İki Gəncin Manifesti

25/11/2009 at 22:30 6 şərh

və yaxud Gələcək Özü Gəlməyəcək

Yazıçı Mir Cəlal Paşayev “Bir Gəncin Manifesti” əsərini yazarkən dəqiq olaraq hansı hissləri keçirdiyini deyə bilmərəm, ancaq əminəm ki, hər nə olursa olsun ləyaqətli olmağı vurğulamaq istəmişdi.

Povestdə toxuduğu xalçanı bazarda satmaq istəyən azərbaycanlı ananın ingilis zabitinə dediyi “İtə ataram, yada satmaram!” sözləri qulağımızda sırğa olub və artıq atalar sözlərinə çevrilib.

Eyni zamanda bu əsərdə öz mənfəətləri uğruna yüksək vəzifədə çalışan fərasətsiz, kəmsavad insanları tərifləyən və onlara yaltaqlanan ziyalı obrazları çox açıq şəkildə işlənilib.

Ümumiyyətlə əsərlərində realist üsluba yer verən Mir Cəlal Paşayev hansı mövzuda yazılmasından, hansı ideyaları təbliğ etməsindən baxmayaraq mənəvi dəyərləri ön planda tutmuşdur.

İki Gənc

“Bir Gəncin Manifesti” povestinin qəhramanı Mərdan canlı obraz olsaydı və bu gün yaşasaydı çox güman ki, bir çox kəndli gənc kimi ailəsini dolandırmaq üçün alver etməklə məşğul olacaqdı…

Bu yazının qəhramanı isə bir yox, ikidir – Emin Milli və Adnan Hacızadədir.

Emin və Adnanı Mərdandan fərqləndirən ən əsas xüsusiyyət, yaşadıqları dövr, mühit, apardıqları mübarizədir.

Emin və Adnanın həbsi, əslində bir dönüm nöqtəsidir. Ağ və Qaranın ayrıldığı nöqtə…

və Mən..

Uzun müddətdir ailəmin, yaxın çevrəmin tənqidi yazıları durdurmamla bağlı dedikləri sözlər, Emin və Adnanın həbsindən sonra daha da kəskinləşib, mənəvi təyziq forması alıb.

Dünən bir tanışım, gənclərin gözünü qorxutmaq üçün Emin və Adnana iş verildiyini söylədi.

Əslində isə Emin və Adnan bizdən daha azaddı, əsl iş verilən bizlərik. Bu günkü reallıqlarla yaşamağa razılaşan insanlar özlərini heç vaxt azad hiss edə bilməzlər və onların həyatı bir məhbusun həyatından daha çətindir.

Bu günkü Azərbaycan reallığı, həbsxana reallığından fərqli deyil, hətta həbsxanalardakı mühüt, Azərbaycandakı mühütdən daha azad mühütdür.

Sonda

Emin və Adnanın həbsi, gəncliyə verilmiş açıq bir mesajdır. Bu mesajın altında və üstündə qalanlar olacaq.

Bu mesajın cavabını isə biz  bir yerdə verəcəyik, başqaları da manifestini yazacaq…

yazan hörmətlə

About these ads

Entry filed under: Yazı - Məqalə. Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , .

Türkiyə – Ermənistan sərhəddinin açılması Eşşəyin bilmədiyi

Şərhlər Add your own

  • 1. Mirza Aliyev  |  25/11/2009 at 22:44

    Elnur, super. Chox xoshladim. Son dovrlerde yazilanlarin icherisinde en yaxshilarindan biri. Senin fikrini bir chox mehbuslar da deyir (tebii ki onlarin dushunmesi ve bunun esl menasi ferqlidir) “Esl azadliq ordadir, chunku hech kimden ve hech kesden chekinerek heyat surmursen” + menevi cehetden ezab da chekmirsen

    Chox sag ol, yazina gore.

    Reply
  • 2. emajidli  |  25/11/2009 at 22:56

    chox sag ol Mirze

    bu yazini bir hefteden choxdu yazmaq isteyirdim, vaxt olmurdu.

    Azadliq nisbi anlayishdir, azad ruhlu insan her yerde azaddir, dord divar icinde de hemcinin…

    Azadligi sevmeyenler azad olmayanlardir ve yaxud azad olmagi, azad yashamagi bacarmayanlardir.

    Reply
  • 3. Aygul Moon  |  27/11/2009 at 00:58

    ela mena var

    Reply
  • 4. hilal mammadov  |  30/11/2009 at 19:09

    En azad insan odur ki, HAQQ ve EDALET namine, neinki haqsiz ve edaletsiz hebsine, haqsiz ve edaletsiz qetlinie bele hazir olur.

    Allah rehmet etsin Mir Celal Pashayevi, hardan bileydi ki bir gun oz ovlad ve neveleri Adnan ve Emin kimi minlerle AZADLIQSEVER genclerimizin bashina getirilen zulmlere en azi seyrchi nezerlerle tamasha edecekler…

    Eziz Elnur bey, yaziniz chox tesirlendirdi meni… Inshallah, sabah

    bu iki mucahid genclerimiz neinki minlerle diger genclere, onlarin ata-babalarina da numune olacaqlar…

    Reply
  • 5. aygün  |  22/12/2009 at 22:43

    azadlıg insanın menliyinde fikirlerinde düşüncelerinde hisslerinde arzularında xeyallarında megsedlerindedir (eyer varsa bir amalı )bir sözle neticede onun şexsi malıdır.demek ki kimse ondan azadlıgını zorla ala bilmez.men bu genclerimize garşı çox böyük hesed hisi keçirirem.çünki onlar bizlerden daha da azaddırlar.çünki bir gayeleri var onların sizin kimi.çünki artıg men ogluma koroglu babek kimi klassikleri deyil sizleri örnek göstere bileceyem….

    Reply
  • [...] Iki Gəncin Manifesti – Emin Milli ve Adnan Hacızadənin Mərdan obrazıyla müqayisəsi [...]

    Reply

Cavab qoy

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Trackback this post  |  Subscribe to the comments via RSS Feed


Qısaltma


Bloqdakı yeniliklərdən xəbərdar olmaq üçün mail adresinizi yazın.

Join 28,546 other followers

Goodreads

No data found
Book recommendations, book reviews, quotes, book clubs, book trivia, book lists

Reklam


Arxiv

Ötən Bülbül

Hava

GISMETEO: Погода по г.Баку GISMETEO: Погода по г.Нахичевань GISMETEO: Погода по г.Ханкенди

Statistika

  • 138,895 ziyarətçi
!function(d,s,id){var js,fjs=d.getElementsByTagName(s)[0];if(!d.getElementById(id)){js=d.createElement(s);js.id=id;js.src="//platform.twitter.com/widgets.js";fjs.parentNode.insertBefore(js,fjs);}}(document,"script","twitter-wjs"); Locations of visitors to this page Rated by MyTOP Kataloq Free counters ILK-10 Azeri Website Directory free counters Free Page Rank Tool Bookmark and Share submitgooglesitemap.com Sitemap Generator Politics Journalist Blogs - BlogCatalog Blog Directory

Feeds

Müəllif Hüququ Qorunur

Creative Commons License
Elnur MAJIDLI - Find me on Bloggers.com

Top Rated


Follow

Get every new post delivered to your Inbox.

Join 28,546 other followers

%d bloggers like this: