Həbs və Növbəti Addım

Bu gün Səbayel rayon məhkəməsinin Emin Milli və Adnan Hacızadənin həbs olunmasıyla bağlı verdiyi ədalətsiz qərar, Azərbaycan məhkəmələrinin müstəqil olmadığını və bunun siyasi sifariş olduğunu bir daha təsdiqləmişdir.
Mövzuyla bağlı fikirlərimi daha sonra geniş şəkildə oxucularla paylaşacam.
İndi isə bundan sonrakı mərhələdə atılacaq addımları müzakirəyə çıxartmaq istəyirəm.
Məhkəmə qərarına etiraz
Çox güman ki, qısa vaxt ərzində həbs olunan hər iki gəncin vəkilləri Appelyasiya məhkəməsinə müraciət edəcək.
Appelyasiya məhkəməsi də gənclərin əleyhinə qərar verdiyi təqdirdə Avropa İnsan Haqları Məhkəməsinə qədər iş uzanacaq.
Eyni zamanda bu ilin sonuna doğru imzalanacaq ümumi amnistiya aktının, hər iki gəncə də şamil ediləcəyinin söylənməsi hələ ki versiya olaraq qalır.
Təbii ki, bunlarla qane olmalı deyilik və qane olmayacağıq da…
Azərbaycanda
İlk növbədə Gənclərin Hüquqlarını Müdafiə Hərəkatının (GHMH) struktur şəklində fəaliyyətə keçməsini təklif edirəm. Yəni, açıq səsvernə keçirilməli, idarə heyətinə üzvlər və hərəkatın sədri seçilməlidir. Hərəkatın aktiv şəkildə fəaliyyət göstərməsi üçün bunun vacibliyinə inanıram.
Hərəkatın fəaliyyətindən məsul sədr və idarə heyətinin olması, canlılığı artıracaq. Eyni zamanda digər gənclər hərəkatları da bir blok şəklində GHMH-ya üzv və ya tərəfdaş ola bilərlər.
GHMH sədri və yaxud idarə heyəti üzvləri, hər həftə müxtəlif qeyri-hökümət təşkilatları, siyasi partiyalar, səfirliklər, beynəlxalq instutların nümayəndəlikləriylə görüşlər keçirməli, həftəlik olaraq press-reliz hazırlamalıdırlar.
Eyni zamanda Azad Fikir Universiteti (AFU) nəzdində gənclərlə Emin və Adnanın həbsiylə bağlı görüşlər keçirilməli, fikir mübadiləsi aparılmalıdır.
Hərəkatın fəaliyyətinin intensivliyi üçün lazım olan maddi resursu, ilkin mərhələdə üzvlük haqları, ianələr daha sonra müxtəlif beynalxalq qurumlara Azərbaycanda söz azadlığı, demokratiyanın inkişafı və s. bağlı layihələr təqdim etməklə əldə etmək mümkündür.
Eyni zamanda həftəlik və ya aylıq aksiyaların (flashmob) təşkil edilməsi də arzu olunandır.
Azərbaycanla bağlı ilk olaraq ağlıma gələn bunlar idi.
Azərbaycandan kənarda
Fransadakı azərbaycanlı gənclərlə müzakirə zamanı Avropada təşkilat yaratmaq məsələsi üzərində durmuşduq.
Əslində yeni təşkilat yaratmaq məsələsini mən Bakıda olarkən Emin Milliylə də müzakirə etmişdik, hətta səhv etmirəmsə ilk təklif də ondan gəlmişdi.
Artıq bu təşkilata ehtiyac var.
Fransada apardığımız müzakirələr zamanı, Avropadakı gənc fəalların London və yaxud Parisdə bir araya gələrək yeni təşkilat yaratmağımız barədə fikir mübadiləsi olmuşdu.
Yaradacağımız təşkilatın Sərhədsiz Reportyorlar (RSF) başda olmaqla, bir çox beynəlxalq təşkilatın və müxtəlif gənclər şəbəkələrinin dəstəyini alacağına inanıram.
Önümüzdəki həftə Parisə gedirəm, daha sonra Almaniya və Benelüksdəki (Belçika, Hollandiya, Lüksemburq) gənclərlə də görüşməyi planlaşdırıram.
Həmçinin Amerikada da buna bənzər təşkilatın yaradılması, orda da aktivliyi artıracaq deyə düşünürəm.
Avropada hazırkı iqtidardan narazı olan böyük azərbaycanlı kütləsi var və bunu doğru yönləndirdiyimiz təqdirdə istədiyimiz nəticəni əldə edə biləcəyimizə inanıram.
Yazı müzakirəyə açıqdır, hər kəs istədiyi təklifi səsləndirə bilər.
Səsli hörmətlə
Entry filed under: Gündəlik. Tags: Adnan Hacızadə, akt, aktiv, Almaniya, amnistiya, appelyasiya, avropa, Avropa İnsan Haqları Məhkəməsi, Azad Fikir Universiteti, Azerbaijan, azerbaijani, Azərbaycan, azərbaycanlı, Bakı, Belçika, Benelüks, beynəlxalq, blogger, Elnur Majidli, Elnur Mecidli, Elnur Məcidli, Emin Milli, ədalət, fransa, Gənclərin Hüquqlarını Müdafiə Hərəkatı, həbs, Hollandiya, institut, intensiv, layihə, Lüksemburq, London, mövzu, müstəqil, məhkəmə, Paris, partiya, qeyri-hökümət təşkilatları, qərar, qurum, Reporters Sans Frontières, RSF, səfirlik, sərhədsiz reportyorlar, sifariş, siyasi, təşkilat, İngiltərə.

















1.
Haci Azer | 11/11/2009 at 21:34
Azerbaycan mehkeme, istintaq, qanun ve polis pulu çox olanin terefindedir.
Allah komekleri olsun, Amin
2.
Geysar Gurbanov | 11/11/2009 at 21:48
Flashmoblarla Emil Musayev komek ede biler… onu bu ishde artiq mueyyen tecrubesi var…
Eyni zamanda mende elimden geleni etmeye haziram…
Sonda bir mesele – mence biz alternativ milli herekat yaradmaliyiq… hansi ki butun gencleri bir araya getirib yegane ideya etrafinda birleshdirecek…
3.
Vafa Ümummilli | 11/11/2009 at 23:15
Geyser Qurban olum baslamada!
Senin semimiyyetive inanmiram! hec kimde inanmir!
Insanlara ikinci defe shans verilmesinin eleyhine deyilem amma senin isinde deyil!
4.
Geysar Gurbanov | 11/11/2009 at 23:16
Vafa I dont give a heck about what you say and I do and say what I find morally right at this point… Minnetin olsun
)))))
5.
Geysar Gurbanov | 11/11/2009 at 23:16
Eslinde menim veziyyetimde bu mene hechde lazim deyildi, amma hesab edirem ki, yaranmish problem butun genclerin problemidi onlarin siyasi agidesinden asili olmayaraq… Bu gun mene destek veren gencler menden Emini ve Adnani desteklemeyi gozleyirler ve men onlarin umudlerini dogrultmaq uchun bunu eleyeceyem…
If you continue behaving this way you will ended with no support for Emin and Adnan…
6.
Vafa Ümummilli | 11/11/2009 at 23:17
sen bunu enden gozledikleri ucun yox bunu ozun sidqi qebden elemek istediyine gore elemeliydin bir!
Iki 4 aydan sonra gnclerin atasi olmaq fikrine dusmusen?
7.
Vafa Ümummilli | 11/11/2009 at 23:17
Elnur hele ki GHMH ktiv uzvlerinin toplantisini kecirmek laizmdir! is gormek ucun idare heyetine ve sedre ehtiyac yoxdur helelik mence:)
avropadaki gorulecek islerde seni destekleyirem
8.
