heyif ki şapkam yoxdu.

Videoda istifadə olunan Dalğa GH-nın marşı sayılan mahnını xüsusiylə vurğulamaq istəyirəm.

Mahnının sözləri              və Qeysərin demək istədikləri

Qəlbimizdə atəş yanır              -           Artıq ədalətsizlikdən bezmişəm

Etiraz var dilimizdə                 -           Hazırkı hakimiyyətdən narazıyam

Yorğun üzlər gülümsəsin      -         Müxalifəti dəstəkləyirəm

Sabah bizim əlimizdə              -         Çox yaxında bu iqtidarın da sonu gələcək.

Elə bu gün, elə indi                 -           Artıq mənim də səbrim qalmayıb

Qaranlığı yara-yara               -           Ölkəmizi rüşvətxor məmurlardan təmizləyək

Yıxaq bütün qorxuları        -            Prezident aparatının altını üstünə gətirək

İşıqlanaq dalğa-dalğa           -          Millət sel olub axsın küçələrə

Dalğa-dalğa demişkən, bu videoyu izləyəndən sonra qorxdum ki, Qeysəri tutub dalğalandırarlar, ancaq yenə də qorxduğum başıma gəlmədi.

Hər halda yazımın bir qismini Qeysərə ayıraraq, onu kifayət qədər reklam edib təşəkkür borcumdan çıxdım. Bələdiyyə seçkilərində də Qeysərə uğur qazanmasını arzu edirəm. Bu Qeysərə etdiyim ən səmimi arzu və onunla bağlı yazdığım ən səmimi cümlədi.

İki yazı

Plagiat mövzusu gözlədiyimdən daha uzun alındı, ancaq bir-iki kəlimədə son günlərdə müzakirə olunan iki yazı haqqında söyləmək istəyirəm.

Yazıları birini eks-kvnşik Anar Məmmədxanlı, digərini ümumilli qərib Azər Qəribov yazıb.

Yazıları yayınlayan isə ölkənin birinci xəbər çatdıranı olmaq istəyən, ancaq ola bilməyən, prezident aparatının mətbuat katibəliyini edən 1nyus saytıdır.

Təbii ki, bizim dostların hər iki yazıya cavab olaraq hazırladıqları məqaləni yayınlamadılar.

Saytın türklər demişkən nə mal olduğu, hansı ideologiyaya qulluq etdiyi ortadadı, ona görə də  saytla bağlı daha çox fikir bildirib sizi yormaq istəmirəm.

Yazılara gəlincə

Əslində Qərib Azərin yazdıqlarını qəribsəmək lazım deyil məncə. Kişi dərviş kimi həyat sürür, o diyar sənin bu diyar mənim gəzib dolaşır, yeyir-içir, özünə görə xoş-firəvan həyat yaşayır, ancaq cır-cındırın içində olduğundan xəbəri yoxdu.

Bir tərəfdən də düşünürəm ki, dərviş Azər də siyasətə baş qoşmağa başlayıbsa ya günəş artıq şərqdən yox qərbdən çıxır ya da qiyamət yaxınlaşır.

Anar Məmmədxanlının yazısına gəlincə, mən düşünürdüm ki, A. Məmmədxanlı deputat olduqdan sonra kvn zarafatlarını buraxıb  daha ciddi işlərlə məşğul olacaq. Lakin sahibi olduğu day.az saytı əlindən alındıqdan sonra deyəsən yenə də zarafat etməklə xal toplamaq istəyir.

Bu  da yazdığı zarafatcıl yazılardan biri idi, ancaq heyif ki,  gülməli alınmayıb.

zarafatcıl hörmətlə

Entry filed under: Gündəlik. Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , .

Qoyun və Azərbaycanlı Açılımlar

Şərhlər Add your own

  • 1. Farid Alibalayev  |  28/11/2009 at 04:22

    Hmmm,
    Fikirlerini bilmek maraqli idi.
    Bilmirem Irelinin plagiatini heqiqeten destekledin, ya kinaye ile, amma menim xoshuma gelmedi. plagiat – cilizliqdan, kasadliqdan xeber verir.
    Mence Anar ve Azerin FBdostumuz Fariz demesin: Banalitikalarina fikrini ayrica bashliq altinda vermek olardi. Fikirler hachalanib: Beziler deyir onlara cavab yazib onlari reklam etmeyin, bezileri deyir ki, yox cavabsiz qalanda ele bilirler “pravdilar”.
    Men ikincini destekleyirem. Azer cefengiyatinda Adnan ve Emini tehqir edib. Amma disput-da yaxshica onun payini verdiler, bezileri adam onun yazdigina sherh olaraq *qusmaq* smayliki qoyur. Yani ki, senin analitikana qusum :-) ) (ifademe gore uzr isteyirem). Adnan ve Emini niye mudafie edirsen sualina menim cavablaimdan biri, onlara gore men en azi iki publik adami tanidim, hansi ki bundan once onlar haqqinda musbet fikirde idim: Anar M ve Azer Q.