Geysar Gurbanov | 11/11/2009 at 23:19
Bir, Vefa senin menim haqqimda kifayet geder melumatin olsaydi onda o zaman menim etdiyim hereketlerin arxasinda hansi shexsi (aile) sebeblerin olmasini anliyardin… Bunu men her kese achiqlamaqa borclu deyilem… mene yaxin olan ve sizin dairelerde aktiv olan insanlardan bu barede etrafli melumat ala bilersen… Sonda bu menim shexsi ishimdi…
Iki, men ne genclerin atasi, ne babasi ne de nenesi olmaq arzusunda deyilem… Bu gun men gencler arasinda mueyyen qrup insanlari temsil edirem ve onlarin maraqlarini lazim olan seviyyede temsil etmeliyem…
Mene bu gunde teklif eleselerde ki, gel AAA-in adindan bir mektub yaz – men onu elemeyeceyem… Amma bir musteqil insan kimi bunu elemeye haziram…
Yenede, meslehet gorurem ki, bir az aqressiv ve daha konstruktiv olasan…
9.
Vafa Ümummilli | 11/11/2009 at 23:19
ezizim menim ozumde en sevdiyim cehet insanlar haqqinda ne dusunuremse uzlerine demeyimdir!
1/ valideynlerin ve diger aile uzvlerin senin elinden tutub o mektublri yazdirmayiblar! ne de AAA iclasinda Adnana mektub yazaq – agilli olmasini tovsiyye edek tipli cumleleri de dilinden dartmayiblar ya da silkelemeyibler!
hansi bir qrup gencin maraqlarini temsil dirsen? uje negdi secilmisen belediyyeye? axi men bildiyim qeder temsilcilik secildikden sonra olur
10.
Geysar Gurbanov | 11/11/2009 at 23:20
Vefa, if you hate me, do not refer to me as “ezizim”… etim tokulur…
Vefa, duzdu men o sozleri demishem… chunki bu gun biz (bizim realligimizda) oturub eshshek haqqinda video chekmemeliyik… Bu gun biz daha uzaggoren siyaset surmeliyik… Emin once told me on messenger: we should be in Government… onun bu fikiri ile men tam raziyam… Eger bu gun sen ve men hemin o nazirlerin kursulerinde eyleshsekdik onda Eminin azad olmasinin ehtimali dahada chox olardi…
Bizim bu mubarizemizde bizim hamimiz cur-be-cur yollara ve vasitele el atir… esas odur ki sonda biz hamimiz bu olkeni hazirki veziyyetden chixartmaq isteyirik…
Bu sistemi xaricden deyishmek chox chetin olacaq… onu icherden deyishmek lazimdi… bu daha tehlukeli ve chetin yoldur amma sonda bu sechim oz effektivliyini subut edecek…
Birde, etin tokulsun
nagdi sechilmek nedi?????
))) eger nagdi sechilseydim indi rahat bashga gencler kimi ortada gezib elimi cibimde tutardim… this is not my choice…
Moreover, mene ses verenler (siravi vetendashlar) ne Adnani ne de Emini taniyirlar… amma menim etrafimda olan gencler, hazirda mene inanib menimle bu ishin sonuna kimi gedenler Adnani ve Emini chox yaxshi taniyirlar… ve onlar menden onlari desteklemeyi gozleyirler… sohbet menim dostlarimdan gedir…
11.
Vafa Ümummilli | 11/11/2009 at 23:21
bu rejimi iceridn yeyen cox qurd gormusem ki ozleri iceri girib qurda cevrilib!
ne ise men sene inanmiram ve desteklemirem elvida
12.
Geysar Gurbanov | 11/11/2009 at 23:22
Vefa, misal uchun kimler????:)))) de gorum gelsin
))) Vefa believe me, mene hele Amerikadan qayidandan sonra hemin “qurda” chevrile bilerdim, amma men bu gun o atmosferada ishlemek istemirem… ona gorede karyerami mes vetendash cemiyyetinde qurdum…
Mene lazim deyil ki, sen ve sene benzer pessimistler mene inansin… mene etrafimda daha pozitiv ve konstruktiv gencleri gormek isteyirem…
Stay strong :p
G
13.
Emil Musayev | 11/11/2009 at 23:23
Ребята давайте жить дружно
икивизядя гузу кясярям )
14.
Samir Abbasov | 11/11/2009 at 23:28
Эмиль, гузу кесмек лазым дейил. бу миллет бир-бирине гузу кесе кесе артыг гойуна чеврилиб. когда кто-то предлагает руку помощи ее отвергать нельзя. мне смешно смотреть на эту вакханалию. с людьми которые так негативно настроены против своих же далеко пойти невозможно
15.
Emil Musayev | 12/11/2009 at 00:22
Согласен Самир. Думаю здесь нехватает Эмина Милли, он бы быстро мехрибанчылаг навел тут
)
16.
Teymur Mardaliyev | 12/11/2009 at 00:23
Samir Ela yazmisan:D
17.
Behnam Takhiyev | 12/11/2009 at 00:50
Ya etogo ranshe skazal , i eshe raz povtaryayu . Bizde demokratiyanin demo versiyasidir. Bu goruntuler ise sadece meni cox kederlendirdi. Istemezdim ki, bele seyler olsun Azerbaycanda. Axi Azerbaycan hamimizin Vetenidir. Amma cox heyif ki, bunu yuksek cinli memurlar anlamir. Neyse.
18.
Turan Talibova | 12/11/2009 at 12:29
Vefa, Geysar, siz caniniz dalashmayin
Biz sizin ikinizi de sevirik ve hormet edirik, odur ki, ezizlerim birleshmek lazimdir, chekishmek yox.
19.
Cengiz Güraras | 12/11/2009 at 12:30
Gelecek TÜRKLERİNDİR! Birlik ve Beraberlik içinde olduğumuz zaman kimse Türkleri bölemez ve yıkamaz…
20.
Sabina Goyushova | 12/11/2009 at 12:30
onlar dalaşmadılar ki..bir birlerini desteklememeleri öz işleridi(temanın ne oldugunu bilmirem sadece kommentleri oxudum)en azından dalaşmadan spor edebilmesini bacarırlar..
21.
Irana Gasaniva | 12/11/2009 at 12:31
Ves etot dialog nazivaetsa odnim slovom-Zavist! Zavist-eto takoye osoboye 4uvstvo. I ono bivayet dvux vidov: koristnaya i beskoristnaya. Koristnaya – “Xo4u, 4tobi i u mena eto bilo!”, beskoristnaya – “Xo4u, 4tobi i u nego etogo ne bilo!”. Tak 4to Gesa he4 neye, ve he4 kime fikir verme!!!! Tvoi druzya i rodniye vsegda radom i vsegda teba podderjat!
22.
Ali Resh | 12/11/2009 at 12:32
ne dexli var ?? tipik azerbaycanli argumenti !!! seviyessiz sohbetler !!! ozunuze gelin
23.
Emin Hacili | 12/11/2009 at 13:20
biz duran deyilik! hami bunu bilsin!
24.
Turgut Gambar | 12/11/2009 at 14:17
Vefa Geysara paxilliq edir. cool. lmao
25.
Naida Novruzova | 12/11/2009 at 17:50
охудум ама хечне анламадим))
о оглан не чинайет торедиб ки?
26.
Parvana_Persiani | 12/11/2009 at 20:02
2 gundur hansi sehifeni achiram Geyserin yeni bir herekat yaratmagla baghli serhlerini gorurem. Geyser, enough!! Besdir!
senin o palaz palaz yazilarini (yazilari bir yere toplasag br kitab chixar sozun hegigi menasinda) men bir yere toplayib saxlamisham, sen hec narahat olma.
ve hemin o shedevrlerden birce kelmeni xatirladiram-As a lawyer i can say that legally everything is ok with their case. Hugug adina umumiyyetle leke olan, utanc getiren bir hadise barede ozunu hugugshunas adlandiran shexsler BOYUYENDE ARAZ HUSEYNOV olur , Geyser. Sen de boyuyende Araz Huseynov olacagsan. Hetta onu da gabaglayacagsan.