    Reply
  • 2. biteref azad Elchin  |  28/11/2009 at 06:40

    Cox teshekur edirem, bu videonun once plagiat oldugunu ve kim terefinden hazirlandigini bilmirdim, sizden icaze alib paylashmishdim, sonra dostlar plagiat oldugunu dedikde yigisdirdim. Bu her hansi partiya, teshkilat ve ya herekatin uzvu olmagimdan ireli gelmir, eslinde hec uzv de deyilem, olmaq fikrimde yoxdur, Azerbaycanda hec bir partiyani ve ya herakati uzv olmaga ve onun ideyalarin dasimaga layiq gormurem.Ozum ozume hem iqtidar,hem muxalifet, hem de herakatam. Sadece azad insanlari ve dushunceni destekleyirem. Bu yuzden bele ahsagi plagiata el atanlari sadece novbeti klounada etdiklerini dushunurem.
    Q.Azer, onsuz da qerib, qerib olmagi ile her an yersiz insanlari temsil edirdi, yani qeribsen, yerin yoxdur:)),iki hefte once yazisini oxuduqda ise yersizlikden bashqa, el arasinda yayilmish comce misali yadima dushdu. Anar M ise, onsuz da melum idi, day.az-dan melum idi. bele ucuz yazilar yazmasini Elnur bey, sizin kimi zarafat qebul elemedim, cunki gule bilmedim, umid edirem, onun yazisi bumeranq effektini verecek.gec ve ya tez.
    Elnur bey, yaziniz maraqli idi.

    Reply
  • 3. emajidli  |  28/11/2009 at 16:48

    Ferid

    mence plagiat meselesini ciddiye almaq lazim deyil.

    Bize aid olunan mesaj plagiat olunub, eslinde bu qeyri_adi bir shey deyil, ilk deyil ve sonda olmayacaq..

    Son parlament seckilerinde bir secki dairesinden 3 ferqli Eldar Namazov chixmishdi.

    Ona gore bununla bagli mubahiselerde vaxtimizi ve enerjimizi itirmeli deyilik, bizim edeceyimiz bashqa ishler var.

    Qoy biz edek, bashqalari bizi teqlid etsin, teqlid olunmanin sadece bize xeyri var.

    Emin Irelinin shuar meselesini eshidende sevinib:)

    Anar Memmedxanli ve Azer Qeribova gelince onlarin cavabini vermek lazimdi, hetta onlari ictimai qinaq obyekti etmek lazimdi.

    Birde ki bu insanlar Emin ve Adnan haqqinda fikir bildirmeye, yazi yazmaga ozlerini mecbur hiss edirlerse, bu o demekdir ki, onlar Emin ve Adnani kult bir shexsiyyet olaraq qebul edirler.

    Reply
  • 4. Elchin Musa  |  28/11/2009 at 17:01

    Raziyam Elnur bey…

    Reply
  • 5. OLum ya ÖLüm? « RAUFRAY | my point of view  |  28/11/2009 at 19:50

    [...] Azərbaycan bloqlarına aid bölməsində gəzişərkən çox əyləncəli bir yazı ilə qarşılaşdım və öz fikrilərimi sizlərlə bölüşmək [...]

    Reply
  • 6. RAUFRAY  |  28/11/2009 at 20:02

    Yazıya cavab:

    http://raufray.wordpress.com/2009/11/28/olum-ya-olum/

    Reply
  • 7. Nigar  |  29/11/2009 at 13:16

    Tamamile raziyam..Cox gozel analiz elemisiniz..teshekkurler !

    Reply
  • 8. Geysar Gurbanov  |  29/11/2009 at 16:13

    Elnur this is absolutely weird but seems like eventually you read my mind… I hope this is exactly what you think…

    “Hər halda yazımın bir qismini Qeysərə ayıraraq, onu kifayət qədər reklam edib təşəkkür borcumdan çıxdım. Bələdiyyə seçkilərində də Qeysərə uğur qazanmasını arzu edirəm. Bu Qeysərə etdiyim ən səmimi arzu və onunla bağlı yazdığım ən səmimi cümlədi.” – qalan cümlələr səmimi deyildi? :)

    Reply
  • 9. emajidli  |  29/11/2009 at 16:14

    Qeyser men en semimi deyende digerleri qeyri semimi oldugu menasina gelmir axi.

    Sadece cumleler arasinda derecelendirme etdim:)

    Reply
  • 10. Geysar Gurbanov  |  29/11/2009 at 16:17

    super :) nəsiə… burda yazışmağın heç bir mənası yoxdu :) will message you

    Reply
  • 11. Turxan  |  29/11/2009 at 20:41

    Cox maraqli yazi idi. Mence plagiat o qeder de anormal hal deyil, amma gerek bu plagiati da etika chercivesinde edesen.

    Reply
  • 12. dedeqorqud  |  30/11/2009 at 10:53

    Ela yazmisiniz. Sarkazm ise yazidan cox gozel eks olunur.

    Reply

Cavab qoy

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Trackback this post  |  Subscribe to the comments via RSS Feed


Qısaltma


Bloqdakı yeniliklərdən xəbərdar olmaq üçün mail adresinizi yazın.

Join 5,622 other followers

Goodreads

No data found
Book recommendations, book reviews, quotes, book clubs, book trivia, book lists

Reklam


Bölmə

Arxiv

Ötən Bülbül

Hava

GISMETEO: Погода по г.Баку GISMETEO: Погода по г.Нахичевань GISMETEO: Погода по г.Ханкенди

Yeni Şərhlər

İren Bessamale on Support Eurovision 2013 in…
qardashin on Erdoğanın siyasəti
Ramin Aliyev on Diktator
Nazli Agayeva on Diktator
Alptekin on Diktator
Watch videos at Vodpod and other videos from this collection.

Statistika

  • 94,621 ziyarətçi

Feeds

Müəllif Hüququ Qorunur

Creative Commons License
Elnur MAJIDLI - Find me on Bloggers.com

Top Rated


Follow

Get every new post delivered to your Inbox.

Join 5,622 other followers