Xahish edirem, aileni filan da behane getirme, seni hec kim desteye mecbur etmirdi, sen desteklemeye bilerdin sadece, susub oturardin, ancag sen konkret “ish” gorurdun. Hal hazirda da bizi goreceyimiz ishlerden bu menasiz, soz yigini olan cumlelerinle yayindirirsan. Eminden sitat filan getirme, Emin sene messencerde dediyini 1 il sonra achig ashkar ozu tekzib edirdi. Tak cto, saxla burda. Yaxshisi budur, ne ozunun ne bizim vaxtimizi alma. Belediyye ve Ilhamli gunler seni gozleyir.
Mene de cavab filan yazma, chunki oxumuram o soz yighinini ve bu note senin menasizligini deyil, Adnanla Eminin mudafie kampaniyasini muzakire etmek uchun yaradilib. Biza komek etmek isteyirsense hegigeten, xahish edirem mane olma, bu en boyuk komeyin olar.
Her kesden artig derece xahish edirem, Geyser Gurbanova “paxillig etmeyi” dayandirib note-da geyd olunan meselelere fikrini yoneltsin.
27.
emajidli | 12/11/2009 at 20:37
teshekkurler Pervane
movzunu muzakire edek.
28.
Ch. Natella | 13/11/2009 at 15:08
heyifff
29.
Samir Abbasov | 13/11/2009 at 15:09
Ирана тут дело не столько в зависти, сколько в стремлении отбить у нашего друга любое желание что-то изменить или сделать для этой страны. Если честно после этих дисскусий я очень сильно разочаровался в команде Эмина Милли
30.
Inara Efendiyeva | 13/11/2009 at 15:25
Naide sozu geden oglan hech bir cinayet toretmiyib. Sadece olaraq Emin kimi oz fikirini soyleyib ve ona qarshi bir qrup abirsiz insan tekkiredici sozlerle chixib
31.
Fariza Rustamova | 13/11/2009 at 15:35
Fuck this is soooo cheap!!!! :@@@@@@ Perish u’r dumb! I was worked with geysar & know him very good. He did a lot for people and stil does. U’r trying 2 ruin his image but ppl wil not believe u! Every1 has a right 2 hav his-her own opinion! :pppp
32.
BabyFace | 13/11/2009 at 16:39
знаю одного из них лично…хороший парень обидно конечно же… иншАллах Бог им в помощь будет
33.
Naida Novruzova | 14/11/2009 at 11:37
Inara Efendiyeva….
чох сагол баша салдыгыва горе
одно могу сказать дуз инсана бу дунйада йер йох….мудафие етмейин дердиненсэ ону гюнахландырылар йазыг!
34.
Yashar Hakkakpour | 09/12/2009 at 06:52
Adnan ve Emin azad olmalidilar.
35.
Yaqub Babalar | 09/12/2009 at 08:45
Haqsizliga bigane qalmagin bir chox sebebleri ola biler. Ancaq onlarin her biri insanin arxaizmini, dördayaqlilara yaxinligini ishare verir.
36.
Mehriban Nasib | 09/12/2009 at 19:03
Haqqsizliqqqq!!!!!!!
37.
Statistika « Elnur Majidli – Biz Edəcəyik, Tarix Yazacaq… | 19/01/2010 at 17:46
[...] Həbs və Növbəti Addım – 36 Şərh [...]
38.
Agil Ahmadov AdEm | 29/01/2010 at 13:01
Demekle bir sey cixmaz hereket etmek lazimdir…
39.
Gunduz Huseynefendi | 05/03/2010 at 18:28
xayal qohumlarindi bular ki usterinden gelirsen heee ?